Yığıncaq
Страница 1 из 2
Kəndin ortasında keçmiş mülkədar Kalışbəyin boş samanlığına kənd camaatı cəm olubdur: kimi bağdaş qurma, kimi çömbəlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çovuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir. Kəndlilər yenə gəlməkdədirlər. Əhvalat Qarabağın aran tərəfində kəndlərin birində vaqe olur.
Məclisi kənd şura sədri Həsənəli bu sözlərlə başlayır və təzə içəri girən Zeynala üzünü tutub bir növ acıqlı deyir:
– Mən, flan-flan olmuş sənə dünən axşamdan dedim ki, camaatın hamısına xəbər verəsən ki, bu gün günorta çağı tək bir adam da evdə qalmasın, bura cəm olsun. Pəs hanı camaat?
Zeynal. Yoldaş Həsənəli, Allaha and olsun, kənddə bir ev də qalmayıb ki, gedib xəbər verməmiş olam. Qardaş, gəlmirlər, vallah gəlmirlər, lap beləcə dirəniblər. Biri deyir, su nobatımdır, gələ bilmənəm, biri deyir, dəyirmana dən aparacağam. Daxı mən nə eləyim? Ay Həsənəli, mənimki deməkdi. İndiki zamanda deməkdən savayı nə eləmək olar?! Zornan xalqı çəkə-çəkə gətirə bilmənəm ki? Mənimki deməkdi.
Həsənəli (acıqlı və ucadan). Necə yanı gətirə bilmənəm? Canını da alaram! Xalq öz başına deyil ki?
Zeynal. Yanı sən deyirsən ki, mən kənd camaatına zor eləyim?
Həsənəli (acıqlı). Zor da elərəm, canını da alaram! Kənd camaatı ki, hökümətin sözünə baxmadı, hökümətin qərarını pozmaq istədi, – o camaatın canını da alallar.
Süleyman. Bir surətdə ki, camaat hökümətin çağırmasına gəlmədi, – adamın canını da alallar.
Müəllim Mirzə Yəhya. Əlbəttə ki, qərardada tabe olmaq lazım gəlir.
Həsənəli (üzünü camaata tutub). Buna bax sən Allah, bir yandan özək katibi yazır ki, günorta vaxtı camaat orada hazır olsun ki, iclas olacaq; bir yandan da hərə bir cavab versin ki, su nobatım belə gəldi, dəyirman nobatım belə getdi. Cəhənnəmə getdi, gora da üstəlik!
Mustafa (Həsənəliyə). Həsənəli, doğrudan da görəsən bu gün mərkəzdən gələn kimdi? Yəqin təzə bir məsələdən ötrü bir iclas qurulur.
Həsənəli (başını bulaya-bulaya öz-özünə gileylənir). Eh, nahaq yerə belə camaatın təklifini qəbul elədim və bu boyunduruğu boynuma götürdüm. Qardaş, səni ki, iclasa çağırırlar, əlbəttə ki, bir vacib məsələ var ki, mərkəzdən adam göndərirlər. Qardaş, axır gün günorta ki, olub, niyə vaxtlı-vaxtında cəm olmursunuz ki, adamın üzünə söz gəlməsin? Qurani-münzəl haqqı, bu camaatın hərəkəti məni xarab eləyibdir ki, huşum başımda deyil.
Kəndlilərdən Mehbalı içəri girir.
Həsənəli (Mehbalıya). Hey, Mehbalı ağa, Allaha şükür olsun ki, axırı sən də təşrif gətirdin. Qardaş, axır axşamdan sizə xəbər verilib ki, bu gün iclas çağırılır, mərkəzdən adam gələcək. Axır mən bilmirəm nə vaxt bizdə də bir qayda olacaqdır.
Mehbalı (Həsənəliyə bir az qabarır). Axır nə olub ki? Qoymazsınız xarabamızda bir saat oturub yorğunluğumuzu alaq? Nə qiyamətdir axır? Siz çağırmısınız, mən də gəlmişəm. Dəxi qanmıram ki, nə istəyirsiniz?
Həsənəli (qabarır). Ədə, balam, sizə daxı söz demək olmaz? Axır, a yoldaş, bir bax gör günün nə vaxtıdır? (Göyə baxır). İndi az qalır günorta olsun.
Mehbalı. Cəhənnəmə olsun, gora olsun! Sən çağırmısan, mən də gəlmişəm. Daxı bilmirəm məndən nə istəyirsən.
Kabla Salah (Həsənəliyə tərəf). A balam, siz olasınız Allah, söz-hekayəti qurtarın getsin. Mən bilmirəm, axır sözləşməyin nə mənası var? Daxı bəsdir, siz olasınız Allah, qoyun görək başımıza nə iş gəlir. Qoyun görək gələn kimdi, nədən ötrü gəlir? Əsil mətləbi qoymusunuz, ancaq bir-biriniznən deyişirsiniz.
Kalışbəy içəri girir və dinməz-söyləməz gedir quru yerdə bağdaş qurma oturur. Təsbehini çıxarıb başlayır çevirməyə.
Həsənəli (Kalışbəyə tərəf). Kalışbəy, bağışlaginən, sənin bu məclisə gəlməyə ixtiyarın yoxdu. Sənin səsin alınıbdı.
Kalışbəy (iki əlli təsbeh çevirə-çevirə). Xub, burada indi seçki yox, səs vermək yox. Mənim səssizliyimin sizə burada nə zərəri ola bilər?
Kabla Salah, Kabla Əliş, Əbdülkərim (birdən). A kişi, heç bir zərəri ola bilməz? Burada nə var ki?
Əbuzər, Komsomol Murad, Süleyman, Cəmşid (birdən). A kişi, necə ola bilməz? Hazır ki, səsi alınıb. Səsi alınmışların bu məclisdə nə işi ola bilər?
Kalışbəy durur ayağa və səs-küy yatır.
Kalışbəy. Eybi yoxdur, gedərəm (istəyir getsin, sonra isə fikirləşir və Həsənəliyə tərəf qayıdır). Həsənəli yoldaş, samanlığın kirasından iki ayın haqqı qalır; yəni o qədər də pul deyil, ayı iki manatdan dörd manat eləyir, onu çıxart ver. İmran qoyun kəsib, uşaqlara ət alacağam. Bir qəpik pulum yoxdur.
Həsənəli. Necə samanlığın kirası? Hansı samanlığın?
Kalışbəy. Bax, həmin bu samanlığı deyirəm ki, siz bunu klub eləmişsiniz və burada iclas qurursunuz.
Həsənəli. Mən kira-zad bilmənən. Mən heç kəsdən samanlıq kira eləməmişəm.
Yar Məmməd (Həsənəli tərəfə). Hə, doğrudu, keçən ilin sözüdü.
İmamverdi. Hələ bəlkə altdakı ilin söhbəti ola.
Kabla Əliş. Onda Şura sədri Həsənəli deyildi.
Həsənəli. Xeyr, mən deyildim.
Əbuzər. A kişi, haranın sözünü danışırsınız, onda şura sədri sarvanlı İsa idi.
Bir neçəsi. Hə, İsanın vaxtında idi.
Bir iki kəndli. Hə, İsanın vaxtında idi.
Kalışbəy. Xub, istər İsanın vaxtında olsun, istər Musanın vaxtında olsun. Mən samanlığımı hökümətə icarəyə vermişəm, hökümətdən də istəyirəm. Nə dəxli var ki? Bu nə sözdü?
Bir iki kəndli girir içəri və hərə bir yanda gedib oturur.
Kalışbəy (gedə-gedə). Xub, mən gedirəm. Amma bizim Şura hökümətimiz ədalətli hökümətdi. O razı olmaz ki, mənim var-yoxum, torpağım və kəhrizim alınıb kəndlilərə veriləndən sonra bir uçuq samanlığımdan da mənə çatası olan üç-dörd manat cib xərcliyimi şura sədri ləngə sala ki, nə var-nə var, mən köhnə mülkədaram. Xub, bunun mətləbə nə dəxli var? Xudahafiz (yox olur).
Kəndlilərin bir parası gülüşür və Kalışbəy dala baxa-baxa çıxıb gedir. Kəndlilərin içində gülüşmə ucalır, fışqırıq çalınır və camaat gülüşür. Ayaqyalın Qurban adlı muzdur məclisə girib, adamlara təəccüblə və guya qorxa-qorxa baxır.
Həsənəli (acıqlı, Qurbana tərəf). Qurban, and olsun Əbülfəz-Abbasa, sənin səsini alacağam! (Qurban fağır-fağır durub dinmir).
Həsənəli (yenə acıqlı haman sözləri deyir). Sənin meyidini görüm ki, sənin səsini alacağam!
Qurban (yavaşca, qorxa-qorxa). Nə səbəbə, a Həsənəli koxa?
Həsənəli. Necə yanı nə səbəbə? Hələ burası qəribədir ki, hələ səbəbini də soruşur.
Zeynal girir içəri.
Qəribə burasıdır ki, hələ səbəbini də soruşur. (Qurbana tərəf). Necə yanı nə səbəbə? Pəs sən bilmirsən ki, bu gün burada iclas çağırılır.
Cabbar (Həsənəliyə). Həsənəli yoldaş, sən ağzının danışığını bilmirsən. Onunçün də və nahaq yerə də çığırırsan. Çünki burada kar adam yoxdur.
Həsənəli. Hələ mən danışıram, Qurban danışır. Pəs sənə kim söz verdi, sən Qurbana vəkillik eləməyi başladın?
Cabbar. Necə kim söz verdi? Mən özüm söz verdim.
Həsənəli (Cabbara). Sən çox danışsan, sənin də səsini alaram.
Cabbar (bir az yuxarı qalxıb xoruzlanır). Necə ala bilərsən? Heç vaxt ala bilməzsən.
Kabla Salah (danışanlara). Ay uşaq, sizi pərvərdigar, qalmağal salmayın.
Kəndli Yarməmməd (Həsənəliyə). Həsənəli, ağlın nə kəsir, bu gün mərkəzdən gələn kim ola bilər?
Cabbar. Yəqin ki, mirab olacaq, çünki Seyid Hüseyn dünən sudan yana şikayətə getmişdi.
Kabla Əliş (Cabbara tərəf). Yox, Cabbar, mirab ola bilməz. Mirab bu gün sarvanlara gedəsi idi. Mən deyirəm belə naloqdan yana gəlirlər.
Zülfüqar (Kabla Əlişə). Yox, Kabla Əliş, belə deyil, mənim dünən şəhərdə qulağıma çatdı ki, həmkarlar ittifaqı sədri bizim kəndə gələsi idi.
Haqverdi (Həsənəliyə). Həsənəli, pəs sənə heç yazmayıblar ki, kəndə gələn kimdi və nə işdən ötrü gəlir?
Həsənəli. Yox, gələnin nəçi olduğunu yazmayıblar. Ancaq özək katibi sifariş edib, bu gün günorta vaxtı iclas çağırım, çünki buraya gələn adamın məruzəsi olacaqdır.
Əbuzər. Elədə ukom da gələcək.
Cəmşid. Elədə ispolkom da gələcək.
Qasım Hacılar oğlu. Elədə politbüro gələcək.
Kabla Cahangir (guya bir şey tapıbdır). Həsənəli, Həsənəli, yox, yox, srağa gün bazarda zemkom mənə rast gəlib soruşdu ki, niyə qoyursunuz Həmzənin çəpərinin qabağını Rzaqulu əkin eləsin? Bəlkə bu gün gələn zemkom ola.
İmamverdi. A kişi, mən qanmıram ki, axır niyə belə uzağa gedirsiniz? Yoxsa belə güman eləyirsiniz ki, Məmişi özlüyünə qoyacaqlar ki, vurub fağır Məmmədəlinin başını dağıdıbdır, biçarənin başı deyirlər simləyibdir. Siz öləsiniz ki, bu gün gələn silisçi olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yigincaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…
DayanBir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.
Səkkiz yüz molla“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…
BabilərTəbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.
Стихи других поэтов
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,