Страница 2 из 2 · 50%

Komsomol Murad (içəri girə-girə). Deyəsən mərkəzdən gələnin sözünü danışırsınız? Mən eşitdiyimə [görə] bu adam maarif xadimləri ittifaqının sədri gərək ola. Biz onu iki gündür gözləyirik.

Məşədi Salman (Həsənəliyə). Həsənəli yoldaş, nə ağlın kəsir, bəlkə hərbi stol müdiri ola?

Əbdülkərim. Yox. Yox, o da deyil. Yəqin ki, yardım komitəsidir. Dünən Heybətqulu yardım komitəsinə şikayətə getmişdi.

İmamverdi. İndi nə deyirsiniz deyin, amma çəgirtkə adamları da ola bilər ha!

Qasım Hacılar oğlu. Amma ola bilər ki, milis naçarniki də olsun ha!

Şahverdi. Amma ola bilər ki, toxucular ittifaqı adamlarından da olsun.

Əbdülkərim (Həsənəliyə). Həsənəli, bəlkə Yermeşə ittifaqından gələn var?

Qulaməli. Yox, yox. Hər nə deyirsiniz deyin, amma bu gələnlər muzdur komitəsindən gələn olacaq.

Seyidbala. Qardaş, bir Allaha baxın, axır kağızı gətirin. Açıqca deyibdi ki, kağızı firqə özək katibi verdi, yanında da bir adam var idi, o da çox acıqlı adama oxşayırdı; özü də urusca danışırdı, amma musurman idi. Yəqin ki, o adam bu gün bura gəlir. Ya yollara baxan adamdı ki, körpülərə və arx-bərəyə nəzər yetirsin, ya da malları istraxavoy eləyən adamdı. Ancaq bunlar hansı birisi olsa, əvvəl-axır bizim üçün dərd-sərdi; çünki o ki, körpüləri deyirsən, qardaş, vallah…

Çal Cəfər (Seyidbalanın sözünü kəsir). A kişi, mən qanmıram ki, yavığı qoyub uzağı axtarırsınız. Bu adam köybirliyi tərəfindən gəlir.

Xəlil. Köybirliyi yox, sənətbirliyi.

Əbuzər. Sənətbirliyi yox, ticarət birliyi.

Kənd müəllimi. Xub, ticarət birliyi deyəndə lazımdır, müəyyən eləmək ki, aya ticarətin hansı şöbəsinin birliyini nəzərdə tutursan; pambıq birliyinimi, yun birliyinimi, ipək birliyinimi, yaxud… (hıqqıldayıb dayanır).

Çal Cəfər. Yox, xeyr, bir dəri birliyini, bağırsaq birliyini, ciyər birliyini (adamlar gülüşür).

Qapıya duranlardan səs gəlir: “çəkilin, çəkilin” Və iki nəfər atlı atdan yenirlər. İkisinin də qoltuğunda yekə portfel. Qabaqca gözü çeşməkli bir Cavan, başında şapqa, ayağında paxodnı, tapançalı qalife şalvar, təqribən iyirmi yaşında, qoltuğunda portfel; İkincisi iyirmi beş-otuz yaşında, şapqalı paxodnı çəkmə, yaraqlı. Bunlar daxil olur camaatın içinə və yuxarı başa keçirlər və yuxarı başda qoyulmuş miz üstə portfellərini qoyub, başlayırlar portfellərin içindən kağız-kuğuzlarını qurtdalamağa və oradan bir neçə kağız-kuğuzu mizin üstə qoyub, camaata tərəf nəzər edirlər. Bunlardan çeşməksiz yoldaş – ki, adı təbliğat şöbəsi müdiri imiş, – üzünü camaata tutub deyir.

Təbliğat şöbəsi müdiri. Yoldaşlar, mən bu gün iclası açılmış elan edirəm və mətləbə keçməkdən qabaq bu bir neçə sözü də lazım bilirəm söyləyəm ki, bundan qabaqkı əsrlərdə insanlar heyvan kimi yaşayırdılar; necə ki, bir sürü heyvan düşərdi bir çobanın qabağına və o çoban da bu sürünü hara istərdi oraya da aparardı. Amma indi, necə ki, görürsünüz, dünyanın zəhmətkeşləri bir-biri ilə əl-ələ verib, daxı özlərini heyvan sürüsünə oxşatmaq istəmirlər və daxı padşahlara, bəy və xanlara boyun əymək istəmirlər. Ancaq şahlar, bəy və xanlar da qara camaatı istismar etmək üçün bunları qaranlıqda saxlamağa çalışırdılar. Haman bugünkü iclasımızın mövzusu haman bu məsələdir ki, mərkəzdən qəzamıza gələn təbliğatçı yoldaş burada bu saat məruzədə bulunacaqdır. Söz verilir həmin qəzadan gələn təbliğatçı yoldaşa.

Qəzadan gələn təbliğatçı. Məruzədən qabaq mən onu istəyirəm sizə deyəm ki, siz avam kənd camaatı bircə dənə mətləbi gərək heç unutmayasınız ki, hər bir tərəqqinin banisi və hər bir məruzənin şərt və şəraiti və hər bir təbliğatın birinci məzmunu budur ki, mən onu burada sizə bəyan etmək istəyirəm ki, siz də onu nəzərdə saxlayasınız və illa əgər onu siz nəzərdə saxlamasanız və onu özünüz üçün dillərdə əzbər etməsəniz – nə kənd istehsalatımız tərəqqi edər və nə də beşillik planımız baş tutar və nə də qeyri bir məramımız baş tutar.

Camaat. Əlbəttə, əlbəttə belədir.

Qasım Hacılar oğlu. Ay yoldaş, buyurun görək indi təklifiniz nədir və bizə nə yol göstərmək istəyirsiniz.

Qəzadan gələn təbliğatçı. Hər şeydən qabaq bunu gərək nəzərə alaq ki… (dayanır).

Qasım. Bəli, nəzərə alaq ki…

Kəndlilərdən bir neçəsi. Hə, nəyi nəzərə alaq?

Qəzadan gələn təbliğatçı. Nəzərə alaq ki…

Kəndlilərdən bir neçəsi. Hı, buyur görək.

Camaat daxı da artmaqdadır. Adamlar diqqət ilə qulaq asır.

Qəzadan gələn təbliğatçı. Ay yoldaşlar, bunu borcluyam sizə xəbər verəm ki...

Camaat bir növ ölgün kimi olur və çox təəccüblü bir-birinin üzünə baxır.

Çal Cəfər (təbliğatçıya). Ay yoldaş, camaat xahiş edir o sözü bir də deyəsiniz.

Qəzadan gələn təbliğatçı. Mən deyirəm ki, Allah yoxdur.

Kabla Əliş, Seyidbala, Kabla Pirverdi və bir neçəsi. Necə yanı Allah yoxdu?..

Qəzadan gələn təbliğatçı. Yoxdu da! Daxı necəsi yoxdu ki!

Camaat yenə bir-birinin üzünə təəccüblü baxır.

Seyidbala (təbliğatçıya). Xub, ay yoldaş, bu söz sizin doğru sözünüzdü, yoxsa zarafat eləyirsiniz?

Qəzadan gələn təbliğatçı (təəccüblü). Daxı burada zarafat ola bilməz ki! Mənim siznən nə zarafatım ola bilər?

Camaat yenə təəccüblü bir-birinin üzünə baxır.

Kabla Əliş (təbliğatçıya). Xub, a yoldaş, bir zəhmət olmasa bizi başa sal görək necə yanı yoxdu; yəni lap dibindən yoxdu, yoxsa genə bir az-maz var?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Heyz

“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…

2 мин
Dayan

Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.

1 мин
Səkkiz yüz molla

“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

2 мин
Babilər

Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.

2 мин

Стихи других поэтов