Bu, düşmən basulub, Vərqa hicazə ovd qılmaqdür
Rəf eylədi ta ki, bürqeyin hur,Xəffaşlar oldu cümləsi kur.Baş qavzadi çün nəhəngi-qülzüm,Mahi sifəti ədu olub güm.
Doğduqda Səlimin aftabi,Kəm oldu sitarənin hesabi.Ol şö’leyi-nar dəf’ edüb dud,Göstərdi muradi verdi məqsud.Əlqissə, ol atəşi-bəladən,On min kişi sıçradı aradən.Dutdular üzə rəhi-fərari,Səyyaddən nəçük şikari!Oldular o yerdə dəşt peymaTale kimə ta qıla müdara.Talanə düzüldü tar, qanun,Ədna kişi malə oldu Qarun.Şah etdügü qarətin hesabi,Üç min fərd oldu iktisabi.Şəhrə qayudub şəhi-müzəffər,Mənsur anınla cümlə ləşkər.Qəm oldu nəhan, göründü işrət,Yüsr oldu əyan, güm oldu üsrət.Vərqayə ol aftabi-mənsəb,Bir işrətgah edüb mürəttəb.Ta oldu vəsadə bu köhən fərş,Anın kimi xanə görməmiş ərş.Gündüz gecə ol hümayi-sayə,Saldı Vərqayə zilli-vayə.Duydu ona neyləmiş zəmanə,Nə oxlara eyləmiş nişanə.Dildarlıq eylədi firavan,Dərdinə verüb ümidi-dərmanDer: qəm yemə, ey gözüm çiraği,Yıxmış səni gərçi zülm ayaği.Hasil bizədür bu gün fərağət,Bir neçə zaman qıl istirahət.Meyl eylədügündə ol diyarə,Min-min bəxti çəkəm qətarə.Bar eyləyim ol qədər zərü sim,Kim düşə zəminə lərzədin bim.Malım, mülküm sənin xəracın,Qılgil qəmu sərfi-ehtiyacın.
Bilmə bu sözümdə rib zinhar,Səndin özgə dəxi kimim var?Bitməkdə o şüğli-dilkəbabın,Vardur görürəm çox iztirabın?Bu şivədə mən’ narəvadur?Həqqa sənə mən’ həm xətadur.Ovd eyləgilən bir ol diyarə,Ol qovmi buraxma intizarə.Çün damına düşdü ol təzərvin.Qəd çəkdi riyaz içində sərvin.Durgil bu əna olub rəvanə,Varis ola gör dudmanə.Gər kisədə, qalsa nəqdi-həsti,Edəm ani sərfi-həqpərəsti.Sən varisi-mülksən nəbirə,Qoy başına tac otur sərirə.Ey bülbüli-bustani-mülkət,Ta əldə durur bəhari-fürsət,Eyş eyləgilən girüb bu bağə,Qoy pa bu vəsadeyi-fərağə.Altı aya dək bu rəsmi-şahın,Xurşidi sipəhri bargahın,Qövli, qəmu hərfi-dilnəvazi,Fe’li qəmu şüğli-karsazi.Əsbab düzüb o mah çöhrə,Qədr ilə anı yetürdü mehrə.Həmrah ona qıldı ol qədər mal,İncitdi zəmini həllü tərhal.Yükləndi büxati durdu hovli,Fərsəx-fərsəx qətari-tuli.Beş min igid eylədi müqərrər,Ol qeysəri-şəhrü Xosrovi-bər.Ta kim qoşalar səda o sazə,Ol qazini iltələr hicazə.Şəh çıxdı anınla iki mənzil,Qayıtdı vidaə bağlayub dil.Bu nəhcilə düşdü rahə Vərqa,Bilməz ki, nə oldu hali-Gülşa,
Salmış ələ bu vüsal içün gənc,Çəkməkdə bu bir fəraqdin rənc,Bu istər ola anı qərini,Zülmilə ol özgə həmnişini.Bu zövqilə dutdu rahi-lanə,Qeyr eylədi ani şəm’i-xanə.Bülbül çəkməkdə gül əzabın,Əğyar istər gülün gülabın.Bu sandı ki, firqət oldu axir,Ol tazə fəraqə düşdü zahir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-dusmen-basulub-verqa-hicaze-ovd-qilmaqdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pərgari-zəmanə dutdu dövran,Saldı ələ möhrünü Süleyman.
Bu, şəbrov hiyləsi, Vərqa xilasi, qətli-ƏntərdürŞah ol gecə girmədi hisarə,Ordu ilə qondu bir kənarə.
Bu, Möhsün şahi-Şami varmaqü Gülşanı almaqdürSaqi, məni yıxdı ehtiyacım,Qəm eylədi münqəlib məzacım.
Bu, Gülşayi-həzinin anasilə macərasidürÇün sağəri-badeyi-vüsalın,Yə’ni anası o məh xisalın,