Ey nuri-çeşmi-binişü vey qibleyi-dua,Xurşidi-afərinişo şəm’i-şəbi-hoda.Dər mətbəxnəvali-to in nöh rəvaqi-çərx,Bəhri-dəqiq qürseyi-nanəst asiya.Pişi-ədibi-qədri to tifli-fələk müdam,Rəhli-hilal dər bəru xəm kərde poşt ra.Budiyi-to əsli-illəti-qayio vücud ra.Xaki-rəhi-to çeşmi-cəhanəst tutiya,Əncom be pasibaniyi-hərəmət ta tülui-mehr,Məş’əl bekəf gereftevo istade cabeca.Hərku xilafi-rayi-to rayi-degər zənəd,An bixirəd ze cəhl gereftəş rəhi-xəta,Dər bəzmi-bargahi-to in gərdxani-xur,Şud xani-ma həzərkeş piş avər gəda,

Nuri’-to dər bidayət fitrət nəmud rox,Vəz tost moqtəbes, həme ənvari-ənbiya,Dər bəzmi-eyş çəngi-moradəş şəkəste did,Hərku bəzili-qeyri-to zəd çenin eqtida.Fülki-məasiyə kənəfin sahili-nəcat,Dərdi-günahə mərhəmətin nüsxeyi-dəva,Əzmin rayətində qılar bəndegi qədər,Meylin iradətində qılar çakəri qəza.Görməz əsir üsr ta qılsan əgər nəzər,Qalmaz fəqir füqridə açsan kəfi-əta,Səndin yetişdi aləmə feyzi-fücudi-cud,Səndin bu tirə guşeyi-dünya bulub ziya.Həqqa ki, cuyi-şir ona şürbilhəmim olur,Cənnatə gər girərsə sənə döndərən qəfa.Dünya çü cismidir qəmu tənlərdə puhsən,Sən aftab qədrsənü özgələr səha.Hər cürmə kim şəfaətin eylər səfinəliq,Haşa ki, qərq edə ani ol ləcceyi-bəla.Yüz döndərən sənə ola üsyanə gər qərib,Olur fəzayi-düzəx ona rövzətül-səfa.Zahir sənə təmam müradi Məsihinin,Nə ehtiyac elminə izhari-müddəa?Yığmə bu zürriyyədin götürüb zeyli-mərhəmət,Həqqi-Şəbirü Şübeyrü Zəhravü Mürtəza.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов