Bu, Vərqayi-həzinin hali-xaludəndür əxbari
Bir qafiləyə yetişdi rahi,İstəşdi durub Səlim şahi.Ol qafilə adəmi sərasər,Göstərdilər ol şükufədin bər.Bu tərz ilə verdilər cəvabi,Mizanə çöküb rüxi-hesabi,Key sahibi-əqlü huşü fərhəng,Əhli-Yəmənə mədardur təng.İlqar ilə Kişü Bəhr şahi,Səksən min igit anın sipahi.Meymun ləqəbivü Əntər adi,Gizlü kəsüb ol təriqi-vadi.Durmuş salub öznü bu diyarə,Yetdükdə o qəl’əvü hisarə,Məhşər qurulub qopub qiyamət,Götrüldi Səlimdən səlamət.Dövlət itirüb dəri-təmənna,Şah oldu əsirü şəhr yəğma.Axırda vəzir olub hisari,Saldı bünəyə özün şikari.Qılmış qibəl ol hisari düşmən,Düşmən demə, seyli-xaneəfkən.Gər dönməsə mənzilinə Əntər.Məğlub ola tez vəzirü ləşkər,Tüğyan edə qəm, yox olsa qəmxar,Sər neyləyə olmaz isə sərdar?!Vərqa çü eşitdi ol cəvabi,Birinə yüz oldu iztirabi.Qeyrət anı qıldı eylə mədhuş,Kim öz qəmin eylədi fəramuş.Sündü dünü gün səməndi-qeyrət,Ta məzreə yetdi əbri-rəhmət.Nə baxdı görüb təgərgi-hirman.Qılmışdur o keştzari pəjman.
Ol ceyşi-ədu kəsüb məabir,Çün xərməni-mahə halə dair,Bildi ki, səhih imiş kəlami,Ol qafilənin sözü təmami.Tədbir ona verdi bu qərari,Kim səbr edə duta bir kənari.Ta yandura məş’əlin sitarə.Bir hiylə ilə özün hisarəSalub görə ləşkərü vəziri,Ol məcmənin ola dəstgiri.Liykən qəm edüb hilal o mahi,Yox kimsə ola dəlili-rahi.Bilməz nə tərəfdən ol hisarə,Tale ola dun o mahparə.Çün batdı günəş olub şəbi-tar,Dil verməyüb uyxuya o bidar,Keçdi gecənin bir-iki pasi,Dəgşürdi durub rəvan libasi,Ta qoydu qədəm rəhi-muradə,Qarşusinə gəldi bir piyadə.Tənha o bəridi-bisərü pa,Dutmuş rəhi Buqübeysü Bətha.Dutdu ani gördügündə möhkəm,Ahəstə dedi ki, çəkmə gəl qəm.Doğru deməgündədür səlamət,Sadiqlərə yetmiyə qəramət.Kimdənsənü kim sənin pənahın,De kimə durur bu ruyi-rahın?!Gər yar ola kizbə e’tirafın,Həqqa səni öldürər xilafın.Naçar o şəbrovi-giriftar,Doğru demək ilə düzdi göftar.Dutman dedi: sidqdən kəranə,Dur sidqimə göstərim nişanə.Görgil ani ta ki, cani-naşad,Bu doğruluq ilə ola azad.Şahid mənə bəs əlimdə namə,Göndərmişlər məni hümamə.
İmdad dəmidür ol cəvanbəxt,Salsın bu diyarə sayeyi-təxt.Vacib ki, ola bu ğəmdə qəmxar,Sər getdi ola bu qövmə sərdar.Gər olmasa şəh bu subə azim,Vərqayə durur bu əmr lazim.Xalusi durur əsiri-düşmən,Vacib ona bu əzadə şivən.Bu qasidü namə həftümindür.İrsal olunur, xəbər həmindür.Çün naməni verdi ol giriftar,Vərqa ona açdı çeşmi-xunbar.Bildi nədür ol kitabə məzmun,Hər nüktəsi bin niyazə məşhunYazmışdur ani vəzirü ləşkər,Əhvali-cəfavü cövri-Əntər.Ta rəf ola cövri-zülmü bidad,Ol şahdən istəmişlər imdad.Düşdi qəmə cismü canı anın,Tez bəndini açdı ol cəvanın.Dedi ona: – Ey bəla zəlili,Vərqa mənəm, eyləgil dəlili.Əmn olgilü kəsgil iztirabın.Bu dün ara doğdu mahtabın.Gər eyləsə kövkəbim zücaci,Asan ola bu bəla əlaci.Dur ayağə eyləmə zəbuni,Olgil mənə qəl’ə rəhnümuni.Qoyduqda qədəm o bürcə Bəhram,Doldura şərabi-fəthidin cam.Çün qasidə tale etdi yari,Pünhan dutuban rəhi-hisari.İqbal ona düzdü dəstgahi,Qəl’ə dibinə yetürdü şahi.Çağırdı rəfiqü aşinasın,Tanıdılar eşidüb sədasın,Dedi olara həqiqəti-hal,Müjdə ki, sizə yetişdi iqbal.
Ol kim dilər idünüz vüsalın,Göz açubəni görün cəmalın.Ol kim sizə rahəti-rəvandur,Ha gəldi bu gecə mihmandur.Ol kim sizi yaxdı iştiyaqi,Yetdi sizə rəf edüb fəraqi.Səgritdi o qəl’ə kutvali,Ərz eylədi Asəfə o hali.Eşitdi muni çü ol sərəfraz,Gəldi ki, duya həqiqəti-raz.Ta kim görə oxunan nə xətdür,Mə’nisi dürüst ya ğələtdür.Zira ki, ol Asəfi-müəzzəm.Çün bir-iki sal mundan əqdəm,Düzmüşdü rəhi-hərimə məhmil,Olduqda ona o feyz hasil.Görmüş idi Vərqəvü Hümami,Hasil ona olduğunda kami.Çalub belə daməni-iradət,Qılmışdı o şəhriyarə xidmət.Əmr eylədi məş’əlü çiraği,Yaxın görəlüm yavıq-iraği.Mə’lum ola gör o müqtədadur,Canlar qamusu ona fədadur.Rövşən qıluban çiraği-didə,Vərqayə göz açdı ol güzidə.Baxgəc tanıdı ol ərcüməndi,Can riştəsidin asub kəməndi.Çağırdı ona ki, ey məhi-bədr,Sal sayə bu bürcə arturub qədr.Vərqa nəzər etgəc ol füvucə,Meyl eylədi payeyi-ürucə.Döndü can cismə, cism canə,İsa kimi çıxdı asimanə.Me’racə kəmənd olundu rəfrəf,Müştaqləri qılub müşərrəf.Asəf çü yetişdi ol vüsalə,Baş ayağə qoydu, qıldı nalə.
Dedi ona: – Ey mənim pənahım,Bu gümşüdəlikdə ruyi-rahım,Gəldün, şad eylədün bu xeyli,Canım ola gəlməgin tüfeyli.Hala bizi qəmdin etdün azad,Yarəb, olasan həmişə dilşad.Yetdi bizə dərdü qəm firavan,Eşitməgilən nə qıldı dövran!Verdük yelə cümlə nəngü ari,Kimsə nə bilür məali-kari?!Düşmən əlimizdən aldı şahi,Basqun yedi ləşkərü sipahi.Ol gündə olub ədu əsiri,Altmış iki padşah əmiri.Bu cəm’ ilə mən girib həsarə,Möhkəm qılubam bürucü barə.Biz munda o şah əsiri-düşmən,Bu şivədədür mədari-şivən,Nə cəngi-əduyə tabımız var,Nə əldə rəhi-səvabımız var.Üç aydur olmuşam həsari,Bu tərz ilə qılmışam mədari.Qafil bizi ol hücumi-ə’da,Saldı bu bəlayə qıl təmaşa,Ey kaş o gün öleydi Asəf,Bu günləri görmiyeydi Asəf.Canın ilə olsa yaxşıdur can,Can canansız yeg ola talan.Əmma bizə gəlməgindən, ey şah,Tale’ yar oldu, bəxt həmrah.Ümmid ki, axir oldu nikbət,Sayə bizə saldı şaxi-dövlət,Bir-bir gəlib ani gördü ə’yan,Hər biri dua qılub firavan,Vərqa görüb onları girami,Göstərdi lüzumi-ehtirami.Ləb açdı ki, səhldür bu xari,
Gər yarım olursa ovni-bari,Meydani-cidalə qılkəc ahəng,Ə’dayə qılam fəzayi-can təng.Əntər kimdür, nə zuri anın?Rəf eyləyə xət hüzuri anın.Yarın görünüz bu zurdəsti.Ol qövmə necə verür şikəsti.Qəm çəkmə, ey Asəfi-zəmanə,Ol gövhəri tez çəkəm bu kanə.Aləm külüngü xar əlindən,Qurtaram o gənci mar əlindən.Eşitdi çü ol kəlami ləşkər,Oldu qəmu cəng içün dilavər.Dedilər ona ki, nə qərarın,Qıl cümləyədür qəbul rayın.Qaim qəmu rahi-intizarə,Səndən budur edəsən işarə.Həqqa bu güruhə üzrdür ar,Sər olmamaq eylədi bizi xar.Səndən tələb eyləmək ədani,Bizdən qılmaq nisari-cani.Səndən meydanə qılmaq ahəng,Bizdən yandurmaq atəşi-cəng.Səndən qoymaq ayaq rikabə,Bizdən durmaqdür ehtirabə.Ol sahibi-rayü əqlü təmkin,Qıldı olara həzar təhsin.Salındı vəsadeyi-fərağət,Vərqa üzərində buldu rahət.Ta sübhədəkin vəzirü ləşkər,Əsbabi-cidal edüb müqərrər,Çaldurdılar anda kusi-şadi,Ta kur ola dideyi-əadi.Əntər çü eşitdi ol sədayi,Bivəqt o sədayi-təblü nayi.Aya – dedi – bu nəcük xəbərdür?Ölmüş oddan bu nə şərərdür?
Yox anlara xud müinü yavər,Sərdar əsirü xar ləşkər.Hazır oluban dutun kəmini,Ta sübhə dəkin bu sər-zəmini.Nagah çevirüb qəfa həsarə,Yüz döndərələr rəhi-fərarə.Rəxnə urulub kəsildi həncar,Çün mərkəzə dövri-xətti-pərgar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesihi-bu-verqayi-hezinin-hali-xaludendur-exbari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ver ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Bu, Vərqa duyduğudur nəyləmiş əğyar bidadiBafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.
Bu, Vərqa qıldığıdur çərxə tə’nəKey çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.
Стихи других поэтов
Mən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır.*Bomba üstünə
QuşlaraYavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Yeriniz olmayacaqDostlar! Axır zamanlar məni yaman dərd alıb,Nədənsə bir sualım yenə cavabsız qalıb.