Çün kani-zəbərcəd açdı babın,Göstərdi cəhanə lə’li-nabın.Səf çəkdi durub yəlani-həyca,Çün şiri-jiyan o səfdə Vərqa.Ol səfhə açanda xətti-bariz,Meydan dutub istədi mübariz.Bir-bir o təriqi-ruzi-sabiq,Duxsan beş igidə oldu faiq.

Ta Yunisi-ruzi mahiyi-şəb,Ötdü o nəhəngi-fülsi-kövkəb.Dinlənməgə fürsət oldu hasil,Vərqa qayudub gözətdi mənzil.Çün tipə qayıtdı ol dilavər,Gördükdə ani vəzirü ləşkər.Başına dönüb xəm etdilər qəd,Çün qütbə Bənatinn’əş Fərqəd.Təhsinlər edüb o növcəvanə,Qəl’ə yana oldular rəvanə.Ol gecəni eyş ilə nəharə,Yetürdi qəmu girüb hisarə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов