Страница 1 из 3

Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı
vaxtında səni çöllərə salanları, vətənini,
xanimanını, şərəfini tapdayanları
tanıyırsanmı, qızım?

1

Ağarzanın evindən tappatap səsi gəlirdi. Dünəndən bəri evin ortasında, təndir başında salınmış təlisin üstündə badam döyürdülər. Bu il badamın məhsul ili idi. Ağacın birindən 7-8 batmanacan badam dərilmişdi. Evdəkilər badam smdırır, iç hazırlayırdılar. Deyirlər şəhərdə iç yaxşı pula gedir, bayramqabağıdır. Ağarza bir yük iç aparacaq, bir azını taxıla dəyışəcək, bir azını da uşaqlara əyin-baş alacaq.

Altı yaşlı Ədalət də iş görür, kömək edirdi. Atasının sındırıb tökdüyü badam içini qabıqdan təmizləyib nimçəyə yığırdı. Hərdən, atasından xəlvət, birini ağzına atır və birdən yeyə bilmirdi. Oğurluq şeyi yemək nə çətin olur! Badam Ədalətin ağzında böyüyürdü. Süfrədə yığılan ağlı-sarılı, təmiz, ətirli badam içinə baxıb həsrət çəkir, bunları doyunca yeyənlərin kim olduğunu düşünür və atasına sual verirdi:

– Ata, bunları hara aparacaqsan?

– Bazara, şəhərə aparacağam, qızım.

– Kimə satırsan orda?

– Müştəriyə.

– Müştəri kimdir?

– O da bir adamdır da, qızım.

– Yaxşı adamdırmı?

– Yaxşısı da var, pisi də var!

– Yox, ata, pis adama vermə, heyifdir, yaxşı adama ver!

Ağarzanı maraq götürdü. "Uşağın yaşından böyük danışmağına baxırsanmı?" - deyə düşündü.

– Qızım, - dedi, - müftə vermirəm ki, puluna minnət! Kim çox versə, ona satıram.

Ədalət etirazında davam edirdi:

– Yox! Pis adam çox pul versə də satma! Badamı ona vermə, heyifdir! Pis adama qismət olmasın, ata!

Ədalətin dedikləri uşaq sözü olsa da, bir həqiqətdən xəbər verirdi. Ağarza badam içinin balacalarından üç-dörd dənə götürüb, Ədalətin ovcuna qoydu, sonra mülayim, mehriban bir dillə təsəlli verdi:

– Qızım, bizə pul lazımdır. Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə əlimə pul gəlsə, ərbabın borcunu, xumsu, zəkatı çıxandan sonra, taxıldan artıq qalsa, qədək alacağam. Bacarsam sənə də bir cüt təzə başmaq alacağam, qotazlı başmaq, lap onun özündən alacağam ki, bayramda geyəsən!

Dalandan ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Ağarzanın qonşusu Əlican, güllə dəymiş quş kimi özünü içəri atdı:

– Ay rəhmətlik oğlu, nə oturmusan, badamlığı kəsdilər! - deyə həyəcanla xəbər verdi.

Ağarza sağ əlində daş, sol ovcunda badam olduğu halda çömbəldiyi yerdən dik qalxdı və:

– O nə sözdür, Əlican? - deyə soruşdu.

– Sənə deyirəm badamlığı kəsirlər.

– Səfeh-səfeh danışma, elə şey olmaz!

– Bu saat oradan gəlirəm, kəsirlər.

Ağarza qonşusunun üzündəki ciddiyyəti, baxışlarındakı vahiməni duyub, çarığını ayağına çəkdi.

– Axı kim kəsir, nə deyib kəsir?

– Əmələ töküblər, odur, kəndxudadan soruş!

– Kəndxudanın nə haqqı var, öz əlimlə əkib-becərdiyim ağacı kəsə, bəyəm mən ona bağça satmışam? Gəl otur!

– Ay sağ olmuş, oturası vaxtdır? Mən də yoncalığın hayındayam.

Onu da sürəcəklər. Müşavirin yanına getmək istəyirəm. Görüm nə çarə taparam.

Əlican qapıdan çıxmaq istəyəndə Ağarza kəmərini bağlayıb, onun dalınca tələsdi. İtə rast gələcəyini düşünüb, əl ağacı götürmək istədi, bir də fikirləşdi ki: "Ərbabın adamları bunu görüb bir az da hirslənərlər. Yaxşısı budur əliyalın get!"

Ağarza özünü badamlığa o zaman yetirdi ki, müşavirin adamları daş hasarı uçurub çaya tökürdülər. Hasar ağzından kəsilib atılmış ağacları görəndə elə bil Ağarzanın qolunu qələm elədilər, qıçlarını peylədilər. Vücudu od tutub yandı, qan başına vurdu. Bütün köyşən dəyirman daşı kimi onun başına dolandı. Havaxt çaydan hoppanıb, birisinin yaxasından yapışdığını özü də bilmədi.

– Niyə dağıdırsan, a bayquş? - deyə qışqırdı. - Bu divarı çəkənəcən mənim kürəyim qabar olub, niyə sökürsən?

Alnından tər daman ortaboy soldat dartınıb onun əlindən çıxmaq istəyir və dil-ağız eləyirdi:

– Boşla yaxamı, buyruq quluyam! Məndən nə yapışmısan?

Ağarza onu kənara itələyib qışqırdı:

– Çıxın mənim bağçamdan!

Xaki pencək geyinmiş bir amerikan zabiti ona yanaşıb, əlini tapançasının dəstəyinə qoydu, ehmal səslə, lakin hədəli əda ilə dedi:

– Bu köyşənləri sizin ağalarınız bizə satıblar. "Marşal planı" üzrə biz buraya köməyə gəlmişik. Şikayətinizi ərbabınıza eləyin, işə mane olmayın!

2

Son zamanlarda qoca və izdihamlı şəhərin dar, qaranlıq və dolaşıq küçələrində ucaboy, uzunqol, üz-gözünü tük basmış, qaşqabaqlı, əli ağaclı, ayağı çarıqlı bir kəndlinin səkidən-səkiyə addımladığını görənlər çox idi. Kənardan gəldiyi, nabələd adam olduğu, nə iş üçün isə qapılar gəzməyə məcbur bir müsafır olduğu ilk baxışdan məlum idi. Güman gəldiyinə o, əl boyda bir kağız göstərir, ünvan soruşur, dərdini demək istəyir, baş əyib yoluna davam edirdi. Yorulsa, taqətdən düşsə də, yağışa, küləyə, vaxt-bivaxta baxmadan küçələri addımlayırdı.

Bu müsafırin kim olduğunu oxucular yaxşı bilirlər. Kənddə ümidi üzülən Ağarza bununla üçüncü dəfə idi ki, şəhər küçələrində gəzə-gəzə badamlığının haqqını müdafiə edən adam axtarırdı. Kəndliləri Mirzəməmmədə bir "tutarlı" ərizə yazdırıb, ərbabın hüzuruna apardı. Uca hasarlı bir həyətin qapısını ehtiyatla taqqıldatdı. Cavan bir oğlan çıxıb onun üzünə baxdı. Ağarza salam verib sözünü dedi:

– Bizim ərbabın evi buradırmı? Kəmərli kəndindən gəlmişəm. Ağaya ərzim var.

Cavan oğlan qayıdıb getdi, bir az keçməmiş qapını açdılar. Ağarza: "Bismillah!" - deyib içəri daxil oldu. Hovuzdan su gətirən bir qarı ona işarə elədi: "Ağa ibadətdədir, gözlə!"

Ağarza daş səkinin yanındakı sütuna söykənib dayandı. Əvvəl, ətəyinin altında gizlətdiyi hədiyyəni yerə qoymaq istədi. Sonra düşündü ki: "Yox, ağanın özü gələndə verərəm". Ağarza heyrət və həsrətli gözləri ilə ərbabın imarətini seyr etməmişdi ki, eyvanın başındakı qapıdan əli təsbehli, beli əyri, kosa, arıq bir kişinin çıxdığını, ona tərəf gəldiyini gördü.

Ağarza, ərbabı axund libasında, əli təsbehli, ağzı dualı görəndə xeyli sevindi: "Allah adamıdır, - dedi, — rəhmi gələcək". Özünü itirmiş halda bir addım irəliyə yeridi. Layiqsiz hədiyyə sayıb gətirdiyi iki beçəni bağlı qıçlarından tutub, səkinin kənarına qoyandan sonra ətəklərini silkələyib düzəldi. Əllərini döşünə qoyub salam verdi, baş endirdi... Qoltuğundan çıxardığı əl boyda ərizəni təqdim etdi, təkrar baş əydi. Ağ araxçınlı, kosasaqqal, qadın başmaqlı, cindara oxşayan adam isə əlindəki yüsür təsbehi çevirə-çevirə dinməz-söyləməz Ağarzanın ərizəsinə baxırdı. O gah kağıza, gah da qarşısında itaətkar vəziyyətdə duran kəndlisinə baxırdı. Ancaq heç nə demirdi. O nə üçün dinmirdi? Ağzındakı duanımı bitirmək niyyətində idi? Cındır içində batan kəndlisinin üst-başınamı tamaşa edirdi? Ağarzanın halınamı acıyırdı, ya da şikayətçini diqqətlə eşitməkmi istəyirdi? Ərbabın sükutu Ağarzaya bir qədər də cürət verdi. O, başına gələni - amerikalı müşavirdən gördüyü zülmü danışmaq istəyirdi ki, ərbab kağızı qatlayıb sahibinə qaytardı. Onun batıq səsi eşidildi:

– Kişi, nəyə gəlmisən?

– Ağa, şikayətim var!

– Kənddəkiləri, mübaşiri qoyub bu əkin-tikin vaxtında bura niyə gəlmisən?

– Ağa, mənə zülm eləyənin biri də mübaşir özüdür.

– Nə olub, yenə şikayət dəftərini açmısan?

Ağarza özünü tanıtmaq istədi:

– Ağa, kənd camaatı bilir, mən ömrümdə şikayətə gəlməmişəm.

Amma indi gör necə əlacım kəsilib ki, sizə başağrısı verirəm. Ağa, mənim öz əlimlə əkib-becərdiyim badamlığı kəsirlər. Sizə pənah gətirmişəm!

Ağarza çox şeylər danışmaq istəyirdi. Lakin araxçınlı kişi onun sözünü kəsdi:

– Kişi, şükür eləmək əvəzinə şikayətə niyə gəlirsən?

Ağarzanı təəccüb götürdü. "Bu nədən yana danışır? Mən nə üçün şükür eləməliyəm, niyə eləməliyəm?"

Ağarzaya elə gəldi ki, ərizə yaxşı yazılmayıb. Araxçınlı kişi onun dediklərindən də bir şey eşitmədi. Güman etdi ki, bəlkə kişinin gözü pis görür, qulağı ağır eşidir, qocalıqdan ola bilər, bir az qayımdan danışmaq lazımdır.

Ağarza bir addım da irəli yeriyib, sözlərini ucadan təkrar edəndə, araxçınlı kişi bir addım geri çəkildi və səsini ucaltdı.

– A kişi, qışqırığa salma, kar adam yoxdur burada! Deyirəm,

badamlığı kəsirlərsə, sənin xeyrinə kəsirlər.

Ağarza təəccübdən çiynini çəkdi, ona toxunan bir şeyi rədd edirmiş kimi, əllərini qabağa tərəf açdı:

– Ağa, mənim çörək ağacımı kəsirlər, evim yıxılır. Evi yıxılan adam niyə gərək şükür eləsin?

– Şükür elə ki, müşavirlər gəlib səni-məni qoruyurlar.

– Ağa, məni kimdən, nədən qoruyurlar?

– Necə nədən, kommunistlərdən! Bəli, başa düşməlisən ki, amerikalılar bizim torpaqda təyyarə meydanı tikirlər ki, sabah kommunistlər sənin başına bomba tökməsinlər.

– Ağa, mən kommunistləri dava vaxtı kəndimizdə görmüşəm. Onlar kasıb-kusubun əlindən tutan adamlardır. Mən onlardan bir pislik görməmişəm. Bomba-filan nə söhbətdir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 мин
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

19601 мин
Gözəl barəsində

Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:

8 мин
Gənc şairin ərizəsi

Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

19607 мин

Стихи других поэтов