Bakı günəşi
Üzünə zər ləpələr səpilmiş dəniz sərin səhər səmasının altında ipək parça kimi ehmalca ləngər vururdu. Sularda çimib çıxan Günəş qızıl güldan kimi fəzaya qalxırdı. Deyəsən, onu altun dəstək ilə sudan qaldırırdılar. Bəlkə də dəstək deyil, Günəşi qüdrətli bir fəhlə biləyi göyə qaldırırdı, kainatı parlatmaq üçün.
Deyəsən, indi günorta yerindən aləmə od tökən, gözlər qamaşdıran qızmar yay günəşi yox, yenicə çimib, çalxanıb sulardan çıxan gənc və nurani bir pəhləvan idi, onun polad kimi odlu çöhrəsi get-gedə ağarmağa, rəngini dəyişməyə başlayırdı.
Günəş bu gün hamıdan tez oyanmışdı. Tez oyanmışdı ki, balaları, bütün gecəni məktəb-məktəb deyə intizar çəkən, nigaran yatan balaları dərsə oyatsın. Bu səhər tezdən oyanan təkcə balalar deyil, cavan atalar, analar, müəllimlər də tez qalxmış, birinci gün məktəbə ayaq açan uşaqlarının sevinc-intizarını böyük bir təlaşla arzulayırdılar.
Nəzakət yuxudan qalxanda üfüqlər hələ aydın açılmamışdı. Uşaq axşamdan hazırladığı kitab-dəftər dolu çantasını əlinə alanda, bir neçə dəfə ağır-yüngül edib yoxlayanda Qüdrəti səslədi:
– Ata, məktəbin vaxtı keçər, uşaqlar hamısı gələr ha.
Qüdrət intizar çəkən balasının başını tumarladı, tez qalxıb mətbəxə keçdi, çay hazırladı. Alaqaranlıqda sakit, mehriban süfrə başında Qüdrət ilə Nəzakəti qabaq-qabağa əyləşmiş görənlər güman edərdilər ki, həmin qız uşağı bu evdə əziz qonaqdır. Kişi hər dəqiqə ona ehtiram etməyə çalışırdı.
Doğrudan da Nəzakət nisgilli uşaq idi. Neçə ay əvvəl anası vəfat etmişdi, nigaran gözlərini həyata yumanda yalnız yeganə uşağının adını çəkə bilmişdi:
– Naza...
Qüdrət qızının əlindən tutub məktəb həyətinə gətirəndə orada ayrı bir aləm gördü. Deyərdim bütün şəhərin uşaqları əlvan libasda böyük bir bayrama toplaşmışdılar. Məktəbin ilk şagirdləri hamıdan əziz qonaq kimi cərgə ilə düzülmüş, səliqəli, təmiz, yaraşıqlı, təzə otaqlara yollanırdılar. Müəllimlər fərəhlə ilk məktəbliləri seyr edirdilər.
Ulduz müəllimə Nəzakətin əlindən tutub yoldaşlarının yanına gətirdi, sıralarda hər uşağa yer göstərib əyləşdirdi. Nəzakət güman etməzdi ki, məktəbdə onu tanımayanlar arasında Ulduz müəllimə kimi mehriban bir ana şirin dil ilə onu qarşılayıb yer göstərəcək, kefini soruşacaqdır. Sağa dönəndə bir, sola dönəndə bir, qabaqda, arxada bütün qonşu uşaqlarını görəndə Nəzakətin ürəyi bahar görmüş yarpaq kimi açıldı. Sıxıntı çəkmədi, çəkinmədi, uşaqlar ilə dilləşməyə, kəlmə kəsməyə başladı. Balalardan hər biri öz sevincini yoldaşlarına danışmaq istəyirdi.
Müəllimənin bütün sinfi əhatə edən mehriban səsi eşidildi:
– Əziz balalar, siz məktəbə xoş gəlmisiniz. Siz bu gündən başlayıb əlifba oxumaq, yazmaq öyrənəcəksiniz, dərs oxuyacaqsınız. Əyləşin, diqqətlə qulaq asın.
Nəzakət ətrafına baxır, yoldaşlarını bir-bir süzdükcə öz libasını, düymələrini yoxlayır, çantasını gah sol, gah sağ yanına qoyur, gah dəftər-kitabı, gah qələm göstərir, ilk kitabını qaldırıb yoldaşlarının diqqətini cəlb edirdi. Müəllimə dillənəndə uşaqlar susdular. Müəllimə hər Şeyi izah edirdi: bu, məktəbin həyəti, ora müəllimlər otağı, oyankı uşaqların idman meydançası, bu, məktəb saatıdır. Bu, dərslərarası vurulan zəngdir. Qırx beş dəqiqədən bir dərsdən sonra uşaqları tənəffüsə çağırır...
Nəzakət məktəb ilə, məktəblilərlə tanış olduqca ürəyini dolduran şirin arzuları açıb bir-bir yoldaşlarına danışmaq istəyirdi:
– Mən Lenin babanı görmüşəm. Babam Bayılda fəhlə olanda Leninin yanına gedib, salam aparıb. Nənəm də Leninə xalça toxuyub. 0 xalçanı kinoda göstərirlər. Hökumət bizə təyyarə verib. Pionerlər böyüyəndə göylərə – Aya, ulduza uçacaqlar. Mən də uçacağam.
Müəllimə uşaqların hamısından kitab gətirib-gətirmədiklərini soruşdu. Birinci səhifəni açdırdı, kitabda rəhbərin şəklinə hamı baxırdı.
– Lenin bizim babamızdır, Lenin bizim böyük müəllimimizdir, bütün dünya fəhlələrinin rəhbəridir. Biz onun vəsiyyətlərini heç vaxt unutmayacağıq.
– Oxumaq, oxumaq, oxumaq!
Uşaqlar səs-səsə verib rəhbərin əziz sözlərini bir ağızdan təkrar etdilər.
– Oxumaq, oxumaq, oxumaq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-baki-gunesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalm axırındakı iri qapı cırıldadı, gödəkçəli, arıq kişi içəri girən kimi papağını əlinə aldı, zalı boş görüb sağa-sola döyükdü. Əvvəl ehmal, sonra qəti addımlarla lap başa, sədarət stolunun başmda oturanlara tərəf yeridi, salam verdi:– Sabahınız xeyir, yoldaş!
Mənim vəfalı dostumHörmətli həkimlərimizə:*H.Veysova və B.Abbasovu*
Şapalaqİndi evdə, şəhər yerində, televizorun xarab olmağı çırağın sönməyindən pisdir. Çünki çıraq sönəndə adam şam yandırır, ya sobanın qabağına keçir, ya da özü, birtəhər, lampoçkaları, xətləri qurdalayıb düzəldir.Amma televizor elə deyil. Bu təzə, yaraşıqlı bir cihazdır ki, ustası ola gərək, hər adam baş çıxara bilmir. Çırağın başma az adam yığılır. Külfətin çoxu o yanda-bu yanda olur. Televizorun başma bütün külfət yığılır, hətta qonum-qonşudan da gələn olur. Hamı tamaşa görmək, təzə bir xəbər eşitmək istəyir.
Dil və əməlHərzə xanım çox zabitəli qadındır, evində hər şeyi istədiyi qaydada şaxlar, uşaqlarına da özü kimi ədəb-ərkan öyrətməyi bir gün də unutmaz. Balaca qızı Fizzənin beş yaşı hələ tamam olmayıb. Amma Hərzə xanım elə gün olmaz ki, onu qabağına qoyub danlamasın, başını daramasın, dırnaq tutmağı, əl-üzünü yuyanda suyu sıçratmamağı, stəkan-nəlbəkini dəsmal ilə silməyi, böyüklərin sözünə baxmağı, telefonda hər nə soruşsalar "bilmirəm, yoxdur" - deməyi ona öyrətməsin.Bir dəfə qonşulardan kim idisə, qapını açıb Hərzə xanımdan ət maşını xahiş elədi. Hərzə xanım heç qonşu tərəfə dönüb baxmadı da:
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Kim Əsədvən bən ki şîrü-nər bənimKim Əsədvən bən ki şîrü-nər bənimKim Ərəbdə yalıñuz bir ər bənim
Ağrı dağıQüdrətdən yaradıf yaradan səni,Məğrur dayanıfsan sən, Ağrı dağı.
QıfılQıfıllı qapını ayıb sayan biz,Qıfılsız qapılar arzulayan biz,