Bu ad ilə çağırılan yerlərdə gülzar, ancaq yalnız gül olmur. Doğrudur, gül deyəndə əsasən qızılgül nəzərdə tutulur. Amma burada cürbəcür güllər, çiçəklər olur. Buraya gedəndə insan ətirdən məst olur. Bu ətirlər yalnız qızılgüldən deyil, təbiətdə mövcud olan çox güldən, çiçəkdən gəlir.

Gülzarın bir əsl həqiqi, bir də məcazi mənası var ki, bunu sənət, ədəbiyyat xadimləri yaxşı bilir, yerində də qiymətləndirirlər.

Çox yerdə ədəbiyyat gülzarından söhbət getdiyini yəqin eşidib, görmüsünüz.

Bu, çox qiymətli, məşhur, həm də ümumi bir gülzardır. Burada hər gülün öz mövqeyi, əhəmiyyəti, mənası vardır.

Bu güllərin heç biri artıq deyildir. Zanbaq, nərgiz, gülxətmi, lalə, nilufər, gəlingülüşü, bənövşə, yarpız. Bunlar hamısı bir-birinə artıqlıq eləmir, mane olmur. Əksinə, bir-birini tənzim edir, yaraşıq verirlər. Gözəlliyi, mənəvi həyatın hüsnünü artırır.

Sənət, ədəbiyyat aləmində şairlər, ədiblər də belədir! Ədəbiyyat, sənət gülzarının hüsnü də belədir...

Bu sənətkarların birinin adı çəkildimi, çoxları yada düşür. Bunların biri o birilərini də çağırır, rayihəsini xatırladır.

Böyük ədibimiz Haqverdiyevin hekayələri şirin yumoru, gülüş rəngi, əlvan məişət lövhələri, duzlu kəlam ifadələri ilə gözəldir.

Seyid Hüseynin hekayələri isə səliqəli-təmiz təsviri, həzin lirikası, didaktikası, ədəb, mərifət təbliği ilə seçilir.

Hər iki ədibin oxucusu, xiridarı, sevəni, axtaranı həmişə, hər yerdə var. Bu sənətkarları yanaşdıranda bir-birinə qarşı qoymaq yox, hər ikisinin xüsusiyyətini qabartmaq, daha əyani göstərmək lazımdır. Sənət gülzarına daha diqqətlə, daha ehtiyat və qayğı ilə, həqiqət, məlahət günəşinin parlaq şüaları altında tamaşa etmək lazımdır.

Böyük muzeylərə, sərgilərə, tamaşaya gedəndə yəqin fikir vermisiniz, hər paltarla, hər başmaqla içəri buraxmırlar. Sənət əsərinə əl vurmağa da icazə vermirlər. Çünki tamaşaya qoyulan sənət abidələri yalmz sənin üçün yox, hamı üçün qoyulur. Xalq malı kimi qorunur. İllər, qərinələr, əsrlər boyu ehtiyatla qorunur. Bu belə də olmalıdır.

Ola bilər ki, tamaşaya qoyulan abidələrin biri sənə, biri mənə daha artıq xoş gəlir. Birini sən, birini mən daha çox sevirik. Buna hamının haqqı var. Amma birini o birinə qarşı qoymaq, burunlamaq olmaz! Gülzarın xiridarları ümumi gülzara məhz gülzar kimi baxıb qiymət verirlər...

C.Cabbarlı, H.Cavid, S.Vurğun – bunları yanaşdırıb müqayisə etmək olar və hər birinin hüsnünə afərin demək olar. Amma birini o birindən üstün tutmaq, birinin üstünə işıq, birinin üstünə kölgə salmaq olmaz!

Gülzarı həmişə həqiqət, sənət günəşinin şəfəqləri ilə işıqlandırmaq lazımdır.

Var olsun sənət, ədəbiyyat gülzarı, xalqımızın zəngin əsəri, əbədi mənəvi sərvəti!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, dördüncü fəsil

Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.

194116 мин
İkinci hissə, beşinci fəsil

Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:

194116 мин
İkinci hissə, altıncı fəsil

Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".

19413 мин
İkinci hissə, yeddinci fəsil

Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.

19415 мин

Стихи других поэтов