Günah kimdədir?
Страница 1 из 3
– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..
Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:
– Əzizim, – dedim, – belə mürəkkəb məsələləri ayaqüstü həll etməyə çalışmaq, adamı yanlış yola salar. Buyurun, bizim sakit sinif otaqlarından birində oturaq, arxayın danışaq. Sizin sualınızı da ətraflı təhlil edək. Görək nə məsələdir, nə cəhalət, nə tüğyan, nə etinasızlıqdır?!
Oxucu mənim cavabımdan məyus olsa da, etiraz etmədi.
– Nə eybi var, razıyam!
Bunu dedi, ərklə qolumdan tutub məni məktəbə, sinif otağına çəkdi, •’altomu soyundurub papağımı asdı, mənə yer göstərdi:
– Buyurun, əyləşin, indi danışmaq olar.
Mən də müsahibimin qarşısında hazırcavab, vacib bir mətləbə müntəzir kimi oturdum. Oturdum, ancaq bir söz danışmaq qəsdi ilə yox, oxucunu dinləmək, söhbətin təfsilatını bilmək üçün oturdum.
Oxucu da bunu hiss etdi. Ciddiyyətini toplayaraq, daha aramla, səbirlə söhbətini sanki təzədən başladı:
– Bağışlayın, hörmətli filankəs, mənim sizə şikayət təriqilə açdığım bu söhbət bəlkə də başqa yerdə, şəraitdə deyilsə, inanmazlar. Siz özünüz də inanmazsınız. Bu, inkişaf, mədəniyyət əsrimizin son yarısında, bütün ictimai düyünlərin sürətlə, dalbadal açıldığı illərdə azad bir məhəbbət yoluna belə bir daş, ağır sədd qoymağın, elə əngəl düzəltməyin kimə, nəyə lazım, necə qiymət vermək lazım olduğunu mən məhz sizdən, sizin kimi mötəbər bir qələm sahibindən, ictimai mətləbləri araşdıran, həll edən yoldaşdan soruşmağa cəsarət etdim. Gümandayam ki, siz mənə mümkün köməyinizi əsirgəməzsiniz! Bu kömək mənim xahişimdirsə, sizin də borcunuzdur, mədəniyyət borcu, vətəndaşlıq borcu!
Oxucu şikayətini bir az da təkidlə, inadla deyirdi, sözünü qurtarandan sonra həyəcanlı bir intizarla üzümə, üzümə yox, lap gözlərimin içinə baxırdı:
– Zənnimcə, köməyinizi əsirgəmiyəcəksiniz!
Oxucu yoldaş sözünü təkidlə deyib inadla baxırdı. Ancaq məsləhət istəyən adam kimi yox, qəflətən yaxaladığı, ağır böhtanlarla divara qısnadığı bir müqəssirin üzünə baxan kimi baxırdı. Onun baxışları davamlı, kəsərli, intizarlı idi. O, məni istintaqa çağıran bir hakim kimi divara qısnamışdı, cavabımı isə gözləmirdi, aramsız danışırdı.
Mən də onun həyəcandan qızarmış çöhrəsinə, geniş açılmış gözlərinə, qığılcımlar oynayan bəbəklərinə diqqət yetirirdim.
Bizim vəziyyətimizi kənardan görən olsaydı, iki düşmənin qabaqlaşdığını, bu saat bir çarpışma baş verəcəyini güman edərdi. Nə məndə, nə müsahibimdə silah vardı. Ancaq bizim tək bir otaqda qabaq-qabağa, ciddi dayanıb baxışdığımızı görənlər, kəskin bir ixtilafın zirvəsini dərk edərdi.
Doğrudur, mən qoyulan məsələnin bir təhlükə ilə bağlı olduğunu, lakin şəxsən mənimlə əlaqəli olmadığını yəqin bilirdim. Lakin hərifin baxışı, danışığı sanki məni təlqin eləmişdi. Ürəyimdə cavab axtarırdım:
– Adınızı da bilmirəm, yoldaş...
– Adım Rəşiddir.
– Adın nədir, Rəşid, birini de, birini eşit! Yoldaş Rəşid, nədənsə siz çox təsirlənmisiniz. Bəlkə qəlbinizə dəyiblər. İndiki mütərəqqi cəmiyyət, əlbət ki, mürəkkəbdir, əlvandır. Arzuladığına nail olmaq üçün, Qorki demişkən, mübarizə lazımdır. Bunsuz heç bir şey əldə eləmək olmur. Sizə mane olan qüvvələrin kimdən, nədən ibarət olduğunu, təəssüf ki, bilmirəm...
Müsahibim görüşlərimdəki namüəyyənliyi, münasibətimdəki yumşaqlığı, şikayətimdəki mücərrədliyi dərk etmiş kimi, bir az da yaxın oturub, dediklərinə əlavə etdi:
– Müəllim, – dedi, – açığı budur ki, məni bağışlayın, üzlülük edirəm, səmimi məhəbbət bağladığım sevgilimi – əmim qızını indi mənə vermək istəmirlər. Əsl məsələ budur. Doğma əmim qızı ilə aramızdakı atəşin məhəbbətə, səmimi sevgiyə bir kömək əvəzinə aşkar sədd çəkirlər!
– Bu maneənin səbəbi nədir?
– Heç nə! Bir səbəbi yoxdur. İndi əlac ona qalıb ki, Səadətlə köçüb başqa bir şəhərə gedək. Uzaq yerdə yaşayaq. Gözdən uzaq, könüldən iraq! Bədxahlardan yaxamız qurtarsın.
– Buna valideynləriniz necə baxar?
– Onlardan soruşmaq lazım deyil, sonra bilərlər.
Rəşidin izahından məlum idi ki, qızın valideyni bu işə razı deyil. Cavanlar, görünür, qət etmişlər, heç bir maneəyə fikir vermədən evlənəcəklər!
Başqa bir deyəcəyim qalmadı:
– Mübarək olsun!
Belə bir xeyir işə başqa aqibət arzulamaq nalayiq olardı. Ancaq bu xoş arzu ilə müsahibimin yarası sağalmazdı. O, məndən kömək istəyirdi və bəlkə, məhz bu məqsəd üçün gəlmişdi.
– Yoldaş Rəşid, bu xeyir işə mane olanları gərək mənə tanıdasınız. Onlarla arxayın oturub danışmaq, başlarına ağıl qoymaq lazım olacaq!
Mənim qənaətim Rəşidin xoşuna gəldi. Bayaqdan bəri çöhrəsində qaralan müəmma ipək düyünü kimi açıldı, rənginə aydınlıq gəldi. Bu vəziyyət mənə də ruh verdi. Tanımadığım gəncin qəlbinə təsəlli ola bilən daha bir neçə xoş söz deməyi lazım bildim:
– Mütləq lazımdır, dumanlı başlara işıq vermək! Axı, bu nə zamandır! Bəşəriyyət milyon-milyon axışıb kommunizmə getdiyi, mərd igidlər fəza sirlərini açdığı, həkimlər ürəkləri təzələdiyi bir əsrdə məhəbbətə zəncir vurmaq olarmı? Bu nə boş iddia, nə xam xəyaldır!
Rəşidin rəngi lap duruldu, gözləri güldü. Qolumdan yapışıb dedi:
– Yoldaş filankəs. Bu vacib sözləri mənim atama, Səadətin atasına desəniz, nə yaxşı olardı. Onlar sizin məsləhətinizi eşitməmiş olmazlar! Onlar sizə inanarlar!
– Verin onların ünvanını, günü sabah qapılarına gedərəm! Gedərəm, ya da onları lazımi yerinə çağıraram.
Mən qələm-dəftər çıxarıb ünvanı yazdım.
– Yoldaş filankəs, xahiş edirəm, nə mənim, nə Səadətin adı tutulsun. Bizim adımız olmasın. Guya siz bu əhvalatı kənardan eşidib təsirlənmisiniz. Bir ədib, bir vətəndaş borcu kimi məhz xeyir işə rəvac verirsiniz! Vermək istəyirsiniz. Bax, bu cür!
Mən Səadətin atasını təmir emalatxanasında, radio cihazlarını yoxlayan yerdə tutdum:
– Usta, – dedim, – sizinlə xüsusi söhbətim var, bəlkə macal tapasınız?
Usta əlindəki burğacı yerə qoyub, qapıya çıxdı:
– Buyurun, nə məsələdir?
– Buyurmağım yox, məsləhətə gəlmişəm. Sizin balaların taleyi ilə bağlı məsələdir.
Usta bunu eşitcək özünü yığışdırdı, iş paltarından utanan kimi, ətəklərini silkələdi, yaxalığını düzəltdi:
– Sizi dinləyirəm, – dedi.
– Səadətlə Rəşidin xeyir işinə mane olan nədir?
– Nə eşidibsiniz, necə eşidibsiniz, bilmirəm, ancaq qabaqcadan deyim ki, baş tutan iş deyil!
Mən təəccüblə soruşdum:
– Nə üçün? İki ləyaqətli müasir gəncin məhəbbətinə kim mane ola bilər? Nə haqq ilə?
– Bunun səbəbini danışa bilməyəcəyəm. Nə Rəşid üçün dünyada qız əskikdir, nə Səadətə oğlan! Hər ikisi bizim əzizimiz, övladımızdır. Günü sabah, kimi desələr, qabağa düşüb elçilik eləmək bizim borcumuzdur. Ancaq onların izdivacı baş tutan iş deyil. Bu barədə üz vurmayın, xahiş edirəm.
Usta sözünün axırını xüsusi ahənglə dedi və şəhadət barmağı ilə qarşısındakı stola nöqtə qoydu:
– Burada nöqtə!
Usta sözünü qət edib masaya sarı döndü, burğacı götürüb cihazla məşğul olmağa başladı:
– Məni intizarda qoydunuz.
– İntizar yox, axır sözümü sizə dedim!
– Mən ümidlə gəlmişdim. Hər qapıya da getmərəm, bilirsiniz!
– Ayrı nə qulluq olsa, baş üstə, hazıram. Bu barədə üzürlü sayın!
– Məni çox intizarda qoydunuz.
Ustanın qəti cavabı məni məəttəl qoymuşdu, Rəşidə nə deyəcəyimi bilmirdim.
Bir qədər gözləməyi, münasib vaxt axtarmağı, sonra müraciət etməyi məsləhət gördüm. Bu xeyir işdə hələ ki, məni tələsdirən də yox idi.
On beş-iyirmi gün sonra, payızın yağışlı günlərindən birində Rəşidə Qutqaşen rayonunda rast gəldim:
– Salam, ay Rəşid, xeyir ola, sən hara, bura hara!?
– Əleykəssalam, xeyirdir, inşallah, müəllim! Məhəbbət məni sevdaya salıb, Sənan kimi dağa çıxmışam:
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər, bəxtəvər yaylağa çıxdı!
Səmimi məhəbbətdən xeyir nə ola bilər! Ancaq nə edəsən ki, düyünə düşüb!
Rəşidin sözü mənə, mənim yalan vədimə işarə idi:
– Rəşid, bağışla, sənin yanında yalançı çıxmışam, Səadətin atası ilə əməlli-başlı görüşə, məsləhətləşə bilməmişəm!
Rəşid gülümsündü, mənə muştuluq verən kimi əlavə etdi:
– Görünür, bu işlərdə məsləhət, məşvərət yox, qəti hərəkət lazımdır. Biz Səadətlə o yolu tutmalı olduq. Köçəri quşlar kimi uçub buralara gəlmişik!
– Mübarək olsun, yəqin burada vəzifəyə gəlmisiniz?
– Bir vəzifə yoxdur, raykomdan xahiş eləmək istəyirik.
Rəşidin inşaat institutunu bitirdiyini, yol mühəndisi olduğunu eşitmişdim. Soruşdum:
– Harda mənzil eləmisiniz? Yoxsa ev tutmuşunuz?
– Ev-zad yoxdur, hələlik mehmanxanada sizinlə qonşuyuq!
Bu halda mehmanxana işçisi gəlib məni kənara çağırdı, acizanə xahiş elədi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-gunah-kimdedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?