On bacı
Sovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!
Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!
İnqilab insanların həyata baxışı, görüşü, anlayışı, münasibətini də dəyişdi.
Kimə məlum deyil ki, inqilabdan əvvəl müsəlmanlar içində qadınlara həqarətlə, naqis bir məxluq kimi baxırdılar?
Quruluş dəyişəndə, kommunist natiqlər rayonlara, kəndlərə çıxanda təkcə kişilərə yox, həm də qadınlara, qızlara müraciətlə ucadan deyirdilər:
– Analar, bacılar, dini ehkam pərdəsinə bürünənlər, qadınlara təhqir gözüylə baxan adamlar, hökumətin də, cəmiyyətin də düşmənidir! Biz qoymarıq Azərbaycan qadınlarına təhqir gözüylə baxılsın!
Ana müqəddəsdir, ana doğmadır,
Ən böyük məhəbbət yalnız onadır.
Yoxdursa dünyanın ucu-bucağı,
Hər yerdə istidir, ana qucağı!..
Keçmişdə ananın qız doğması ailədə pərişanlıq sayılardı.
– Məsmənin nəyi oldu?
– Genə qızı oldu!
– Nə eybi var. Bəxtinə düşən paydır, eyib eləməz. Pərişan olmayın, Allaha xoş gəlməz! Adını Bəsti qoyun, gələn dəfə düzələr! Oğlan da olar!
Sovet quruluşunda ananın oğlan, ya qız doğmasına heç təfavüt qoyan yoxdur. Hətta bəlkə çox ailələr qız istəyir, qızı əzizləyir, qayğı ilə bəsləyirlər.
Köhnə adları - Bəsti, Kifayət, Qızyetər, İfrat daha qoymurlar. Əksinə: Xoşqədəm, Sevil, Gülüş, Sevinc, Gülçöhrə, Əzizə, Güləndam qoyurlar.
Mən bir fəhlə ailəsi tanıyıram ki, ata - Ağakərim dənizçidir. Həftənin neçə günü paroxodda olur. Evə gələndə uşaqların dərsləri ilə maraqlanır. Çox vaxt başına yığır, “konsert" verir. Ananın - Xırdaxanımın tikiş maşını həmişə səslənir. Ananın ev işindən macalı olmur. Hər gün qızlarının qulluğunda durur. Uşaqlarının xırda paltarını özü tikir. “Dost var, düşmən var", - deyir. "Qız uşağının geyim-kecimi səliqəli olsun gərək! Dost başa baxır, düşmən ayağa! Qızları məktəbə yola salanda özüm baxmasam, qərarım gəlməz!"
Qızlar da analarına baxıb özlərinə diqqət yetirirlər. Uşaqların dördü darülfünunda, qalanlar institutlarda, texnikumlarda oxuyur. Biri axırıncı kursda, o biriləri aşağı kurslardadır. Bu ailənin adı qəzetlərdən düşmür. Mən özüm müəlliməm, qızların ikisi mənim sinfimdədir. Həmişə keflərini soruşuram, sonra da bacıların adlarını saydırıram:
– Onbacı, dur ayağa!
Mən Xoşqədəmə Onbacı deyirəm.
– Onbacı, dur ayağa, bacıların adlarını say görüm!
Xoşqədəm dərsə cavab verən kimi qızların adını sayır, bəzən də ortalıqda bir neçəsi yadından çıxır.
Xoşqədəmin anası dövlətdən mükafat alır, qəhrəman anadır! Döşündə medal, valideynlər məclisinə girəndə hamı hörmətlə qadına kürsü çəkir, yer göstərirlər.
Xoşqədəm təhsildə əlaçı olduğuna görə elmi şura onu aspirant saxladı. Bacıların biri nəbatat, biri kimya, biri riyaziyyat elmindən ixtisas alır.
Peşə yoxdur ki, bacılar bilməsinlər. Müəllim, mühəndis, aqronom, həkim, dərzi, aşpaz, xanəndə... O da qəribədir ki, on bacı evlənəndə on bacanaq əl-ələ verib böyük, mehriban bir "qəbilə" olacaqlar.
Xırdaxanım demişkən, on qardaş kimi, bir-birinə simsar olacaqlar. Bu ailə bacılarının adını bizim küçədə tanımayan yoxdur.
Xoşqədəm, Gülbəniz, Gülçöhrə, Gülyanaq, Əzizə, Güləndam, Gültamam, Gülgəz, Gülbadam, Gülzar!
Belə qızlar, ata-analar kəndimizdə də, şəhərimizdə də çox olsun. Gümrah, salamat olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-on-baci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axtaran!Bunu nə cürə başa düşmək olar? Kim axtarır, nə axtarır, niyə axtarır?
EvləndilərHərə bir cür düşünür. Biri deyir, oğul gərək atanın dalınca getsin. Biri də deyir, yox, ata gərək oğulu izləsin, müasir mətləblərdə oğula qulaq assm.Mənimki də belə oldu. Tofiqi - oğlumu lap uşaq vaxtından izləmişəm, başına buraxmamışam. Hər yerə özüm aparmışam, hər işə özüm qoymuşam, baş çəkmişəm, yoxlamışam, göstəriş vermişəm, arxayın olmuşam. Həmişə belə olub. Oğlum da rahat olub, mən də!
Yalan qiymətMən dostluğa sadiq adamam. Birisi ilə haqq-salamım oldumu, axıracan gedəcək. Dostumun xoş gününə də, bəd gününə də şərikəm.Dostluq böyük nemətdir, hər adam onun qədrini bilməz. Dostun səfasım gördüyün kimi, gərək cəfasını da çəkməyi bacarasan. Doğrudur, ata-babadan adət olub ki, adamın ən yaxın sirdaşı qohum-qardaş olar. Amma yaxşı dost qohum-əqrəbadan da artıqdır. Xüsusən indiki xoş bir dövranda, tərəqqi zamanında heç kəs dostsuz olmasın...
Uşaqdan muğayat ol!Gözüaçıq, alnıaçıq, zehniaçıq adam - bu sözlərin mənası mənə aydın idi.Gözüaçıq, yəni, ayıq, bacarıqlı, hər şeydən xəbərdar! Alnıaçıq, yəni düz adam, iş görən, üzüağ, diliuzun, hər kəsə borclu olmayan. Zehniaçıq, yəni mütərəqqi, uzaqgörən, düşüncəli, bilən, qanan, mütəfəkkir, tükü-tükdən seçən adam...
Стихи других поэтов
Bana ki uş dilberîyem niçe niçe dilberiCânı al el virenün tutma işini serserî
HərdənKimsə bir dost kimi yad edir məni,Hardasa nəğməmi oxuyan olur.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,