Страница 2 из 2 · 50%

– Can qara göz bala; anan qurban! Neçə də gülür.

Evdəkilər qəhqəhə ilə güldülər. Lakin Gülnisə xala heç bunu eşitmədi, sevinc dolu qəlbilə adamlara döndü:

– Xoş gəlmisiniz balalarım!

Kəndlərdən, rayonlardan adamlar gəlir, Mustafanın təcrübəsini öyrənmək istəyirdilər. İndi onunla hər kəs, qadın, kişi kommunist, komsomolçu, təhkimçi, kolxozçu, böyük-kiçik maraqlanırdı. Bu hal Mustafanı daha da ciddiləşdirmiş, toplamışdır. Komsomolçular

Mustafanın təcrübəsini başqa rayonlara köçürməyə çalışırdılar. O qəzetlər əfkari-umiyyəni toplamışdı. Aqronomlar bu iş ətrafında günlərlə işləyir, düşünür, mühakimə edir; Mustafanın işini təqdir edirlər. Yaz işi ilə bağlı olan hər bir qəlbdə qızıl xətt ilə yazılmışdı:

– Yüksək məhsulun iti silahı!

Mustafa evdə bacısının hesab dərsini öyrədərkən, poçtçu çantasını silkələyərək içəri girdi. O qırmızı, üzəri səliqəli yazılmış paketdə təcili bir məktub gətirmişdi. Mustafa xəttindən tanıdı. Bəhməndəndir. O, yazmışdı:

"Əmoğluma təbriklər...

Səni qəzetlərdə görürəm, böyük bir təşəbbüsün ustası olmusan, deyirlər... Dünən aqronom yoldaşım danışırdı; sənin işlərinə olduqca böyük qiymət verirlər. Bu iş pambıq planına çox böyük köməklik edir. Bunlar sevindirməkdən əlavə, bilirsənmi mənə nə deyir?

Vaxtilə sənin kənddə, məktəbdən kənarda qaldığına yanırdım.

İndi anladım ki, oxumaq, təhsil almaq təkcə məktəbdə deyil. Əsl oxumaq həyatda imiş. Həyat, adama qalın kitablar, qoçaq müəllimlər, əski abidələr, uzun leksiyalar, mübahisələrin demədiyi həqiqəti deyir. İndi bildim ki, sən oxuyursan, özü də bizim ən doğru, sınanmış kitabımızdan, böyük həyat, mübarizə məktəbindən oxuyursan. Mənə günəş kimi aydındı ki, hiyim əməkçilər hökuməti dövründə hər yer, hər sahə, fabrika, kolxoz, idarə, sex, alay, gəmi, yol, məhkəmə adamları yeni dünyanın böyük vəzifələrinə hazırlayan bir məktəbdir. Sən səadət yoluna düşməyi bacardın. Anan da xoşbəxt oldu. Orada, yanında olub adamların sənin təcrübəni necə həvəslə öyrəndiklərini görmədiyimə heyfsilənirəm. Vaxtın azsa da mənə məktub yaz... Əlini sıxıram!

Bakı

Sənin Bəhmənin."

Mustafa məktubu anasına oxudu. Gülnisə xala bundan o qədər də təsirlənmədi. Çünki başa düşmədi; əslinə baxsan, o, oğlunun ilk müvəffəqiyyət və alqışlandığını gördükdən sonra bircə şeyi başa düşmüşdü:

– Mustafa, özündən yeni qaydalar çıxardır.

Buna, yalnız buna - o qədər dərin və ürəkdən inanmışdı ki, başqa cəhətlər onun üçün xırda gəlirdi. O, oğlunun adı ilə uçur, fərəhlənir, gənc görünmək və hər yetənə "Mustafanı mən doğmuşam" demək istəyirdi.

Lakin o, Mustafanın 15 yaşlı daha gənc, qüdrətli bir anası olduğunu unudurdu:

– Mustafa Lenin komsomolunun oğludur.

Bunu Gülnisəyə Bəhərcin xatırlatdı.

Azərbaycan Mərkəzi Komsomol Komitəsi Özbəkistandan çağırış aldı. Özbək kolkozçu gəncləri Mustafanı görmək, onu dinləmək istəyirlər. Onlar Mustafanı iyun ayında olası zərbəçi kolxozçular qurultayına çağırırlar...

Gülnisə xala xurcunu hazırladı. Bir gözündə dəyişik, paltar, hətta, iynə-sap qoydu; "səfərdir, bala, lazımın olar" deyə o biri gözünü cücə soyutması, yumurta, pendir çörək ilə doldurdu:

– Bax, səni qoyuram gedirsən! Vaqona minəndə ayıq ol! Özünü juliklərdən gözlə! Tez qayıt! Anana yazığın gəlsin...

Daşkənd - çörəkli Daşkənd.

Vaxtilə rus çarlığının Şərq səngərinə çevrilən bu qoça şəhər indi heç də "dişləri düşmüş filə" oxşamır. Bahar havası ilə uçan məğrur bir tərlana bənzəyir. Uzun əbalar, əmmaməli şeyxlər, falçılar, "övliyalar" indi artıq görünməz olmuşlar.

Bitmək bilməyən böyük bir düzdə yatmış qoca şəhərin sinəsində qiyaməti qopmuş dünya yenidən bərpa olunub.. Tramvaylar axır, şəhəri bir yerdən başqa yerə daşıyırlar. Adamlar küçələrdə qaynaşırdı, gənclər, gülər üzlü yeniyetmələr dəstələrlə institutlardan, idarələrdən, zavodlardan çıxıb tramvaylara dolur, qaldırımlarda yürüyür, sevinclə qaynayırlardı.

Böyük, təntənəli kultura sarayı yazın zəhmətlərindən çıxan, bolşevik yazı planını qəhrəmanlıqla yerinə yetirən kolxozçu zərbəçilərlə dolmuşdur. Adamlar salonun dibində cücə kimi görünürdülər. İsti hamıya təsir etmişdi, üzləri sərinlədən dəsmallar çinar yarpaqları kimi əsirdi. Natiqlər çıxır, düşür, hər kəs öz mübarizəsindən danışırdı.

Söz Azərbaycanın ən yaxşı komsomolçusu, pambıq qəhramanı Mustafaya verildi.

Bu təqdimlə, sanki salon yerindən qopdu. Gurultu qulaqları tutdu. Çoxdan bəri haqqında danışılan, yazılan, şəkil çəkilən Mustafa indi canlı bir həqiqətdi. O, minlərlə mübarizlər, gənc pambıqçılar, cəsarətli nəsil qarşısında dururdu. Fanar kimi işıldayan gözlər Mustafanın uşaq cizgilərini hələ itirməyən sifətinə dikilmişdi. O, tribunaya söykənərək alqışların bitməsini gözləyirdi. İlk sözü ağzından çıxarmaq istədikdə alqışlar yenə şiddətləndi və yenə ümumiləşdi.

Buradaca anası gələcəyə böyük etimad ilə qoşan Mustafanın yadına düşdü. Qəlbi hayqırırdı:

– Çəkil Xəzər, dağlar, əyilin, məsafələr qırılsın, Çinli Boluslunun qalın ağaclıqları arasından anam tribunaya baxsın!

Builki toplanışda "Bakı Soveti" kolxozu planını vaxtından qabaq ödədi. Mustafanın briqadası hamıdan çox əmək və mükafat alan briqada idi. O, böyük anası, mürəbbiyəsi Lenin komsomolunun 15 illiyini bir sıra təəhüdatla qarşılayırdı:

– Qurultayla yaşamağın, məhsuldar çalışmağın təşkilatçısı olacağam!

Təzə tikilən otağı bu yaxında hazır olacaqdır. Qravat və stol hazırlamışdır. Nazbarı çalmaq üçün bir patefon sifariş etmişdir. Gülnisə xala özündən danışan trubadan - "radio deyilən şeydən gətirtmək istəyir. Gülzar isə mətbəx texnikasına malik olmuşdur; hamıdan ləzzətli xörək bişirir. Mustafa işdən sonra nahar edib, qravata söykəndikdə, bütün ağrı və acılarının töküldüyünü zənn edir. Xüsusən, Gənc işçi qəzetini oxuduqca elə bil, beynində yeni şeylər, işləmək üçün yeni ehtiyat və enerji toplanır, bərkiyir.

Axşamlar qurultaydan mükafat aldığı Lenin kitablarına baxır, anasına danışır.

Qadın Leninin divardakı şəklinə baxır, inandırıcı ifadə ilə deyir:

– Kişi çox başlı adam imiş, cənnətlik olsun...

Mustafa gülür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şaftalı söhbəti

Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."

19683 мин
Beş almışam!

Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."

19696 мин
Düzəlmədi

Utancaqlıq!Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.

19696 мин
Pul tapmışdım

Uşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.

19693 мин

Стихи других поэтов