Əməli saleh
1
Minik qatarı uzaqlaşdı. Stansiyanın çəpərli, bağçalı həyətlərinə təkrar axşam sükutu endi.
Ancaq dəmiryolunun sağında, aşağılara - Rəmə düzünə gedən yolda nəsə qalmaqal eşidilirdi. Küçənin ortasında, lap batdaq içində dayanan iki adam, deyəsən savaşırdı. Onların yanında bir quzu da var idi. Quzu savaşan adamların əlindən qurtarmaq üçün gah aşağı, gah yuxarı qaçırdı. Ancaq onu qoymurdular. Birisi boynundan tutub, o birisinin qabağına itələyir, o birisi də geri qaytarırdı. Bu heyvan top kimi atılıbtutulmaqdan gicəlmişdi. Kənardan baxan güman edərdi ki, quzunu bunların biri satıb, alan adam isə peşman olub, sahibinə qaytarır, sahibi də qəbul etmək istəmir.
– Aparmaram!
– Adam oğlusan, axı!
– Yox, vallah!
– Sən məni nə hesab eləyirsən?
– Qoy dursun, dəymə!
– Sən öləsən, almaram!
– Bir də haqq-salam eləməyək, deyirsən?
– Məni qəbrə qoyasan, yox!
– Ay canım!
– Bəsdi.
– Qızıl ola, götürmərəm, dedim!
– Ötürdüm çölə ha!
– Mal sənin, məsləhət sənin!
Savaşanların biri boz pencək geyinmiş, əsgər şalvarına dolaq sarımış, başıaçıq, qıvraq, uzun oğlan idi. Bu, stansiyanın montyoru Qara Əmrah idi. İkincisi qolsuz kürk və dəri papaq geymiş, ortaboylu, çopur, üzübatıq, arıq bir kişi idi. Bu da Əmrahın qonşusu, taxta zavodunun dülgəri Sahman oğlu Saleh idi.
İndi görək bunlar, bu iki qonşu niyə savaşırlar? Quzu nə quzu idi və onu nə eləmək istəyirdilər? Onu da bilmək lazımdır ki, Əmrah bu kəndə təzə gəlmişdir. Əslən ağdaşlıdır. Əvvəllər, lap cavan vaxtında yaxın kəndlərə məktub, qəzet daşıyar, evlərə xoş xəbər aparardı. Orduda onu oxudub radist elədilər. Davada sol qılçasından şikəstlik alandan sonra qayıtdı. Köhnə sənətindən əl çəkməli oldu. Buraya, həmin bu balaca stansiyaya işə göndərildi. Çox çəkmədən bir ləzgi qızı ilə tapışıb sevişdi, evləndi, ev-eşik sahibi oldu.
Qonşuluğuna Əmrah kimi "salim, öz tükünün üstündə" olan bir adamın köçdüyünü görən Saleh kişi çox sevinmiş, mübarəkbadlıq eləmişdi.
2
Bir gecə şamdan sonra Saleh kişi qapıda qəlyanını tüstülədərək, aydınlıq səmaya, buluddan-buluda yuvarlanaraq uşaq kimi gah tutulub, gah açılan Aya tamaşa edirdi. Qonşusunun tələsik ötdüyünü gördü.
– Bu vaxt hara belə, Əmrah!
– Əziz qonağımız gəlib şəhərdən. Görüm ət taparammı?
Saleh kişi onıı saxladı:
– Bura qayıt!
– Necə?
– Ət üçün gedirsənsə, bəri qayıt!
Saleh kişi içəri dönüb oğlunu səslədi:
– Əliş!
Əliş cəld qapıya çıxdı.
– Qaç, o qara quzunu tövlədən bəri çıxart!
Əmrah razılıq edib qara quzunu kəsdi, qonaqlarını yola saldı. Əmrahın stansiyada olmasa da, kənddə kolxozçu atasının evində özünə görə təsərrüfatı, güzəranı yaxşı idi. Burada, dəmiryolda da bir-iki qoyun saxlamaq fikrində idi.
Beş gün çəkmədi ki, atası iki quzu gətirdi. Əmrah quzuların kökünü - qaşqa və erkək quzunu - qara quzuya əvəz olaraq, qonşusuna - Saleh kişiyə göndərdi.
Saleh kişi həyətdə yad bir quzunun otladığını görüb soruşdu. Arvad əhvalatı danışdı:
– Əmrah göndərib!
– Niyə göndərib?
– Borcunu verir də!
Saleh kişi bunu eşidəndə bir qədər duruxdu, sonra nəzərini quzudan ayırmadan arvadını danladı:
– Niyə aldın, a qız?
– Həyətə ötürdü, getdi!
– Sən də aparıb qapısına ötürə bilmirdin?..
Saleh kişi quzunun belindən yapışıb, dinməz-söyləməz küçəyə çıxartdı. Qonşular küçədə qabaqlaşdılar. Salam-kalamı da giley-güzar ilə başladılar:
– A sağolmuş!
– Ay səni pir olasan görüm!..
Saleh quzunu Əmrah tərəfə, Əmrah Saleh tərəfə qovurdu. Qaşqa quzu isə ömründə birinci dəfə düşdüyü iki "inad" adamın arasında özü nü itirmişdi. Onunla nə etmək istədiklərini anlaya bilmirdi. Mələyərək gah aşağı, gah yuxarı vurnuxur, qurtulub qaçmaq istəyirdi. Qonşuların isə inciklik səsi doğrudan savaşan adamların qalmaqalını keçmişdi.
– Aparmaram!
– Necə yəni?..
– Qızıl ola, götürmərəm!
– Öz malındır!
– Sən məni adam yerinə qoymursan?
– Belə də qonşuluq olar!..
Əmrah bacara bilmədi. Saleh kişi qaşqa quzunu gətirib lap onun evinə ötürdü və özü də ərk ilə ləzgi qızma acıqlandı:
– Quzudan muğayat ol, a qız!
Məktəblər açılan günlər Əliş atasına dərs kitabları sifariş verirdi:
– Coğrafiya, tarix, ana dili, hesab... Altıncıda bizə on bir kitab lazımdır...
Əmrah bunu eşitmişdi və işıq ləvazimatı üçün rayona gələndə kitab mağazasına girmiş, Əliş üçün məktəb tədarükü görmüşdü.
Ləzgi qızı kitabları, dəftərləri aparıb qucaq ilə Saleh kişinin evinə tökəndə Əliş sevinmiş, anası heyrət etmiş, Saleh kişi isə birtəhər olmuşdu:
– Bu nə zəhmətdir, bu nə xəcalətdir Əmrah verir! Canım, mən özüm alardım. Pulu neçə tutub?
Ləzgi qızı heç bir şey eşitmək istəməyən kimi, evdən çıxmağa tələsdi.
– Pul-mul verməyib... bağışlayıblar...
Əliş təzə cildli, şəkilli kitabların birini götürüb, birini qoyur, birini ikincisindən göyçək görür, sevincindən bilmirdi nə eləsin, cildlərə necə kağız çəksin.
Saleh kişi dedi:
– Arvad, belə olmaz. Əmrah bizi borclu elədi. Bu yaxşılığın qabağında görəsən nə eləyək?
Arvad ona təskinlik verdi:
– İş düşər, sən də əvəzini verərsən! Allah ona oğul versin, uşağı çox sevindirdi.
Saleh kişi yaxşılıq itirən adam deyildi, fürsət axtarırdı. Ancaq Əmrahın ona nə işi düşəcəkdi?
Bu fikir ilə istirahət günü küçədə gəzinirdi. Gözü Əmrahın həyət qapısına sataşdı. Bu, qapı deyildi, çəpərin ortasında bir-birinə çataqlanmış bir neçə ağac idi.
– Aha! Bu kişiyə bir əla qapı lazımdı!
Uzun müddət axtardığı müşkül bir işi həll etmiş kimi, sevincək evə qaçıb arşın götürdü. Əmrahın qapı-çərçivəsini ölçüb getdi.
3
Taxta zavodunda Salehin xüsusi xətir-hörməti var idi. O bu peşədə sümük sındırmış, işinə məsul yanaşan, səliqəli, qocaman ustalardan idi. Bayram olmazdı, onun adına mükafat yazılmasın, tədbir olmazdı, Saleh kişi məsləhətə çağırılmasın, məclis olmazdı, adı çəkilməsin.
Bir gün tənəffüs zamanı direktorun yanına gedib dedi:
– Sizdən bir xahişim var!
Direktor ayağa qalxıb ustaya yer göstərdi:
– Əyləş, Saleh əmi! Nə qulluq?
– Mənə bir qapı lazım olub, iki-üç dənə taxta almaq üçün izin istəyirəm! Lap o yanacağa gedənlərdən!..
Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. Saleh kişi öz həyətində iki günün içində ikitaylı gözəl bir qapı qayırıb, üzünə qəhvəyi rəng çəkdi, gün qabağında qoyub qurutdu.
Onun adəti idi: səliqəli işlərin hamısına möhür vurardı. Bu möhürü o, hələ lap cavan vaxtından xarrat işində çalışanda gümüşdən tökdürmüşdü. Xəmir tabaqlarının küncünə, kürsülərə, tar, kaman ağacına, xörək çömçələrinin əlcəyinə vurardı.
"Yadigar", - deyə möhürünü odda qızdırdı, qapının baş tərəfinə basdı: "Əməli Saleh."
Qəsdən gözlədi. Əmrah evdə olmayan zaman gətirib qapını yerina saldı. Ləzgi qızı razılıq eləməyə söz tapmır, qarovul kimi dayanan təzə və uca qapının hər tayını səsləndirərək, tez-tez içəri keçib, eşiyə çıxırdı.
Əmrah işdən gələndə çaşıb qaldı. Öz qapısını tanımadı. Bir neçə addım ötüb aşağı keçmişdi ki, gördü: "Yox, həyət bizimkidir... Bəs bu qapı?"
Ləzgi qızı ərinin qabağına çıxdı:
– Öz qapına gəlirsən, gəl!
– Bunu kim dikəldib?
– Tap görüm, kimin işidir?
Əmrah qapının o yan-bu yanına göz gəzdirdi. Dəstəyi tutub silkələdi. Yuxarıdakı yumru yazıya diqqət edib oxudu: "Əməli Saleh".
– Saleh əmi?
– Özgə kim gətirəcək! Deyir ki, dəvəçi ilə dost olanın darvazası gen gərək!
Bir müddət əvvəl Saleh kişinin arvadına dediyi sözləri indi Əmrah ləzgi qızma deyirdi:
– Arvad, belə olmaz! Saleh bizi borclu elədi! Bu qapını gərək özümüz çoxdan düzəldəydik!
Ləzgi qızı sanki, ərinin bu sualına əvvəlcədən cavab hazırlamışdı:
– Qonşudur, qapını sahman elədi, sağlıq olar, sən də onun evim bir sahman eləyərsən! Hər yerə işıq gətirən sən deyilsən?..
Deyəsən, Əmrahın fikrindən keçirdi ki, qonşusunun eyvanı çıraqban olsun. İşıq keçən xətlərə göz gəzdirir, fürsət axtarırdı ki, Saleh xəbər tutmasın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-emeli-saleh
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.
PərzadMən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.
Kağızlar aləmiBu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Kərpic məsələsiHər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Стихи других поэтов
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,