Ərəb qardaş
Страница 2 из 2 · 50%
Düzdür, mən heyrətimi açıq ifadə etməkdə, ancaq qonağın Bakı haqqında, bu qocaman şəhərin keçmişi haqqında məlumatının mənbəyini bilmək istəyirdim. Çox bilmək istəyirdim ki, o, bunu bir kitabda oxumuş, yoxsa xaricə qaçmış qoca bir bakılı bəhainin xatirəsini dinləmiş, ya da... mənşə etibarilə Bakıya bağlı olmuşdur.
Ərəb qardaşın danışdıqları kitab sözünə oxşamır. Kitablarda İsmailiyyə haqqında heç nə yoxdur. Bakılının xatirəsi belə şeyləri deməz.
Ərəb qardaşın özünün Bakıya bağlanmasına şübhəm daha çox artdı. Ancaq indi ağlıma gəldi ki, niyə qara, niyə ayaqyalın, niyə yarım-çılpaq deyil. Kim bilir, bəlkə buradan getmə bir ailənin övladıdır?
Soruşmağa cəsarət etmədim, başımı aşağı salıb şübhələrimi gizlətməyə çalışdım, qonağa bələdçiliyimdə davam etdim.
Qonaq indi hiss eləmişdi ki... mən nə üçün az danışır, fikirli görünürəm. Doğrudur, belə hərəkət bir bələdçi, xüsusən əziz qonağı müşayiət edən bir bələdçi üçün qəbahətdir. Bunu mən yaxşı bilirdim, hətta, bu iş mənə tapşırılan gündən bilir, vəzifəmi dürüst yerinə yetirməyə çalışırdım. Bəlkə də bura qədər, həmin bu İsmailiyyə söhbətinə qədər də vəzifəmi pis ifa etməmişdim. Ancaq bu söhbət məni içimdə danışmağa sövq etdi. Özüm də bilmədən ərəb qardaşın şəxsiyyəti haqqında, müsahibimə hiss etdirmədən düşünməyə məcbur etdi. Daxilən bu cəhdim əbəs idi. Müsahibim aşkar görürdü ki, mən onun simasının haldan-hala düşməsini, yerişini, duruşunu, xüsusi bir diqqətlə izləyirəm.
Zahirən bu marağı "qonağa olan xüsusi məhəbbətim, hörmətim" kimi göstərmək, daha doğrusu, artistlik eləmək istəyirəm. Görünür, bu da çıxmır, aşkar hiss olunur. Hiss olunur ki, artistliyi bacarmıram.
Qonaq nəhayət mənə müraciət etdi:
– Cənab, - dedi, - Bakı haqqında, xüsusən keçmiş Bakı haqqında mənim bəzi şeylər deməyim, soruşmağım sizi təəccübləndirməsin. Mən bunu sizə söyləyəcəyəm, mütləq söyləyəcəyəm.
– Xeyr, heç bir şübhə-zad xəyalıma gəlmir və gələ də bilməz. Çün ki Bakı dünyada məşhur bir şəhərdir. Sizin kimi əziz qonaqları, müsafirləri də nadir deyil. Burada şübhənin, ya təəccübün nə yeri var ki!
Ərəb qardaş təhsilli, mədəni bir adamdır. Bakının mədəniyyət ocaqları barədə necə ola bilər eşitməsin, maraqlanmasın.
– Mən ancaq bacardıqca bu maraqlı yerlər barəsində bəzi məlumatlar verməklə sizə kömək etməyə çalışa bilərəm. Bilmirəm ki, dediklərim nə dərəcədə sizə maraqlı və təzə görünəcək. Hər halda...
– Dediklərinizdə, bəlkə də, həqiqət var. Ancaq sizin, cənab, öz iti, aydın müşahidənizi gizlətməyiniz də nahaqdır. Müsahibinizin Bakı haqqındakı diqqətindəki fərdi bir xüsusiyyəti dürüst tutmuşunuz, bunun səbəbi ilə də maraqlanmağa tamamilə haqlısınız.
Ərəb qardaş söhbəti bura gətirəndə mən çox sıxıntı çəkirdim. Görürdüm ki, gizlətməli hisslərimi gizlədə bilmirəm, büruzə verməlini də ifadəyə natiqliyim, necə deyərlər, fəsahətim çatmır.
Bəlkə darıxdığımı duyduğuna və xəcalət çəkdiyinə görə ərəb qardaş səyahət proqramını dəyişdi, qolumdan tutub çəkdi, keçib maşına əyləşdi:
– Buyurun gedək, dincələk, yorulmuşuq, həm də arxayınlıqda dediyim söhbəti danışım, nigarançılıqdan qurtaraq, - dedi.
Ərəb qardaşın təklifi mənim ürəyimdən idi. Ancaq sevincimi büruzə vermədim. Sakitcə maşına oturub qonaq evinə gəldik. Mücahibi-min söhbətini təfsilatına qədər diqqətlə dinlədim:
– Cənab filankəs, Bakı haqqında mən çox gözəl təəssüratla gedirəm, bunlar yazılmalıdır, yazılmaya bilməz. Ərəb jurnallarından birində səyahət qeydlərim nəşr olunan kimi sizə göndərəcəyəm. Bakıya olan rəğbətimin əsasları çoxdur. Bura tale etibarilə mənim ana yurduma çox oxşayır.
Ərəb qardaş səsini ucaltdı:
– Mən Port-Səidliyəm. Ora da limandır. Ora da bir çox mühüm yollar ayrıcındadır. Oranın Bakı ilə oxşar cəhəti çoxdur. Əhalisi altı dəfə, imkanları isə bəlkə altmış dəfə Bakıdan az olsa da, mənim əziz şəhərim Bakının işıqlı yollarını izləməklə fəxr edə bilər. Siz ingilis imperialistlərini hələ qırx il əvvəl torpağınızdan qovmuşunuz. Ancaq biz onların ayağını bir neçə ildir ki, torpağımızdan kəsmişik. Çoxları var ki, hələ də sərhədlərdə dayanıb dişlərini qıcayır. Süveyş kanalının qapılarına soxulmaq istəyirlər. Bakı ilə mənim atam daha çox bağlı olub...
Ərəb qardaş söhbəti bura çatdıranda, mən zənnimin düz olduğuna sevindim. Ürəyimdə dedim ki: "Hələ vəzifəmi ifa edə bilərəm. Şükür."
Ərəb qardaş atası haqqında danışanda yetim bir uşaq kimi köksünü ötürdü, bu da onun həm oğulluq hissini, həm də Bakıya biganə qalmadığını göstərən təbii bir əlamət idi. Marağım daha da artdı. Kürsünü yaxına çəkmək, bütün varlığımla qonağın xatirəsini dinləmək istəyirdim. Yenə də qəlbimdəkiləri büruzə verməməyə, təmkinimi saxlamağa səy etdim. Ərəb qardaş çoxdan keçirdiyi xoş günləri yoldaşlarına həsrətlə söyləyən təcrübəli bir adam kimi danışırdı.
Deyəsən, onun səsi də dəyişmiş, mülayim, həzin və bir qədər də kədərli ahəng almışdı:
– Cənab, - deyirdi, - mənim atam buralarda olmuşdur. Özü də mənim kimi səyyah yox, dünyaca məşhur bir azadlıq məclisinin nümayəndəsi olmuşdur! Atam kommunist idi. İyirminci ildə Şərq xalqlarının Bakıda çağırılan birinci qurultayının nümayəndəsi idi.
İsmailiyyədə Şərq xalqlarının birinci beynəlxalq iclası haqqındakı şirin söhbətləri heç bir zaman mənim yadımdan çıxmaz. Atam Lenindən, qurtuluşdan danışanda mətbəə fəhlələri həsrətlə dinlər, dönə-dönə soruşardılar.
Axırda atam həmin sözlərə görə məhbəsə düşdü. Bir vərəqdə yazılan bir şeiri, həmişə təkrar etdiyi şeiri onun ittihamnaməsinə yazmışdılar:
Tutacj Lenin ətəyindən, ona pənah aparaq,
Zəmanəmizdəki həllali-müşkilat odur!..
Atam bu şeiri ərəbcəyə tərcümə etmişdi. Mətbəədə vərəqə kimi Çap da eləmişdi. Atamın vəfatından sonra mətbəədə qurğuşun hərflər arasında gecə-gündüz çalışdığım zaman yeganə bir arzum var idi.
Məlumdur ki, gənclərin və gəncliyin özünəməxsus arzuları olur. Məndə bunlar yox idi. Bəlkə ona görə ki, qəlbim daha böyük həsrətlər lə dolu, daha şiddətli arzularla məşğul idi. Məni daim böyük bir gələcək çağırırdı. Xəyalıma gətirə bilməzdim ki, atamm haqqında şirin-şirin xatirələr danışdığı ölkəni görmək bir zaman mənə qismət olacaqdır. Mən həmin ölkə haqqında ancaq kitablar oxuya bilər, radiolardan eşidə bilər, bir də xəyal bəsləyə bilərdim. Doğrudan da belə bir xəyal məni məşğul edirdi. Hərdən nagəhani bir zərbənin təsiri ilə yuxudan ayılıb elə bil, diksinirdim. Ustanın zəhmli səsi eşidiləndə dərhal hərfləri diqqətlə təzədən yoxlamalı olurdum.
– Yatmısan, ya məstsən, nədir? Naxış yerinə niyə hərf yığırsan, sxemi görmürsənmi?..
Dostluq universiteti haqqında "Sovtil-Ərəb" qəzetində xəbəri oxuyanda, Sovet dövlətinin tələbələrə hər cür təminat verdiyini biləndə, mətbəədən çıxdım, birbaş sovet səfarətxanasma gəldim.
İndi mən Dostluq Universitetinə qəbul olunduğum haqqında məktub almışam.
Səfərim Moskvaya, illər boyu həsrətini çəkdiyim əzəmətli şəhərədir, Leninin vətəninə gedirəm. Ömrümdə mənim bundan əziz və fərəhli günüm olmamışdır.
Bakı haqqında atamdan eşitdiyim xatirələr indi mənim üçün həqiqət olmuşdur. Mən İsmailiyyəni gözəl bir memarlıq abidəsi, yaraşıqlı bir bina, elm ocağı kimi görməkdən başqa, inqilabi günlərin yadigarı kimi, atamm əyləşib inqilab tədbirlərini eşitdiyi, müzakirə etdiyi bir məclis kimi gördüm və sevindim. Bakı mənim üçün doğrudan da bir yenilik timsalı qədər əziz və böyükdür...
Güman edirdim ki, mənim həyəcanlarım sizi təəccübləndirməz. Bir uşaq qəlbində yandırılan arzu çırağı get-gedə alovlanar ki, sönməz. İndi mən o çırağın nuru ilə addımlayıram və yollarımın işığına da etimadım gündən-günə artır. Sizin kimi dostlardan həmişə uğur arzuları eşidirdim. Sabah İL-18 təyyarəsi bizi universitetə çatdırmalıdır. Birisigün məşğələlər başlanır.
Mən ancaq indi müsahibimin kim olduğunu, nə məqsədlə gəldiyini başa düşdüm.
Əbül-Hissan Mosul nefti uğrunda ingilislərə qarşı mübarizə aparan bir fəhlənin oğludur. Onun atası Bakıda olmuşdur. Həmişə odlar yurdundan danışarmış. Qəhrəman 26-ları çox xatırlarmış... 26-lar Bağın-da yer kürəsinə dolaşan zəncirin qırıqlarını görəndə Əbül-Hissan mənə demişdi:
– Bu zəncir mənə tanışdır.
– Ərəb qardaş, yəqin burada olmuşsunuz?..
– Yox, olmamışam.
– Bütün məzlum Şərqi əsarətdə saxlayan bu zəncir deyildimi, imperialistlər həmişə bu zəncir vasitəsilə məqsədlərinə nail olmaq istəmirdilərmi?
Ərəb qardaş intizarımı görüb mənalı-mənalı baxdı və dedi:
– Bu zəncir Mosuldan da, Port-Səiddən də, Qahirədən də keçirdi.
– Keçirdi?
– Bəli, keçirdi.
– Ərəb fəhlələri də bu yolu tutdular!
Mən zəncirin qırılan halqalarını göstərdim. Əbül-Hissan fəhlə abidəsinin güclü əzələli qollarına işarə etdi:
– Sizdə də, bizdə də zəncirləri qıran bunlardır. Sabahkı dünyada bu biləklər zəncir qoymayacaqlar!
– Zəncir hələ lazım olacaq.
– Harada?
– Ərzin çox yerində müstəmləkəçilərin qollarını bağlamaq üçün. Salavatla donuz darıdan çıxmaz. Zəncirləri qırmaq üçün ağıl gücü də, əl gücü də işlətmək lazımdır.
Əbül-Hissan böyük bir izdiham qarşısında çıxış edən natiq kimi danışırdı, bu sözləri müqəddəs bir şüar kimi təkrar edirdi:
– Ağıl gücü də, əl gücü də lazımdır, qardaş! Salavatla donuz darıdan çıxmaz!
– Atalar nə gözəl deyib!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-ereb-qardas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Döyüşən orduda)*İki ay əvvəl Sovet İnformasiya Bürosunun məlumatında adı çəkilən Babayev Mahmud budur, həmin bu arıq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıncı kəşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmüş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyüşə qayıtmışdır. Babayev deyir:
Qəzəb maşınlarıAbbas deyər bu sözləri sərindən,*Arxı vurdur, suyun gəlsin dərindən,*
Avropadan məktubƏziz atam, anam! Qohumlar, dostlar, yoldaşlar!Süvari alayımız səf-səf durub and içəndə, qılınclar havada bərq vuranda deyirdim: "Süngiim qələm olaydı, ürəyimdəkini Bakının üfüqlərinə yazaydım" İndi, budur, ağır qələbə döyüşündən sonra istirahətdəyəm, Karpat dağının ətəyində sizə məktub yazıram. Alayımız düşməni qova-qova sərhədi keçdi. Müzəffər ordumuz indi yaralı vəhşini öz mağarasında əzir.
Vətən qəhrəmanı(Xəzərin qoynunda)*Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.
Стихи других поэтов
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.