Həmin bu şamağacının kölgəsində, dərə sularına baxan yaşıl yamacda əlini çənəsinə qoyub əyləşən Mustafin yaz muştuluğuna gələn sığırçına bənzərdi. Ancaq o, qara geyinməzdi. Müsibətləri nə qədər ağır olsa da, geyinməzdi. Papağına yaşıl budaq sancar, çiçəklər, yarpaqlarla örtünərdi. Dağlarda vuruşan əmilər hərdən atlarını sulamaq, ya sərinləmək üçün aşağı enərdilər. Mustafin cəld yüyürər, sirlər danışan kimi, pıçıldardı:

– Dayı, kənddə faşist var. Qaynulinin evində!

Dördqatar, gödəkboy atlı dönüb baxardı. Onun aylardan bəri ülgüc görməmiş, tük basmış sifəti, düyülən qaşlar altında od kimi yanan gözləri Mustafinə müdhiş görünərdi. Ancaq bu dəhşət uşağı qorxutmaz, sevindirərdi.

Səhər Qaynulinin evindən zabit meyitləri çıxarılanda Mustafin küçə uşaqları ilə tamaşaya durardı. Faşistlər həmin gün kəndə vəlvələ salar, qatil axtarar, yerlərini dəyişərdilər.

Mustafin atadan yetim idi. Anası dava düşəndə orduya, yara bağlamağa getmişdi. Oğlunu öpüb ağlamış, təsəlli vermişdi ki, düşməni torpaqlarımızdan qovandan sonra qayıdacağam.

Mustafin hər axşam bu ümidlə yatar, səhər tezdən qalxıb dağlara, vuruşan əmilərdən xoş xəbər eşitməyə gedərdi.

Aul-Yurd kəndinin yuxarısındakı təpə dalından başlanan və getdikcə sıxlaşan meşələr yenə əvvəlki kimi, sakit və ətirli idi. Qar sularından birikən çay aşağı endikcə yavaşıyır, sahilin narın qumlarını yalayaraq, gah pıçıldayır, gah sızıldayır, gah da səssiz dayanaraq, amansız burulğan ilə torpağın sinəsini dəlməyə, yerin qəlbinə girməyə səy edirdi.

Mustafin su ilə əylənə-əylənə meşənin dərinlərinə gedərdi. Hər dəfə içərilərə doğru daha bir neçə addım irəlilərdi. Deyəsən, heç bir zaman getmədiyi, görmədiyi, bəlkə də insan ayağı dəyməmiş olan məxmər çəmənli, sıx kölgəli yerlər xoş bir sükut ilə onu çağırırdı. Hansı bir duyğusa uşağı ovsun kimi çəkib aparırdı. Xüsusilə əmilərini görmədikdə narahat olar, qayıtmaq istəməzdi.

Mustafinin düşmənləri onun meşəyə ünsiyyət bağladığını bilmişdilər. Adi yaz axşamlarının birində uşaq şam ağacının altında oturub uzaqlara baxırdı. Yuvasına enən günəş gördüklərinin hiddətindən pul kimi qızarmışdı. Üfüq dərdlilər kimi boğulmuş, doluxsunmuşdu. Buludlara qan çilənmişdi. Mustafin bunların heç birinə baxmırdı. O, şirin xəyal içində indi üfüqlərin arxasında lap uzaqlarda dava meydanlarında anasını görürdü.

Meşəni ölçən bir beşaçılan gülləsi Mustafinin qönçə kimi zərif qəlbini parçaladı. Müntəzir nəzərlərini söndürdü. Uşaq ağzını quş kimi açıb-yumdu. Kəsilən son nəfəsi ilə "Ana" dedi. Bu söz onun qısa ömrünün ilk və son qisməti oldu.

Kənd əzizini itirmiş kimi, ağır matəm sükutuna batdı. Adamlar meşəyə getdilər. Mustafinin meyitini su kənarında tapdılar. Böyüklər başlarını açıb, uşağın qarşısında dayandılar. Bu dəqiqə Məryəm, indi haradasa kiminsə yarasını bağlayan əsgər qadın hamının yadına düşdü. Heç kəs özünü saxlaya bilmədi. Ağsaqqal kişilər, qadınlar, qızlar, gəlinlər Mustafinin tay-tuşuna qoşulub ağladılar. İsti göz yaşları suya töküldü, bahar sularının sinəsinə dağ çəkildi.

Mustafini çay kənarında, şamağacının altındaca basdırdılar.

– Qoy, - dedilər, - suyun mahnılarını dinləsin, quşlar ilə dilləşsin, basılmaz vətən dağlarının havasında qalsın.

Ağacın gövdəsində uşağa xatirə yazdılar. "Burada od qalanmasın, məclis qurulmasın, şənlik edilib səs salınmasın. Burada Məryəmin 8 yaşlı oğlu Mustafin yatır."

O gündən Aul-Yurd meşəsi özünə gəlmir. Küləklər ağacları yandan-yana bükür, kökündən qoparıb haraya isə aparmaq istəyir. Hər tərəfi bir həsrət qovurur. Axşamın közrəngli üfüqlərini, səhər şəfəqlərini, atəşli günorta bürküsünü əks edən sular yana-yana, yandıra-yandıra axır. Odlu mahnılar da Mustafinin sərgüzəştini danışır.

Mustafinin qəbrini hamı tanıyır. Ötəndə ona vətəndaşlıq salamı verirlər. Yalnız Məryəm tanımır. O, oğlunun bu saat hansı bağçada, hansı tərbiyə evindəsə yaşamaqda, oxumaqda olduğunu güman edir. Düşünür ki, davalar qurtarana, ara sakitləşənə qədər uşaq böyüyəcək, yetişəcək, bilikli oğlan olacaqdır. Bir gün qəfildən astanada görünəcək, gülər dodaqları ilə anasını öpəcəkdir. Bu düşüncələr əsgər qadının qoluna qüvvət, gözünə işıq verir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yaylaq məsələsi

Bakıda yaylaq söhbətləri tez başlanır, martın narın, seyrək və səssiz yağışları kəsilən kimi, şimal küləyi dayandımı, istilər yada düşür. Apreldə, mayda Bakı evlərinin eyvamnda adamların ailəliklə əyləşib nahar elədiyini, çay içdiyini görərsən. Mühəndislər sağ olsunlar ki, indi eyvansız ev tikmirlər. Çünki doğrudan da belə milyonlu, izdihamlı, cənub, sənaye şəhərində açıq havada əyləşmək bir istirahətdir.May günlərindən birində Mirzə Qədirin dənizə baxan eyvanında nahardan sonra dostlar söhbətə əyləşmişdilər. Məsləhətləşirdilər ki, yayı harada keçirsinlər. Hər kəs öz arzusunu bildirir, tanışlarını öz yanma çağırırdı:

19648 мин
Müsəlmanlıq və texniki tərəqqi

Bəzi ağzıgöyçəklər orda-burda danışır ki, guya müsəlmanlar, yəni mömin bəndələr geri qalır, əsrin tərəqqisindən, texnikasından faydalanmır, faydalanmağı bacarmırlar, filan, behman!..Yalan sözdür! Bu lap ağ yalandır!

19652 мин
Əmzik

Ağizlarda deyilənə görə "xırda məsələ" idi. Ancaq iclasın hazırlığı, gələn adamlar, sədrin təşvişi böyük məsələdən xəbər verirdi.Elə də oldu. Sədr sözə həmişəki kimi oturduğu yerdə başlamadı. Ayağa durdu, gələnləri bir-bir, diqqətlə süzdü, gəlməyənləri katibədən soruşdu, nömrə kitabını açıb telefonu olanlara zəng vurdurdu, axırda üzünü katibəyə tutdu, amma sözünü ucadan, ümumi iclasa dedi:

19655 мин
Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 мин

Стихи других поэтов