Qələm
İlyasın məktəbə gedən yolu meşədən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yığmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşədən keçəndə qələm çantadan düşdü.
Meşədəki ağaclar qələmin başına yığıldılar, ona "xoş gəldin" dedilər. Onlar qələmin düz boyuna, dəmir papağına, qara gözünə, əlvan rənginə, yaraşığına heyran-heyran baxıb soruşdular:
– Qələm qardaş, harada belə bəzənmişsən, səni kim geyindirib-kecindirib? Heç bizim uşaqlara oxşamırsan?
Qələm dedi:
– Mən məktəbdən gəlmişəm. Ivlüəllimlərlə, şagirdlərlə oturub-durmuşam. Meşədə mən dilsiz-ağızsız idim. Şəhərdə başıma dəmir papaq qoydular, mənə rəngbərəng sular içirtdilər, danışmağa başladım.
– Bizi də oralara qoyarlarmı? – deyə ondan soruşdular.
Qələm dedi:
– Hər şey adamın özündən asılıdır. Şəhərdən gələnlər düz və möhkəm bitən ağacları seçirlər, götürüb aparırlar, təmizləyirlər, bəzəyirlər, onlara ədəb öyrədirlər, böyük məclislərdə yer verirlər. Cins ağacları, möhkəm, düz budaqları yandırmırlar. Onlardan qələm düzəldib kitab yazırlar. Kürsü düzəldib geyindirir, məclislərə düzür, əziz qonaqları onların üstündə əyləşdirirlər. Şkaf eləyib içinə kitablar, paltarlar yığırlar, bayraqlar üçün ağac eləyirlər. Bayram günlərində onları mahnı, musiqilə gəzdirirlər.
Zoğal, şam, ağcaqayın, qarağac bu sözləri eşidib sevindilər. Heyva ağacı boynunu əyib soruşdu:
– Bəs əyri bitənləri şəhərə buraxmırlar?
Qələm dedi:
– Onları da buraxırlar, ancaq odun eləyib peçlərdə yandırırlar, ya da kötük eləyib dəhrə ilə başına döyürlər.
Söyüd ağacı qabağa yeridi.
– Düzlük məndə! Bəs heç məni çağıran, dindirən yoxdur! – dedi. Qələm dedi:
– Söyüd əmi, sənin düzlüyün var, amma davamın yoxdur. Adamların işində düzlükdən başqa, möhkəmlik də lazımdır.
Qələm möhkəm olmasa, yazının gücü olmaz. Qələm yazanı gərək qılınc da poza bilməsin. Eşitməmişsənmi?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qelem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yayın yandırıcı günlərindən biri idi. Günəş günorta yerindən xeyli enmiş, kölgələr düşmüşdüsə də, isti şiddətlə davam etməkdə idi. Şəhərdən Mərdəkana doğru yollanan minik maşınları gümüş kimi şümal asfalt üzərində süzüb gedirdi.Bu maşınlardakıların çoxu işdən çıxıb bağa, ailəsinin yanına gedən şəhər fəhlə və qulluqçuları idilər. Onlar, deyəsən, istidən qaçırdılar. Bağda, əncir ağaclarının kölgəsində oturub sərinləməyə tələsirdilər.
Aqil1Yay tətilinin sonuncu günü idi. Yüz minlərlə məktəbli kimi Aqil də yır-vığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı.
İmtahanAli məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.
İki rəssam(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.