Zamanın sirri
Yenə gövərdi ot,Sarı gül açdı.Yükün çatdı, zamanGecəylən qaçdı.
Qovalarkən gecəHər gün gündüzüSürünən bir ömrünQalmadı izi.
Əski illər məniYurddan çıxartdı.Min il gedən əvvəlKarvana çatdı.
Pozmuş idi zamanbir ilə yaxın,Üzümün, gözümün,Gözəl naxışın.
Özümü aynadaTanımadım,Kim imişəm mən, əcəba!Nə imiş adım?
Bağlar dedi: – Şair,Nə tez qocaldın.Dağlar dedi: – Yazıq,Pis günə qaldın.
Nə üçün solubsan,soruşur günəş,Bomboz olubsan, bax! –deyirdi atəş.
Yüngüllətdi mənio qədər fələk.Tərpədir yellərSaman çöpü tək.
Qızdırmayır məniNə od, nə ocaq,Sarı işıq kimiGörünür çıraq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-zamanin-sirri
Клавиши ← → для перехода, R — случайное стихотворение