Son zamanlarda bizim aləmdə xeyir işlər çox olur. Ha görürsən bayramdır, yubileydir, məclisdir, mərasimdir, görüşdür. Bir yoldaşın yaxşı işindən, o birisinin ixtirasından, icadından söhbət gedir. Hamı da belə tədbirlərə, xeyir işlərə sevinir, ürəkdən sevinir, rəvac verməyə çalışır.

Bu dəfə bizi dağ rayonlarından birinə, qocaman müəllim Paşa Quliyevin yubiley məclisinə dəvət etmişdilər.

Paşa müəllim cavanların sevimlisidir. Bizim mahalda adam yoxdur ki, Paşa müəllimin məktəbindən, maarif sistemindəki fəaliyyətindən xəbərdar olmasın. Ağızdolusu, sevinc və fərəhlə danışmasın!

Qafqazda, hələ inqilabdan qabaq maarifçilər aləmində bir məşhur yer var idi. Adma Qori seminariyası deyirdilər. Bu məktəbi - bu seminariyanı hələ keçən əsrin ortalarında savadsızlığa qarşı mübarizə aparan təşəbbüskar xalq ziyalıları yaratmışdılar. Bu seminariya rus maarifçilərinin qafqazlılara böyük hədiyyəsi, xidməti idi. Məktəb olmayan, uşaqları oxumağa cəlb etmək çətin olan vaxtlarda bu seminariyada müəllimlər hazırlayır, sonra da onları Qafqazın şəhər və kəndlərində maarifi yaymağa, işə göndərirdilər. Belə müəllimlərin işi çox çətin idi. Mollalar, əfəndilər, keşişlər, pristavlar, yiizbaşılar bu müəllimləri görmək istəmirdilər.

Bayrağı uca olsun. Sovet hökuməti qurulandan sonra müəllimlərin də, uşaqların da üzü güldü, günü doğdu. Hər kənddə məktəb açıldı. Uşaqlara kitab, qələm verildi. Milyonlarla balalar bahar quşları kimi səs-səsə verib məktəblərə üz qoydu. Hər yerdə dərs başlandı.

Bax, bizim yubileyinə çağırıldığımız Paşa müəllim maarif yolunda saç-saqqal ağartmış müəllimlərdən idi. Həmin Qori seminariyasının yetirmələrindən idi. İndi elə xadimlərdən lap az qalıb, çoxları ömrünü başa vurub.

Paşa müəllim qocalsa, taqətdən düşsə də, ruhən gümrahdır, zirəkliyini saxlayır. Məktəbdən ayrılmır. Məktəbi öz doğma evi, ailəsi bilir. Uşaqların təlim-tərbiyəsindən xüsusi zövq alır. Maarif Nazirliyi də onun səmərəli əməyinə, səyinə yüksək qiymət verir. Paşa müəllim xalq müəllimidir. Əməkdar maarif xadimidir. Neçə-neçə orden onun döşünü bəzəyir. Respublikanın elə mədəniyyət, maarif məclisi olmaz ki, orada Paşa müəllimin üzü görünməsin, sözü eşidilməsin.

Qocaman maarifçinin yubileyinə həvəslə getmək istəyən yoldaşlardan bir qrup yığılıb maşın sifariş verdik. İstirahət axşamı səhər tezdən əyləşib dağa yola düşdük.

Söz vaxtına çəkər, yazın lap oğlan vaxtı idi. Bakıdan çıxıb Şamaxı yolu ilə dağlara ki diklənirsən, bütün aləmi gül-çiçək içində görürsən, torpaq dil açır, gül bülbülü, bülbül gülü çağırır. Aydın, günəşli yaz səmasını xoş avaz doldurur. Yolun sağ-solu lalə tarlasına bənzəyir. Quşlar səs-səsə verib balalarına bahar təranələrini öyrədir, bəzən teleqraf simləri üstündə göylərin dərinlərinə üz tutub günəşi salamlayırlar. Həmişə bahar olsun, hər yerdə günəş olsun!

Bu yolları mən çox getmişəm. Uşaqlıqda piyada, cavanlıqda at üstündə. Zınqırovlu faytonlarda, indi də ildırım kimi ötən əlvan "Volqa" maşınlarında.

Həyat çox dəyişib, nəqliyyat vasitələri tərəqqi tapıb, yollar şüşə kimi hamarlanıb. Amma mənə elə gəlir ki, quşlar həmin quşlardır, qırx- 390 əlli il bundan əvvəlkilərdir, həmin səsi, həmin həvəsi, həmin avazı ila yoldan ötənlərə salam deyirlər. Haradan gəlib, haraya getdiklərini soruşmadan, hamısına ehtiram və nəvazişlə uğurlar diləyirlər!

Qəribədir ki, əvvəllər at belində, faytonda ötəndə quşlar bizdən ürkür, qaçırdılar. İndi maşını görür, heç yerlərindən, böyürtkən, yemişan kollarından qımıldanmırlar. Sanki ötən müsafirlərin hamısı ilə tanışdırlar, çoxdan ünsiyyət bağlamışlar.

Biz xüsusi bir zövq və həvəslə yaşıl yamaclara, yuxarılara, yüksəklərə dırmaşan, gül-çiçəklə dolu nazik, cığırvarı yollarla gedirdik. Yol boyu Paşa müəllimdən, o qocaman maarifçinin işıqlı, şərəfli həyatı və mübarizə yollarından söhbət aparırdıq.

Axı, ömrün altmış beş ilini həmişə məktəbdə, Vətən balalarının bülbül kimi səs-səsə verdiyi bir yerdə dinc əmək ilə keçirmək özü böyük hünərdir, təqdirəlayiq bir həyat, səadət yoludur. Sağ olsun, sovet hökumətinin atalıq qayğısı ki, Paşa müəllim kimi xadimləri həmişə ayaq üstdə, şən, şətarətlə, gümrah saxlayır. Onun bayramı bütün məktəblilərin, bütün cavanların bayramıdır.

Bu söhbətlər əsnasında hər kəs qocaman müəllimə öz münasibətini izhar etmək üçün münasib söz, ifadə, fürsət axtarırdı.

Biri Paşa müəllimin kamil, mehriban insanlığından, biri müəllimlik məharətindən, ustalığından, daha başqası onun torpağa məhəbbətindən, ailə səadətindən, əmək rəşadətindən danışırdı. Mən onun qayğısından, insani ləyaqətindən misal gətirmək istədim.

Yoldaşların hamısı susub mənim söhbətimi diqqətlə dinlədilər.

Doğrudan da mənim söhbətim Paşa müəllimin yubiley mərasimi üçün çox münasib və əlamətdar idi. Bu faktın özü insan haqqında, onun bəşəri keyfiyyəti, ləyaqəti haqqında çox şey deyirdi.

Əhvalat belə olmuşdu.

Mən cavan vaxtımda, sizlərdən ayıb olmasın, sevdiyim bir qızı, həyalı bir kəndli qızını - o da məni sevirdi - götürüb dağ rayonu Varta- Şenə aparmışdım. Məhz Paşa müəllimin köməyinə ümid edib aparmışdım.

Paşa müəllim məni təklikdə yanına çağırıb ata kimi yaxşıca danladı.

– Oğul, – dedi, – cavansan, gələcək inkişaf yolundasan, indi sənin qız qaçırmaq yox, elm dalınca qaçmaq vaxtındır. Xoşbəxt olun. Bir-birinizi sevmisiniz, bəyənmisiniz. El-oba qayda-qanunu ilə toy edə bilərsiniz. Kimsə də sizə mane olmaz. İndi daha köhnə zəmanə deyil, qızı ya oğlanı məcbur eləyələr. Qız qaçırmaq köhnə feodal dövrünün adətlərindən idi. İndi azad dünya, azad həyatdır, bizim qanunların gücü hər şeyi həll eləyir. Nə isə, xoşbəxt olun, keçib, yanlış da bir naxışdır. Sevmisiniz, sevginiz daimi olsun, möhkəm, uğurlu olsun. Sizə nə kömək lazımsa, olunacaq!

Paşa müəllimin ata nəsihəti məni çox məyus etdi. Güman etdim ki, qızın - Pakizənin atası gələndə ona kömək edəcək, mən əlacsız, köməksiz qalacağam.

Ancaq Paşa müəllim mənə dediklərini qızın əqrəbasına bildirmədi, əksinə, Pakizənin atasını iki gün evində qonaq saxladı, nə dedi, necə bişirdisə, bizi barışdırdı.

Həmin Vartaşendə Paşa müəllimin sakin olduğu binada otaqlar ayrıldı, bizə ləyaqətli bir toy quruldu.

Mənim evlənməyim belə olub. Pakizə xanım Paşa müəllimə minnətdarlığını həmişə deyir. Beş uşağımızın hamısının oxuyub boya-başa çatmasında qocaman müəllimin səyi və əməyi vardır.

Bu vəziyyətdən, söhbətdən sonra Qənbər sözə başlayanda hamı etiraz elədi:

– A qardaş, yubileydə danışmalı sözləri maşında niyə deyirsiniz, bəs iclasda, camaat qabağında nə deyəcəksiniz?

Qənbəri danışmağa qoymayanda mən qabağa düşdüm, yoldaşlardan xahiş etdim ki, hamının adından, hamının hərarətli ürək sözlərini deyən bir təbriknamə yazılsın və yubiley iclasında oxunub yubilyara verilsin!

Bununla razılaşdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Göz

1– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:

193420 мин
“Matışqə”

Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.

19344 мин
Kartoşka məsələsi

1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.

193413 мин
Sınaq günü

1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.

193510 мин

Стихи других поэтов