Страница 2 из 4 · 25%

İlyasın həyata, mübarizəyə atıldığı payız günləri dünyada təhlükəli hadisələr başlanmışdı. Almaniya faşistləri Polşaya hücum etmişdilər. Berlində odlanan barıtın tüstüsü, qoxusu aləmə yayılır, ölkələri, vətəndaşları ayağa qaldırırdı. Hər yerdə hazırlıq gedirdi, hamı silahlarını silir, ehtiyatım yoxlayır, qorxulu saatları gözləyirdi. İlyas bu günlərdə Osoviaxim məşğələlərini daha da qüvvətləndirirdi. İdman dərslərində uşaqlara əsgəri yeriş və əsgəri salam öyrədirdi.

Dekabrın 15-də İlyası orduya çağırdılar.

Artıq həvəskarlıq günləri bitdi. İlyas bir mütəxəssis olaraq müharibə-döyüş sənətinə yiyələnməyə başladı.

İlyas nə qədər ki vətəndaşlıq işində idi, əsgərlik sənətinə ancaq kənardan baxırdı, elə bilirdi ki, bu, adi bir işdir, 5-10 günün içində nizam qaydalarını da, müdafiəni də, hücumu da, süvari, piyada, matros işini də başa vurmaq olar. Bir döyüşçü kimi hazırlaşmaq vaxtı gəlib çatanda İlyas gördü ki, hərbi peşə özü ayıı bir aləm, geniş və mürəkkəb bir orqanizm imiş. Bircə tüfəng nədir, onun tarixindən başlamış, ayrı-ayrı burğularına qədər gərək hamısını biləsən, gərək çöldə, qarda-yağışda, suda-quruda onunla rəftarı bacarasan. Gərək gecə vaxtı gözüyumulu onu söküb-tökəsən, qaranlıqdaca iki dəqiqədə təzədən qurub, işə salasan. Bu mürəkkəblik gənc İlyası qorxutmurdu. Əksinə, hər yeni məlumat onun həvəsini oxşayır, marağını artırırdı. İlyas öz-özünə demişdi: "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!" Ürəyində tutmuşdu ki: "Mən komandirdən danlaq eşitməyəcəyəm. Elə tərpəşəcəyəm ki, komandir adımı çəksə, yaxşılığa çəksin, yamanlığa yox!"

İlyas dediyinin üstündə durdu da.

1939-cu ilin yayında Qızıl Ordu sıralarında İlyasın ilk təlim və möhkəmlik vərdişləri yoxlanırdı. Hissə istiyə, quma, toza baxmayaraq uzun və davamlı piyada yürüşə başlamışdı. Aylarla yol gedir, az fasilə ilə dincəldikdən sonra cənubdan şimala doğru irəliləyirdi. İlyas məktəb skamyasında coğrafiya müəllimindən eşidib unutduğu, bəlkə də heç eşitmədiyi şəhərləri gəzir, külək kimi ötürdü. 1940-cı ildə o, yoldaşlarına: "Ukraynanı, Belorıısiyanı, Latviya, Litva, Estoniyanı və nəhayət, bir sıra başqa yerləri piyada gəzmişəm" deyə yazanda onlar inanmaq istəmirdilər: "İlyas, - deyirdilər, - dəmir çarıq geyib, dəmir əsa götürüb, piyadaca dünya səyahətinə çıxıb."

Bu yürüşlər kəndlilərin piyada yoluna, ya məktəblilərin ekskursiyasına bənzəmirdi. Burada nizam, qayda və sağlamlıq şərtlərini mühafizə tələbi hər şeyə hakimdir. Müəyyən məsafədən sonra mütləq dincəlməli, yeməli, içməlisən. Həkimlər səninlə bərabər gedirlər. Sənin şikayətini gözləmirlər. Bir-bir əsgərlərə baxır, rənginə, halına, libasına, 168 yerişinə fikir verirlər. Çantasında bir misqal artıq yük olanda alırlar. Görürsən ki, iş düzgün və qanuni təşkil edildikdə insan qüdrəti birə beş artır, yorğunluq üz vermir, nisbətən canı zəif olanlar belə, həvəsdən düşmürlər. İlyas bu yürüşlərdə vətənimizin böyüklüyünü, zənginliyini görür, fərəhlənirdi. Fərəhinin bir səbəbi də o idi ki, bu yerlərdə 72 millətdən adamlar var idi. İlyas bunların hamısından doğma qardaş-bacı ehtiramı, dost qayğısı görürdü.

İlyasın bu günləri yürüşlərdə, taktiki təlimdə, gözətçilik xidmətində keçirdi. O, həmişə tapşırıqları yerinə yetirdikdən sonra komandirinin qarşısında iftixarla dayanıb raport verir, yeni əmrlər gözləyirdi. Çox zaman komandir onu sıra qabağına çıxarır, əsgərlərin qarşısında ona təşəkkür elan edib deyirdi:

– Döyüşçü İsmayılov İlyas çoxlarınıza nümunə ola bilər!

1941-ci ilin mayında İlyasgilin bölüyü Finlandiya sərhədinə yaxın bir yerdə, uca və cavan görünən qələmə ağacları ilə sıx meşənin talasında dayanırdı. İlyas bu zaman leytenant Maxrovun gözətçi snayperi idi. Orduda bu vəzifə hər əsgərə tapşırılmır, hər istəyən snayper ola bilmir.

Uşaqlıqdan, deyəsən, Nizaminin hikmətli bir sözü İlyasın yadındadır: "Pis papaqçı olmaqdansa, yaxşı palan tikən ol!" Hər sənəti tutursan tut, öz peşəndə birinci ol!

Atıcılıq, nişançılıq meyli də İlyasda yeni deyildi. O, hələ böyük Nizaminin "Yeddi gözəl" əsərini, orada Bəhramın ov sərgüzəştini oxuyanda insanın məharətinə valeh olmuşdu. Bəhram öz oxu ilə ceyranın ayağını başına tikmişdi. Əvvəl bir ox ilə heyvanın başını zədələmişdi, heyvan ayağını qaldırıb başını qaşıyanda Bəhram sərrast ox ilə ayağı başa tikmişdi.

İndi, XX əsrdə nə ox var, nə ceyranların ayağını başına tikən lazımdır. İndinin dəsgahı başqadır. İlyasın əlində kaman-giruhə əvəzinə, dil açıb sahibi ilə danışan, düşmən görəndə div kimi nərə çəkib, əjdaha kimi ağzından odlar yağdıran beşaçılan vardır. İlyas silahı canı qədər əzizləyir, onu elə təmiz, elə səliqəylə saxlayır ki, baxanda zavoddan bu saat çıxdığını güman edirsən. O güzgü kimi par-par parıldayır, dəmiri göyərçin, ağacı kəhrəba rəngindədir. İlyas ilk gündən atıcılıqda seçilmişdi. Uzanmış halda, dizi üstə, ayaq üstə atanda da, havaya atanda da, onun biləkləri, barmaqları möhkəmliyini saxlayırdı. Atəş vəziyyətində İlyasa baxanlar tüfəngi onun vücudundan ayıra bilmirdilər, sanki bu, silah deyil, o mütənasib boylu gəncin vücudunun ayrılmaz bir hissəsidir. Atəş vəziyyətində İlyasın yar-yaraşığı daha da artırdı: əzələləri qabarır, əsəbləri gərginləşirdi. Gənc və bədirlənmiş çöhrəsi silahı kimi qızarırdı. Hərəkətləri itiləşir, qətiləşirdi. Əlləri elə cəld tərpənirdi ki, görmək olmurdu. İlyasın qara və mülayim gözləri bu hallarda qəzəbindən alovlanırdı. Nəzəri uzaqlara dikilirdi. Seçilən hədəfi güllədən qabaq yandırmaq istəyirdi. İlyas güllələri bir-birinin üstünə mindirir, əla nişan vururdu. Rota komandiri buna görə İlyası leytenanta gözətçi snayper təyin etmişdi. Leytenant bu gənc azərbaycanlı əsgərlə tanış olandan, onun haqqında komandirinin qısa tərifini eşidəndən sonra arxasını dağa söykəmiş kimi, arxayın idi.

İlyasın əsgəri xidməti elə vaxta təsadüf etmişdi ki, təlim ilə döyüş, dinclik ilə müharibə arasında fərq və fasilə yox idi. Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Bu vəziyyətlə də İlyas Bessarabiyadan tutmuş Vıborqa qədər gəzmişdi.

Hamının xatırladığı və bütün ömrü boyu unuda bilməyəcəyi gün, tarixdə ən müdhiş cinayət baş verdiyi gün, faşistlərin sovet vətəninə basqın etdiyi gün gəlib çatdı. İyunun 22-si sakit və günəşli bir gün idi. Şimal meşəsinin uzun və nazik yarpaqlı ağacları, sanki, bir şey dinləmək üçün hərəkətsiz dayanıb qalmışdı. Çöllər, zəmilər, qışı sovmuş maral kimi yatıb bahar günəşində qızınır, quşlar bir-birinə sirli xəbərlər vermək üçün səssizcə budaqdan-budağa uçuşurdular. Təbiətin özündə mənalı bir sükut sezilirdi. Ancaq qızıl döyüşçülər buraya mübarizə ehtirası ilə gəlmişdilər. Molotov yoldaşın tarixi nitqini eşitdikdən sonra hər bir əsgər bütün gücü və iqtidarı ilə, azğın düşmən üstünə cumulmağa hazır idi.

Leytenant Maxrov İlyasa: "Səngərlərini hazırla!" deyə əmr verdi.

Gün çoxdan əyilmişdi. Kölgələr uzanmağa, günəş şüalarının təsim ri azalmağa, havaya dərin bir sərinlik çökməyə başlamışdı. Sakit meşə, tarixi bir şahid kimi dayanıb indicə orduların toqquşacağına, yerin-göyün odlar, alovlarla dolacağına tamaşa etmək istəyirdi. Çox çəkmədi ki, qarşıdan, Finlandiya sərhədindəki meşədən həmhəmə eşidildi, düşmən hücuma hazırlaşırdı. Hətta səstutanlar düşmən zabitinin öz əsgərlərinə "gəlin patron aparın!" - deyə verdiyi əmri də eşitmişdilər. Bu xəbərdən 25-30 dəqiqə sonra, düşmən əsgərləri yürüşə başlayan kimi sovet topları dilləndi. Ağ finlər hələ iki il bundan əvvəl bu topların zərbəsinə bələd idilər. Onlar həyatlarında baş vermiş müdhiş bir faciəni xatırlayan kimi oldular, top səsini eşidəndə pərən-pərən düşdülər. Yalnız zabitlər əllərində tapança o yan-bu yana qaçıb fin əsgərlərinin başını bir yerə yığmaq istəyirdilər. Düşmən hissələri müdafiə xəttimizin zəif tərəflərini axtarmaq üçün gah o yandan, gah bu yandan soxulmağa cəhd edirdilər. Ancaq qızıl döyüşçülər onların hücumunu dayandırdılar. Düşmən yürüşə yüzlərlə, minlərlə gəlir, qayıdanda isə on bir, beş bir, pərakəndə dəstələrlə qaçırdı. İlyas sərrast atəş ilə fin zabitlərini bir-bir dənləyirdi. Qabaq dəstələri əzişdiriləndən sonra düşmən arxadan yeni qüvvələr almış, hücum planını yenidən qurmuşdu...

İyulun 29-da sübhün dumanı hələ düzlərdən çəkilməmiş, otlar üzərində inci şeh dənələri işıldayan zamanda sel kimi axıb gələn sərxoş düşmən soldatları ayaq üstdə atəş açır, bəzən də nədənsə, qaban kimi bərk qışqırırdılar. Bu dəqiqədə İlyas səngərindən çıxıb hamar bir yerə uzanmışdı. O, ilk atəşi ilə düşmən zabitini vurub yerə aşırdı. Zabitin kaskası on addım kənara dığırlandı. Snayperin dodaqlarında bir təbəssüm oynadı. Bu yerdə, nədənsə, Nizami Bəhramının gur ovlamağı İlyasın xəyalına gəldi. O öz-özünə dedi: "Bəhram ceyran ovlayırdı, mən isə donuz vururam. Ceyran məsum heyvandır, fin donuzu isə quduz vəhşidir. O hara, bu hara!"

İlyas komanda mövqeyinə keçən ikinci zabiti də aşırdı.

Zabitlərini bir-bir itirən düşmən, deyəsən, İlyasın mövqeyini bilmişdi. Bir neçə pulemyot snayperin üstünə od yağdırmağa başladı. İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şəxsi məsələ

Böyük insana, insanpərvərə – Stalin*1

194030 мин
Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 мин
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 мин
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 мин

Стихи других поэтов