Страница 1 из 2

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.

Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

İlyasın çiyninə bir əl toxundu. Dönəndə ibtidai məktəb yoldaşı və çoxdan ayrıldığı dostu Kamili gördü.

– Xoş gördük, dostum, sən hara, bura hara? Nə əcəb, xeyir ola?

İlyas Kamilin əlini sıxdı, Naxçıvandan gəldiyini, Tbilisini seyr etmək üçün iki günlüyə əyləndiyini dedi. Kamil soruşdu:

– Bəs hara düşmüsən?

– "Orient"dəyəm!

– Çox ayıb olsun mənə. Mən burada dura-dura, Tbilisidə evimiz ola-ola, döşənmiş otaqlarımız boş qala-qala mehmanxanaya niyə düşürsən, a sağolmuş?

İlyas bir az utanan kimi oldu.

– Burada yaşadığınızı bilirəm, ancaq adresini necə tapaydım?

– Vəfalı dost axtarar da, tapar da.

Kamil dostu İlyası o qədər sözə basdı ki, az qaldı İlyas xəcalətindən qızarsm. Başını aşağı salıb söhbəti dəyişmək üçün söz axtardı. Deyəsən, bunu Kamil də hiss etmişdi. İfadəsini dəyişib soruşdu:

– Nə vaxt gedirsən?

– Bu axşam saat doqquz maşını ilə çıxıram.

– Düzün de!

– Dostumcanı, biletim budur cibimdə!

İlyas bunu dedi və güman elədi ki, dostu getməyinə razı olmayacaqdır. Qonaq saxlamaq, ev-eşiyini göstərmək üçün qalmağmı təkid edəcəkdir. Xəyalında qoydu ki, çox bənd olsa qalsın, Tbilisiyə yaxşı bələd olan dostu ilə bir də gəzsin, gürcü rəssamlarının sərgisinə, mümkün olsa bir teatra da getsin.

Amma Kamil İlyasın gedəcəyini eşidəndə bir az da sevindi.

– Mən, sənin kimi Bakıya gedən bir adamı göydə axtanrdım, yerdə əlimə düşmüşsən. Baldızımı Bakıya yola salacağam. Dostdan-tanışdan bir arxayın adam axtarırdım qoşam. Nabələddir, Tbilisidən qırağa çıxmayıb, tək buraxmağa qorxuram. Nə yaxşı oldu, sən rast gəldin. Gedim bilet alım, çamadanı-zadı hazırlayım, gəlsin.

Dostunun bu xəbəri İlyası çox sevindirdi. İlyasın yerinə hər kəs olsa sevinərdi, yumşaq vaqonda, belə bir həmdəmlə uzaq yol getmək çox ürəkaçan şeydir, hər adama da müyəssər olan xoşbəxtlik deyil.

İlyas razılıq verdi:

– Arxayın ol, - dedi, - baldızını aparıb istədiyi yerə çatdıraram, hər nə zəhməti də olsa mənim boynuma. Ayrı nə qulluğun olsa, ona da hazıram.

– Çox sağ ol, elə bunun özü böyük minnətdir boynuma qoyursan, mən sənin kimi arxayın adamı haradan tapacaqdım? Lap yaxşı oldu ki, görüşdük...

Kamil tələsik dönüb bilet dalınca gedəndə İlyasdan soruşdu:

– Neçənci vaqondasan?

İlyas on birinci yumşaq vaqonda olduğunu söylədi və ürəyində arzuladı ki, "qız ilə bir vaqona düşsəydik nə gözəl olardı..." Yarı qətiyyət, yarı həya ilə Kamilə dedi:

– İstəyirsən birlikdə gedək, mənim kupemdə boş yer var, kassirə deyərik, həmin yerə bilet verər. Daha sonra başağrısı olmasın, özgə vaqonda nə lazım, tək... Bərkə qalanda mən yerimi ona verib özüm ayaq üstə də dura bilərəm...

Dostlar vağzala getdilər. Yumşaq vaqona, beşinci kupedəki boş yerə bilet aldılar. İlyas işi ürəyi istəyən kimi düzəltdiyinə daha da sevindi.

Axşam saat doqquzun yarısında maşının tərpənməyinə yarım saat qalanda, vağzalda görüşməyi şərtləşdilər. Kamil evə yollandı.

Kamildən ayrılandan sonra İlyasın ürəyi döyünməyə başladı. Sanki dostu, baldızı sarıdan İlyasa arxayın olmaqla, onun öz arxayınlığını əlindən aldı. İlyas yerişində, tərpənişində mənasız bir təlaş duydu, ürəyində ümidli bir intizar oyandı. Nəyi isə düşünə-düşünə, nə üçünsə o tərəf-bu tərəfə vurnuxa-vurnuxa böyük şəhərin izdihamlı küçələrində dolaşdı. Gözünü açanda özünü şirniyyat mağazalarının birində gördü. Satıcının səsi onu lap ayıltdı.

– Hansından buyurursunuz, yoldaş?

İlyas bəzəkli, bahalı konfetlərdən seçdi, hərəsindən bir az-bir az çəkdirdi. Sonra ətriyyat mağazasına keçib iki balaca şüşə ətir, bir gülcahan sabunu, bir diş şotkası, xlorodont aldı. Yadına düşdü ki, mehrabası yaman gündədir, üzə çıxası deyil. Mağazalar da bağlanmışdı. Dərzi dükanının qabağından keçəndə, divardan asılı dəsmal kimi bir şey görüb içəri girdi. Dükandar irəli yeridi ki, "xahişiniz nədir?" İlyas piştaxtanın üstündən əyilib divardakı paltarlara diqqətlə baxdı. Qadın paltarı, naxışlı köynəklərdi. Çıxmaq istədi, nə fikirləşdisə dayandı, üzünü satıcıya tutdu:

– Qonşu, - dedi, - mən paltar-zad alan deyiləm, qərib adamam. Amma sizə bir işim düşüb, yoldaşımın bir yaxşı üz dəsmalı mənim çamadanımda idi, yolda oğurlatmışam. Yoldaşım da kəndlidir, pul veri rəm, almır. Deyir, öz dəsmalımı ver. Özüm də yola tələsirəm, mağazalar da bağlanıb. Mümkün elə, tanış evlərdən-zaddan mənə bir dəsmal tap, neçəyə olsa alaram.

Satıcı bir az dinmədi, fikirləşdi, İlyasın darda qaldığına inandı.

– Tapılar, — dedi, — bu yaxınlarda bir dərzi dükanı var, qadınlar işləyir, nə cür dəsmal desən olar, ora gedin.

On-on iki yaşlı bir uşaq çağırdı tapşırdı:

– Mişka, bu yoldaşa Nataşanı nişan ver, şey almaq istəyir.

Nataşa saya dəsmal verdi, İlyas bəyənmədi. Kənarlarında xoruz şəkli çəkilmiş naxışlı bir dəsmal gətirib dedi:

– Buna necəsən, beləsi sizlərdə moddur, görmüşəm.

İlyas özünü sındırmadı:

– Yox, Nataşa bacı, bu naxışlar köhnə şeylərdir. Xoruz döyüşdürən qədim kişilərin zövqü belə imiş. Ancaq zövqdən-zaddan keçib, yol üstəyəm, bunun pulu neçə eləyir, deyin!

Dəsmalı alıb vağzala gedərkən, yenə fikirləşdi, Kamilin baldızını fikirləşirdi: "Doğrudur, Kamil ilə dostam, amma çoxdan ayrılmışıq. Onun burada olduğunu və gözəl bir tbilisili qızı aldığını eşitmişdim, onu da eşitmişəm, şairlərin əsərlərində oxumuşam ki, tbilisili qızlar gözəl olur. Gözəllikdən əlavə, kulturalı olurlar, üç-dörd dil bilirlər... Mən indi Kamilin baldızı, tbilisili qız ilə bir sutka yol yoldaşı olacağam. Onunla rəftarı, yanaşmağı, oturub-durmadı, danışmağı bacarmalıyam... Elə olsun ki, qız Bakıda da məndən əl çəkməsin."

İlyas vağzala çatanda düz səkkiz tamamdı. Tez vaqona girdi. Əlüzünü yudu, çamadanını açıb üst köynəyini dəyişmək istəyirdi. Konduktor gəldi:

– Yoldaş, bu saat yuyunan siz idinizmi?

– Bəli, mən idim.

Konduktor bir qəbz yazıb İlyasa verdi:

– Üç manat cərimə verəcəksiniz, vaqon durduğu yerdə yuyunmaq qadağandır.

Ayrı vaxt olsa İlyas konduktora bir kor qəpik də verməzdi, qışqırıb aləmi başına yığardı. İndi əhval başqa cürdü. Qızın yanında abırlı, mərifətli görünmək üçün əlindən gələni eləyirdi. Konduktor beş manat yox, yüz manat da istəsə, İlyas dinməyəcəkdi. Qoltuq cibindən bir beşlik çıxarıb konduktora verdi, işinə məşğul oldu. Təzə köynəyini geyib güzgünün önündə dayananda, üzünü saqqal basdığını görüb vaysılandı. Çamadanını bağlayıb yuxarı qoydu, vağzal bərbərxanasına yüyürdü. Yeddi-səkkiz adam növbəyə durmuşdu. Lap qabaq stulda qarayanız, uzunsifət, zahirən mülayim bir adam oturmuşdu. İlyas onun qulağına pıçıldadı:

– Əziz yoldaş, bizim poyezd on beş dəqiqəyə yola düşür, tük də üzümü yeyir. Çox xahiş edirəm, mümkün olsa, növbənizi mənə güzəştə...

Qarayanız oğlan razılıq verdi. İlyas keçib oturdu, ustaya dedi:

– Əlinə dönüm, usta, baş-gözümə bir yaxşı seyqəl ver görüm...

O, tamam hazır olub vaqona çıxanda poyezdin tərpənməyinə hələ on dəqiqə vardı. Vağzal ağzında camaat qarınca kimi qaynaşırdı. Adamlar dəstə-dəstə əllərində çamadan, səbət, bağlama, qucaqlarında uşaq o tərəf-bu tərəfə qaçışıb öz vaqonlarını axtarırdılar. Konduktorlar fanar işığında biletləri yoxlayıb içəri buraxırdılar. İlyasın gözü bufetin qapılarında idi. Dostunu, daha açığı, dostunun baldızını aramsız gözləyirdi. Dörd gözlə baxırdı, elə xəyal eləyirdi ki, bu saat bufetin ağzında əlində şey olan bir hambal, onun yanında tələsik yeriyən və döyükərək vaqonların nömrəsinə baxan dostu, yanında da nazik, ipək yaz libası geyinmiş qız görünəcəkdir... İlyas fikrində qoymuşdu ki, onlar bufet səkisinə çıxan kimi mən yerə düşərəm, qabaqlarına qaçaram, zəhmət çəkib axtarmalarına macal vermərəm...

Nə fikirləşdisə, tez konduktoru tapdı, kupeni süpürdüb təmizlətdi, kupesindəki boş yerə bilet alındığını dedi. Özgə adamın kupeyə buraxılmamasını tapşırdı. Qız üçün təmiz bir yatacaq gətirtdi. Konduktor yatacağı açmaq istəyəndə o, mane oldu:

– Dayan, - dedi, - qoy dursun, hələ açma. Mən səni çağıranda gəlib yerbəyer eləyərsən.

İlyas qorxurdu ki, tbilisili qız yatacağı açıq, hazır görə, elə bilər ki, yatacaq da biletin üstündədir. Bunun üçün əvvəlcədən düşünən, onun qayğısına qalan adamın zəhmətini, ehtiramını hiss etməz: bu yatacağı 476 ona gətirdən var, onun qeydinə qalan var. "Qoy tbilisili qız öz gözilə görsün ki, onun yolunda bir alagöz beşliyindən keçən var. Bunun ayrı təsiri olacaq". Konduktor isə bunu başa düşmədi. Güman etdi ki, İlyas yoldaşına yatacaq gətirməyinə peşman olmuşdur. Bir az duruxdu:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bacı-qardaş

Şekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!

196313 мин
Az danışmağın faydası

Sədidən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: biədəbdən. Məndən soruşdular ki, az danışmağı kimdən öyrəndin? Dedim: çox danışandan!Doğrudan belədir. Uzunçuların yanında oturub-durmaq məni təngə gətirdi. Mənim Dilan adlı bir yoldaşım var. Çənədən pərgardır. Bir nağıl ki başladı, səni yuxuya verməmiş əl çəkməz. Deyəsən, zalım oğlu elə bil hər səhər bal halvası yeyir. Çənəsi həmişə işləyir. Atası da bezib onun hap-gopundan. Elə olur ki, Dilan danışır, o danışa-danışa sən gedib üzünü yuyub gəlirsən, ya bəlkə də çimib, ya dişini çəkdirib qayıdırsan! Görürsən elə hərif danışır. Dinləyən var, ya yoxdur, Dilan üçün birdir. Özünün də, sözünün də halına təfavüt eləmir. Gəlib görürsən həmin ahəng, həmin mətləb, həmin söz.

19633 мин
Mənim dilmancım

İndi adlar, sözlər tez-tez dəyişir. Bilmirəm niyə. Biz cavan olanda bir şeyin adını öyrənirdik, iş də qurtarıb gedirdi. İndi səhər yerindən qalxıb qapıya çıxırsan, görürsən küçənin, idarənin, parkın adı dəyişib. Bizim uşaq artistdir, səhər-axşam geyinib gedəndə bilirdim ki, teatra, oyuna gedir, dünən görürəm anası deyir:– Nadir getdi festivala!

19633 мин
Düz adam

Hər gün işə gedəndə trolleybusda əyləşib görürsünüz ki, bulvarın ağzından bir adam tələsik gəldi, vaqona daxil olan kimi, göy kağızını çıxarıb camaata göstərdi:– Mənim həmişəlik biletim var!

19632 мин

Стихи других поэтов