Mənim dilmancım
İndi adlar, sözlər tez-tez dəyişir. Bilmirəm niyə. Biz cavan olanda bir şeyin adını öyrənirdik, iş də qurtarıb gedirdi. İndi səhər yerindən qalxıb qapıya çıxırsan, görürsən küçənin, idarənin, parkın adı dəyişib. Bizim uşaq artistdir, səhər-axşam geyinib gedəndə bilirdim ki, teatra, oyuna gedir, dünən görürəm anası deyir:
– Nadir getdi festivala!
– Hara?
– Festivala.
– O haradır?
– Bilmirəm haradır, amma kimi dindirirsən festival deyir - deyəsən təzə oyundur.
– Təzə oyun deyil, oyunun təzə adıdır. Çox-çox təzə adlar çıxarıblar: spartakiada, olimpiada, forum, dekada, festival. Əvvəl mən buna təəccüb eləyirdim, sonradan öz başıma gələndə, daha bir sözüm olmadı. Məni qonşu ölkələrdən birinə qonaq çağırmışdılar. Çağıran da məktəblər idarəsi idi. Həmin ölkədə təzə bir məktəb açılması münasi bətilə bayram idi. Məni çağırmışdılar ki, qonşu ölkənin nümayəndəsi kimi, məktəblərə, dərslərə baxım, fikrimi bəyan eləyim. Bəlkə faydalı bir məsləhətim-zadım oldu.
Məlum qaydaya görə, bir ölkəyə gələn qonaq ilə danışmaq üçün dilmanc, yəni, dilbilən ayırırlar. Sənin sözlərini yerlilərə, yerlilərin sözlərini də sənə izah eləyir.
Mən getdiyim ölkənin dilini bir az bilirdim, yerlilərlə öz dillərində danışardım. Amma buna baxmadılar. Ümumi nəzakət qaydalarına görə, rəsmi dilmanc verdilər, mən də razı oldum. Dilmanc, yəqin ki, yaxşı başa salar, camaat onu tanıyır. Dilmanc mənə qoşuldu. Kölgə kimi hər yerdə yanımda göründü. Bir məktəbə getdik. Sinif otaqlarını, bağçanı, kabinetləri gəzdim, dərslikləri bir-bir nəzərdən keçirdim.
Qayıdanda məclis quruldu, təşrifat qaydaları yerinə yetiriləndən sonra mənə söz verdilər ki, təəssüratımı deyim.
Məktəb mənim xoşuma gəlməmişdi. Sinif otaqlarında alimlərin şəklindən başqa kimin desən şəkli var idi. O adamlar ki, uşaqlara tanıdılmalı, sevdirilməlidir, onların şəkli yox idi. Görünür, özləri haqqında da söhbət getmir. Amma məktəb bağçası pis deyildi. Kabinetlərin təchizatı köhnəlmişdi. Maşın var idi ki, çoxdan sıradan çıxmışdı: indi heç məktəbliyə lazım deyildi...
Mən bütün bu gördüklərim haqda qeydlərimi dedim. Bir az da ehtiyatla, diqqətlə danışdım ki, tənqidi qeydlərimi yalana çıxardan olmasın. Damşdıqca dilmancımm üzünə baxır, sözlərimin dürüst tərcüməsini gözləyirdim. Ancaq dilmanc tərcüməsini qabaqcadan hazırlamışdı. Mən dayanan kimi, öz tezislərinə baxıb belə danışırdı:
– Cənab filankəs, sizin məktəbi gəzməyindən çox məmnundur. O, bu məktəbi gördüyü üçün özünü xoşbəxt hesab eləyir. Məktəbə valilərin, generalların şəklini vurmağınız cənabın çox xoşuna gəlib. Xahiş edir ki, onun salamını maarif idarəsinə çatdırasınız və bir də minnətdarlıq eləyəsiniz ki, məktəbə, xalqın maariflənməsinə, gənc nəslin məktəblərdə tərbiyə almasına bu qədər fikir verilir. Cənab filankəs deyir: "Əmin və ümidvaram ki, sizin səyləriniz, tərbiyələriniz və bütün bunlar bizim ölkələrimiz arasında dostluğun daha da bərqərar olub möhkəmlənməsinə səbəb olacaqdır." Cənab sözünü qurtarıb deyir ki, yaşasın və var ol sun həqiqi dostlar, qədirbilən insanlar!
Dilmanc sözünü qurtaran kimi, məktəb müdiri gəlib mənim əlimi sıxdı, minnətdarlığını bildirdi, mən dilmancıma müraciətlə düzəlişlərimi demək istəyəndə əli ilə rədd işarəsi verdi. Mən təəccüb elədim:
– Axı, tərcümə düz olmadı.
– Necə düz olmadı!
– Mən ayrı cür danışmışdım.
– Ayrı cür lazım deyil.
– Bəs nə cür lazımdır?
– Nə cür lazım idisə mən dedim.
– Axı, qardaş, sən özündən dedin.
– Özümdən, özgədən nə lazım idisə dedim.
– Bu tərcümə yox, orijinal oldu.
– Əsl tərcümə gərək orijinal kimi olsun.
– Daha buna sözüm yoxdur!
– Nə sözün ola bilər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-menim-dilmancim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:
Özündən naxoşЛюдей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*
İclas qurusuƏncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu isə tək-tək olur.Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.
Plovdan sonraBu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara qədər çoxlarını görmək olardı.
Стихи других поэтов
Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OlsunYeri, gözəl, yeri, sənə qarğaram.Ölənədək işin ahü-zar olsun.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi