Содержание
  1. 1
  2. 2
  3. 3

Страница 1 из 3

Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...

Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara qədər çoxlarını görmək olardı.

Yumşaq vaqonun qabağında dayanan daha çox idi. Yola çıxan bu hörmətli müsafır kim ola?

Bu, Moskvaya oxumağa gedən tələbələrdən, bəlkə də bizim bəzi alim, şair, ya nazir uşaqlarından biri olacaq.

Adamlar yumşaq vaqonun qabağında Ramizi - onilliyi bu il bitirmiş təzə tələbəni mehribanlıqla əhatə etmişdilər. Kimi şokolad qutusu təqdim edir, kimi səbətdə üzüm, kimi kağız torbada başqa meyvələr gətirir, kimi də cüt-cüt limonad şüşələrini pəncərədə dayananlara verib, Ramizin kupesinə ötürürdü. Kabardin palto və ağ şlyapa, ağ əlcək və ağ çəkmə geymiş alçaqboylu, kök bir qadın isə hərdən irəli çıxıb, Ramizin yaxasına qonan tükü götürür, onun dağınıq saçını əli ilə geri daramaq istəyirdi. Oğlan isə ipək köynəyinin parıldayan metal açarını gah yuxarı, gah aşağı aparır, anasının sual və söhbətinə könülsüz, dilucu cavab verməklə kifayətlənirdi. Görünür, adam içində ailə söhbətlərindən, ana nəvazişlərindən xoşu gəlmirdi.

Ərknaz xanım hərdən ətrafa boylanır, belə bir oğul anası olduğunu hər vasitə ilə gözə verməyə çalışırdı. Hətta atalıq hüququndan istifadə etmək istəyən ərinə də macal vermirdi.

Papirosuna yüngül bir qullab vuran Namazov, oğluna belə tapşırıq verirdi:

– Nə azuqə lazımsa, indidən alaq, daha yollarda düşməyə ehtiyacın olmasın! Ramiz, gör ürəyin daha nə istəyir!

Ərknaz xanım kişisinə etiraz edirdi:

– Sən də danışdın ha! Ramiz sənə qız uşağı-zad deyil ki, qaxılıb vaqonda otursun, kənara çıxmasın. Yoldur, səyahətdir. Düşəcək də, minəcək də! Yolda, məsələn, xoşuna gələn bir meyvə oldu, alacaq da.

Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən?!

Namazovun rəngi dəyişdi. Dediyinə peşman oldu. Ramiz də: "Heç nə lazım deyil" - dedi, başını aşağı saldı. Ətrafındakılar güldülər. Ərknaz xanım özü də güldü. İrəli yeriyib, oğlunun kürəyindən bir şapalaq vurdu:

– Qorxma, oğul, puldan özünə korluq vermə. Anan ölməyib ki!

Vallah, öz canım üçün düz deyirəm!

Axırıncı zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də ortaboylu qoca qadın tələsik özlərini səkiyə yetirdilər. Iri bir bağlamanı ehtiyatla vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərknaz xanım da çıxdı. "Uşağın" kupesini, rahatlığını bir də yoxladı. Çox çəkmədi ki, axırıncı zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla, sonra da valideyni ilə əl verdi, öpüşdü. Ərknaz xanım həyəcan keçirirdi:

– Qadan alım, Ramiz, qalarsan, tez ol!

Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı. Dəsmal eləyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi. Qohumlar, tanışlar, yoldaşlar - hamısı vaqon gözdən itənəcən Ramizə əl eləyir, xeyir-dua verirdilər. Yalnız Ərknaz xanım gah qırmızı haşiyəli balaca ipək dəsmalını gözünə basıb ağlayır, gah da sağ əlini havada tərpədirdi.

1

Kim desə ki, mən övladımı istəmirəm, inanmayın. O, yalan deyir. Elə adam ola bilməz ki, doğma balasını istəməsin. Övlad şirin şeydir. Nəinki insan, hətta bütün yaranmışlar balasını istəyir, əziz tutur. Amma istəmək var, istəmək var.

Ərknaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Qardaş görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında necə tez boy atıb böyüməyini yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını, oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və söhbətinin əvvəli də, axırı da Ramizdir. Məclis olmaz ki, Ramizdən danışmasın. Hər yerdə deyir ki:

– Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli uşaqdır. Çox rəhmli, qabiliyyətli uşaqdır. Onun telefonla ibarəli danışmağını, cürbəcür kino artistlərinin təqlidini çıxarmağını, şəkil çəkməyini, maşın sürməyini, qəşəng-qəşəng məktub yazmağını, kostyum seçməyinimi deyim, səliqə-sahmanınımı, kefi gələndə çalmağını, oxumağınımı, oynamağımı handa bir dəvətnamə ilə konsertlərə getməyinimi, lap baş cərgədə handa bir qızla oturmağınımı deyim, ədəb-ərkanını, mərifətini, qanacağınımı, hansını deyim!..

Münasib məclisin münasib bir yerində söhbət düşəndə Ərknaz xanım oğlundan həvəslə, şirin-şirin danışır. Həmişə eyni sözləri danışsa da, elə bir vəcdlə danışır ki, deyərsən bu sözlər "xoruz səsi eşitməmiş" təzə xəbərlərdir. "Söhbət düşəndə" dedik. Əslinə baxsan söhbət düşmür, onu Ərknaz xanım özü salır. Özü də yeri oldu, olmadı baxmır. Bəlkə ayrı bir adam bunu bacarmaz. Ayrı bir mətləb danışılan zaman, yuyulmamış qaşıq kimi, aralığa girmək hər adamın işi deyil, "nə dəxli var!" Amma Ərknaz xanım bunu demir və düşünmür. O, Ramiz söhbətini elə ustalıqla başqa mətləblərə qatır ki, danışanda, bir də görürsən Ərknaz xanım aralığa girdi:

– Balam, indikilərə paltar bəyəndirmək olmur. Ramiz iki dəst xalis baston, triko kostyum tikdirmiş, bir dəst də atası Tiflisdə komissiyonnudan alıb, lap əcərri! Di gəl heç birini bəyənmir. Neyləyəsən, məcbursan ayrısını alasan. Cavandır...

Adamlar Qubanın alma bağlarından, bu il meyvəcatın bol gəlməyindən danışanda Ərknaz xanım şikayətini başlayır:

– Bizim Ramiz bazardan alınan meyvəyə məhəl qoymur. Vallah, öz canım üçün, məhəl qoymur. O deyir: gərək üzümü, özü də ağ şanını ya dərbəndini meynədən özüm dərəm: almanı, ağacdan özüm üzəm. Atası ona keçən il Qusarda bir bağ tutmuşdu, iki minə. Başdan-ayağa almalıq, armudluq...

Camaat beynəlxalq vəziyyətdən, hökumətlər arasında sülh yaranmasından danışıb, şükür eləyəndə, Ərknaz xanım fikrini belə bildirir:

– Bə nədi, o gün hamınınkını Allah saxlasın, Ramiz qəzeti almışdı əlinə, sülhün barəsində bülbül kimi elə oxuyurdu, elə oxuyurdu, adamın canına yağ kimi yayılırdı. Qonum-qonşu tökülüb, deyəsən lap leksiyadı. Gədənin döşündə də mərmər göyərçin qanad açıb, elə biləsən bu saat uçub taxtapuşa qonacaq, öz canım üçün!

Məktəbdən söhbət açılanda, Ərknaz xanımın dəftər-kitabı lap uzanır:

– Bizimki ayrı cür uşaqdır! Müəllimlər danışa, görəsən! Belə, bir özgə cür uşaqdı. Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə fərasət! Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri deyir: mənim institutuma gələcək, o biri deyir: yox, onu özüm dərs verəcəyəm. Biri deyir: gərək akademiyalar yanında dərs ala. Səs-sədası şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün nənəsi gədənin köynəyinə gözmıncığı tikməkdən yorulub. Özü qoymur, biləndə söküb atır bir qırağa. Görmüşdük oğlan üstündə qızlar sözə gələr, indi daha professorların gözü qalıb gedədə! Vallah, öz canım üçün, elə biləsən bənd olublar...

– Ərknaz xanım, hansı dərsə Ramizin meyli çoxdur?

– Elə hamısına! Dərs var ki, o bilməsin? Kitab var ki, oxumasın?

Müəllimlər heyrandır ki, aya, bu yaşda belə baş!.. Belə lap özgə cürdür, allah hamınınkını saxlasın...


Vaqona əyləşəndə adamları zəfəran iyi vurdu. Zəfəran iyi gəlirdi, amma birtəhər gəlirdi. Deyəsən bu zəfəran ya qaynanmış, ya qovrulmuş, ya da yağ içinə qoyulmuşdu. Sərnişinlər soruşurdular:

– Bu nə ətir ola, yoldaş konduktor?

– Mənim də burnuma dəyir.

– Yoxsa vaqon-restorandan gəlir bu?

– Xeyr, vaqon-restoranda belə şey yoxdur

Konduktor vaqonun o biri başına yaxınlaşanda, zəfəran iyinin daha da tündləşdiyini duyanda düşündü ki, bu təzə müsafirin, oxumağa gedən tələbənin kupesindən gəlir. Ötəndə gözucu nəzər saldı. Pəncərə qabağında baş-başa verən, konyak stəkanlarını çaqqıldadan iki gəncin zəfəran-plov yediyini görüb, tez ötdü. Çalışdı ki, gənclər onun nəzər yetirdiyini görüb, narahat olmasınlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 мин
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 мин
Titrək bir səs

Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.

19442 мин
Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

19444 мин

Стихи других поэтов