Содержание
  1. 1
  2. 2
  3. 3

Страница 3 из 3 · 67%

– İnanmamağa nə əsas var?

Ərknaz xanım səsini ucaltdı və qətiyyətlə dedi:

– Böhtandır, iftiradır, paxıllıqdır!

– Tələbələrə nə düşüb sənin oğluna böhtan deyələr?

– Buradakıların işidir! Uşaq hələ təzəcə dərsə gedib, qoysalar bir yerini rahatlasın, qoysalar bir nəfəs alsın! Nə qaçhaqaçdır, nə olub bəyəm? Hələ Ramizin qabaqda beş il vaxtı var!

– Beş ilə baxmır, hər semestrdə dərsini yoxlayırlar.

– Yoxlasınlar da. Bəyəm bir bizimkidir. Elələri var illərlə orada ilişib qalıb. Odur, İbiş altı ildir oradadır, hələ də möhlət alıb, heç onun anası belə kağız almır. Ramizi nə gördü gözləri bunların, canım!

Namazov Ərknaz xanımın hirsləndiyini, təbdən çıxdığını görüb susdu, o biri otağa keçdi. Ərknaz xanım isə dəstəyi götürüb, oğlunu telefona çağırdı.

Kişi Ərknaz xanımdan xəlvət oğluna bir nəsihət məktubu yazdı, institutdan gələn xəbərlərin hamısını bildirdi və təkid etdi ki, dərslərinə yaxşı fikir versin, vaxtını hədər keçirməsin, oraya oxumağa gedib...

Ərknaz xanım isə şəkərbura, paxla-plov tədarükü görüb, yaxın günlərdə Moskvaya getməyə hazırlaşırdı.

3

Vaxt gözləmir deyirlər, heç kəsi, heç yerdə və heç nə üçün gözləmir, zaman əvvəli, axırı görünməyən güclü bir sel kimi heç nə ilə hesablaşmadan axıb gedir.

Vaxt gəlib çatdı, semestrə yekun vuran yoxlama və imtahanlar cədvəli institutun divarlarından asıldı. Tələbə də, müəllim də işlərini bu cədvələ uyğunlaşdırmağa səy etdi.

Ərknaz xanım aerodromda yumşaq minik təyyarəsindən düşüb, oğluna gətirdiyi sovqatları sevinclə taksi maşınına yığanda Ramiz 21-ci auditoriyada yer quruluşu fənnindən yoxlama imtahanı verirdi. O, yazı taxtasının qarşısında, əlində tabaşir donub qalmışdı.

Çeşməkli professor İvanov əlində qələm Ramizin üzünə mənalı-mənalı baxırdı:

– Bəs niyə belə?

– ...

– Bəlkə hazırlaşmamısan?

– Xeyr, professor, bilirəm, soruşun!

Professor İvanov fənnin lap əlifbası sayılan suallardan birini də, ikisini də təkrar etdi. Ramiz gözlərini döyməkdə davam etdi. Professora yəqin oldu ki, bu tələbə nə orta məktəbdən hazır gəlib, nə də institutda dərslərə hazırlaşıb.

– Heç gözləməzdim! Uzaq yerdən gəlmisiniz, siz gərək...

Ərknaz xanım oğlunun imtahana getdiyini eşidəndə ildırım kimi özünü instituta saldı. Ramiz anası ilə dilucu görüşüb, qulağına pıçıldadı:

– Odur ey, gedir, o qoca professor məni kəsib, hələ vərəqəni təhvil verməyib, gör nə eləyirsən, ay ana! Başına dönüm, qurbanın olum!

Ramiz bu yalvarış sözlərini professora da demişdi, ancaq bir nəticə görməmişdi: "Başına dönüm, qurbanın olum!.." Yenə ümidini kəsmir, anasının əncam çəkəcəyini zənn edirdi.

Ərknaz xanım professor İvanovu qapı ağzında haqladı:

– Yoldaş professor, bir dəqiqə!

İvanov başı ilə ehtiram işarəsi verdi:

– Buyurun, xanım, buyurun!

Ərknaz xanım bir qədər kənara çəkildi. İvanov da yaxına gəlib dayandı.

– Mən sizi eşitməyə hazıram.

Ərknaz xanım İvanovun əlindəki portfelə baxdı:

– Verin mən saxlayım, sizə zəhmət olar!

Bu söz professora təəccüb gəlsə də, mülayim cavab verdi:

– Eybi yoxdur, siz sözünüzü deyin, eşidirəm!

– Bəlkə bu otaqların birində yer tapıb əyləşdiniz. Sizə ayaq üstə

zəhmət olar.

Professor yaxındakı otağa tərəf getməyi Ərknaz xanıma işarə etdi. Ərknaz xanıma yer göstərdi, sonra da özü oturdu. Burada söhbətə mane ola bilən bir kəs yox idi. Dib tərəfdə bir qız oturub nəsə siyahı tutur, hərdən telefonla danışırdı. Ərknaz xanım alçaq səs və xahiş ədası ilə İvanova belə müraciət etdi:

– Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir alim ilə tanış oldum. Əlbəttə ki, bunlar bizləri çox başı ucalıqdır...

İvanov onun bu istiqamətdə danışmağına yol verməmək üçün qolundakı saata baxıb dedi:

– Buyurun, mənə aid sözünüzü buyurun, xahiş edirəm, buyurun!

Ərknaz xanım mətləbə keçdi:

– Yoldaş professor İvanov, Sizin tələbəniz Ramizin atası məsul işçidir. Vaxtı yoxdur. Çox mühüm tapşırıqlar ilə məşğuldur. Gələ bilmədi, xahiş etdi ki, sizə çox-çox salam-dua yetirəm...

Professor bu sözlərə də bir cavab tapmaqda çətinlik çəkən kimi susurdu. Saata baxdı, təkrar soruşdu:

– Rica edirəm, buyurun görüm mənə aid qulluq...

Ərknaz xanım davam etdi:

– Oğlum Ramizin sizin dərsdən yaxşı qiymət almamağını eşidib, mən özüm gəlmişəm...

Professor tələbənin qrupunu, sinfini, familiyasını soruşdu, xatırladı: Hə! O mənim dərsimdən zəifdir.

– Atası məsul işçidir...

– Məsul, ya qeyri-məsul, xanım, bizə tələbə lazımdır, oxuyan

tələbə!

– Orası düzdür, yoldaş professor, indi bu uşağın işinə bir əncam

çəkmək lazımdır.

Professor başı ilə təsdiq etdi:

– Əlbəttə ki, əlbəttə ki, lazımdır, bu vəziyyətdə qoymaq olmaz.

Əlbəttə ki, əncam çəkmək vacibdir!

Ərknaz xanımın gözləri parıldadı, ürəyi yerinə gəldi: "Düzələcək".

– Çox sağ olun, çox var olun, bir təhər düzəldin!

İvanov bir qədər fikirli kimi başını aşağı saldı. Çeşməyini çıxartdı, təzədən gözünə taxdı:

– Məncə, Ramizin işini orada, yaşadığınız şəhərdə daha tez və yaxşı düzəldə bilərsiniz.

Ərknaz xanımın sifəti ciddiləşdi, gözləri böyüdü:

– Necə?

– Necəsi budur ki, onuncu sinfə qaytarmaq, müəllimlərdən xahiş etmək olar ki, ciddi tələbkarlıqla oxutsunlar, proqramı kamil öyrətsinlər. Özünüzün də gözünüz üstündə olar. Kontrol lazımdır hər gün, hər saat...

Elə bil Ərknaz xanımın qabarıq sinəsindən iti bir ox vurdular. Ürəyində professora qarğış tökdü: "Ay səni görüm "onuncu sinif' deyən dilin qurusun!"

İçini çəkdi, rəngi dəyişdi, oturduğu yerdən dik qalxdı, hirslə, bir az, da ucadan dedi:

– Bəs geriyə qayıtmaq, ay professor, tələbənin, belə igid bir oğlanın qeyrətinə toxunmazmı! İnsaf harda qaldı?

Professor İvanov çiyinlərini çəkdi, bir söz demədi. Qeyrət məsələsindən demək istəyirdi, ancaq demədi. Qarşısəndakı qadın olduğu üçün, ana olduğu üçün demədi, o demək istəyirdi ki: "Qeyrəti olan tələbəyə əlbəttə ki, toxunar. Amma qeyrəti olan tələbə heç bu hala düşməz! Burası da var axı, qızım!.."

Bu dəqiqə İbiş mənzildə süfrə tədarük edir, təzə gəlmiş plov qazanını ocaq üstünə qoyurdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 мин
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 мин
Titrək bir səs

Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.

19442 мин
Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

19444 мин

Стихи других поэтов