Страница 2 из 2 · 50%

– İstəmirsiniz, - dedi, - aparım.

İlyas pərt oldu:

– Bu sənin pulun, acizanə rica edirəm, yoldaş, hələlik açmayasan, yerin yiyəsi gələndə çağıraram açarsan, başa düşdün?

Konduktor çıxıb getdi. Dostunun gecikməyindən İlyas lap darıxdı. "Yəqin, - dedi, - O, bizim poyezdin yerini yanılıb. Bəlkə xamdır, dal poyezdlərdən birinə çıxıb məni axtarır." Bu fikir başına gələn kimi İlyas düşdü, yolları hoppana-hoppana dal vaqonları gəzməyə getdi. Aləmi bir-birinə vurdu. Vaqonlara girib itikli adamlar kimi hamını bir-bir nəzərdən keçirdi. Dostunu və tbilisili qızını tapa bilmədi. Vaqonlardakı gözəl-gözəl qızları gördükcə, musiqi kimi xoş səslərini eşitdikcə, onlarla şirin-şirin söhbət eləyən, deyib-gülən, onlara gül verən gəncləri gördükcə paxıllığı tuturdu, ürəyi tələsirdi. Xoşuna gələnləri dostunun baldızına oxşadırdı. Amma, nədənsə, xəyalında onu, hələ görmədiyi, tanımadığı tbilisili qızı gördüklərinin hamısından gözəl və munis bilirdi. Ona elə gəlirdi ki, qız ilə tanış olub qabaq-qabağa oturan kimi, onunla Azərbaycan dilində kəlmə verib, kəlmə alan kimi bütün vaqondakılar, hətta bu təntənəli xanımlarla vaxt keçirən oğlanların ağzı açıla qalacaq, hamısı həsrət çəkəcəklər.

Poyezdin tərpənməyinə üç dəqiqə qalanda, İlyas dostunu tapa bilmədiyindən məyus halda vaqona çıxdı. Kupesinin qapısında çox adam durduğunu görüb yüyürdü. Qapıdan içəri boylananlara baxanda yəqin elədi ki, qız gəlmişdir, vaqondakılar da, hərə bir şey bəhanə edib, qıza baxmaq üçün kupeyə boylanırlar. Onlarm bu cür kulturasız hərəkətlərinə bir qədər əsəbiləşdi də. Adamları birtəhər aralayıb içəri baxanda, dostunun qan-tər içində nərdivan pilləsində dayandığım, çamadanları yerbəyer elədiyini gördü, şadlığından ürəyi döyündü, güclə deyə bildi:

– Ay Kamil, bəs hardasan sən?

Kamil gülümsəyib cavab verdi:

– İçəri keç, baldızım səni axtarır. Gəl tanış olun!

Kamilin sözünə, qapıdakı adamlar ara verdilər. İlyas kupeyə gi- 477 rəndə qoca, arıq, kaftar bir qarının söykənib oturduğunu gördü. Dostunun baldızını, o tbilisili qızı görmək üçün sağa-sola çevrikdi, yuxarıya baxdı. Kamil qarını göstərib dedi:

– Tanış ol, baldızım ilə tanış ol!

İlyas qurudu qaldı. İstər-istəməz əlini qabıq kimi nazik, soyuq, quru bir ələ toxundurdu. İlyas gülünc bir heyrət, qəribə bir dolaşıqlıq içində çaşıb donmuşdu. Kamil sanki onun gəlməyini gözləyirmiş, dəsmalı ilə alnının tərini sildi, "di xudafiz" deyə, görüşüb getmək istədi.

İlyas dedi:

– Bəs sənin kiçik baldızın, deyirdin tapşırmaq...

Kamil İlyasın nə demək istədiyini gözəlcə anlayırdı, ona görə cümləsini bitirməyə qoymadı.

– Yox, kiçik baldızım öz yanımda qalır. Ancaq bunu sənə tapşırıram, arxayın oluram. Hələlik, yaxşı yol...

Kamil çıxanda İlyas hiss elədi ki, konduktor qapıda ona müntəzirdir. Konduktor İlyasın başı açıldığını görən kimi üst yerdəki yatacağa işarə edib soruşdu:

– Açımmı?

Onun sualına qarı da başını qaldırıb yatacağa baxdı. İlyas hirsindən dolmuş gözləri ilə bir qarıya, bir yatacağa, bir özünə baxdı, bir də konduktora baxdı. Danışmağa dili gəlmədi. Gözü ilə konduktora işarə elədi və əlini tovladı.

– Aç!

Poyezd çoxdan yollanmışdı. Hər kəs öz yerinə çəkilmişdi. Beşinci kupedə bir qarı, bir də İlyas qalmışdı.

İlyas ha çalışırdı ki, boşa çıxan ümidlərinin xarabalığına baxmasın, olmurdu. Balaca bir kupedə bu mümkün deyildi. Qarı pis əməl kimi İlyasın gözünə soxulurdu. İlyas dünyada belə bir ifritə kimi də baldız olacağını əvvəlcədən düşünə bilmədiyinə heyifsiləndi. İndi anladı ki, dostu nə üçün baldızını tapşırmağa adam tapmırmış. Cəhənnəmə olsun, çətini poyezdə oturana qədərdi. Burada mənə əziyyəti dəyməz. Bakıya düşəndə də birtəhər yayınıb başımdan rədd eləyərəm.

İlyas pəncərədən baxa-baxa fikirləşirdi, qan yastığına dirsəklənib həmsöhbət axtarırdı. Neçə dəfə İlyasa söz atdı: "Bu hansı vağzaldır?", "Deyəsən, yağış var", "Siz çoxdanmı Bakıdasınız?.." İlyas onun suallarını eşitmirdi, eşitsə də cavab vermirdi, bəzən də üzünü pəncərəyə tutub könülsüz bir "yox", ya "hə" deyirdi.

Birdən İlyasın ətəyini çəkdilər. Dönəndə qarının əsəbi üzünü, titrəyən dodaqlarını gördü.

– Sizə deyirəm bir dəqiqə məni tək buraxın, soyunum, sonra gələrsiniz! Soyunuram!

İlyas başını aşağı saldı, kupedən çıxdı.

Poyezd təmiz havada, səhər günəşinin ilk şüalarını kəsib ötəndə vaqonlarda həyat qaynayırdı. Kimi geyinib pəncərə qabağında durur, kimi vaqon-restoran arzulayır, kimi öz kupesində çay-çörək hazırlayıb qəlyanaltı eləyirdi. Bufetin satıcıları səbət dolusu bulki, pirojna, şəkərçörəyi, konfet, kürü, limon gətirirdilər.

İlyas da oyandı, gözünün ucu ilə baxanda qarının geyinib oturduğunu gördü, o da qalxdı.

Qarı çamadandan balaca, göy çaynik çıxarıb dedi:

– Çay içməsəm başım gicəllənər, ürəyim gedər. Çox pis öyrənmişəm, ay oğul. Gör bu çayniki vağzalda dağ su ilə doldura bilərsənmi?

İlyasın acığı tutdu, cavab vermədən eşiyə çıxdı. Xəyalında deyirdi: "Bəli də, xeyriniz olsun. Xalq mələk kimi qızlarla məzə versin, məzə alsın, biz də qarı nənəyə su daşıyaq... Bircə onu görə bilməyəcəksən, ay kaftar..."

İlyas bu fikirdə vaqonun perronunda pəncərə qabağmda söhbətə qızışan adamların içində qəsdən vaxt yubadırdı ki, poyezd vağzala çatanda yaxası qarının əlinə keçməsin.

Poyezd böyük vağzalda dayananda İlyas vaqonların birindən göz yetirirdi. Qarının göy çaynikini heç kəsin əlində görmədi. Poyezd yollanandan sonra öz yerinə gəldi, yetirən kimi çəkmələrini soyunub uzanmaq istədi. Qarı oturmuşdu. Göy çaynik də piştaxtanın qabağında idi. İlyas qarmın hələ də çaysız olduğunu bildi, lakin əhəmiyyət vermədi.

Qarı birdən İlyasdan soruşdu:

– Nədəndir, bəzi kişilər vicdansız olur?

İlyasa elə gəlirdi ki, qarı öz yeznəsindən, onu özgələrə qoşub uzaq yola səfərə göndərməsindən narazıdır, onun sözünə qüvvət vermək istəyirdi.

– Sizin yeznə kimilərimi?

– Yox, sizin özünüz kimiləri.

İlyas qulaqlarına inanmadı:

– Mənə deyirsiniz?

– Bəli, sən vicdansıza!

İlyas qızardı, nə deyəcəyini kəsdirə bilmədi:

– Başına hava gəlib nədi, ay arvad!

– Hava sənin başındadır ki, çalmağa sim tapmırsan. Bir stəkan su gətirmək nədir ki, onu mənə gətirmədin?..

İlyas hirsləndi, qarını söymək, ağzına gələni demək istədi. Ancaq qarının qışqırıb ucadan danışmasından, qapıda, pəncərədə dayananları buraya yığmasından qorxurdu. Acıqlı, lakin ahəstə dedi:

– Sən bəlkə dalına minməyə də adam axtarırsan. Düz-əməlli olsan, yeznən səni mənə tapşırmazdı.

İlyas bunu dediyini gördü. Qaı ı bir "vayy" deyib qışqırdı, üzü üstə yıxıldı.

Qışqırtıya camaat töküldü. Bir qızıl əsgər qarını huşsuz yıxılmış görüb qolundan tutdu, nəbzinə baxdı, su istədi.

İlyasın rəngi qaçmışdı. Qarının bir əngəl açacağından, onun boynuna bir böhtan atacağından qorxurdu. Əsgər onun özünü itirdiyini görüb acıqlandı:

– Niyə donmusan, a yoldaş, yapışsana arvadı arxası üstə çevirək. İlyas tez qarının sol qolundan tutdu, onu arxası üstə çevirdilər. İlyas qarıdan nə qədər uzaq durmaq istəyirdisə mümkün olmurdu, adamlar onu İlyasa ana bilirdilər, deyirdilər:

– Əl-qolunu ovxala tez ayılsın! Bərk, elə, tez-tez ovxala, tez-tez! İlyas qalxıb getmək istəyirdi, lakin camaatdan qorxurdu. İstər-istəməz qarının qara, qırışıq dərili arıq əllərini ovurdu.

Handan-hana qarı özünə gəldi, başını qaldırıb oturdu, əli ilə işarə verib su istədi. İlyas qaçıb su gətirdi.

Adamlar qarının ayıldığını görüb dağılışdılar və İlyasa bərk tapşırdılar ki, "muğayat ol, soyuqdan gözlə, tək qoyma, qabaqkı vağzalda həkim çağır..." İlyas yaxasını qırağa çəkə bilmirdi və çəkə də bilməzdi:

– Baş üstə, - deyirdi, - hər nə lazımdır edərəm. Təki yaxşı olsun. İlyas qarıdan soruşdu:

– Bu xəstəlik əvvəllər də sizdə vardımı?

– Əvvəllər heç kəs məni bu qədər təhqir etməyib ki, ürəyim parçalansın.

– Mən sizə nə demişəm.

– Daha nə deyəcəksən? Mənim "düz-əməlli" olmadığımı məhkəmə qarşısında sübut etməsən, səndən əl çəkməyəcəyəm.

İlyas qorxusundan qarını dilə tutmaq istədi.

– Mən o mənada demədim, ay xala, yəni ki, xəstəsən deyirdim.

– Xəstə cənabındır. Məni xəstəliyə salan sənsən. Bu da sənə ucuz başa gəlməyəcək. Yəqin bil ki, arzuladığın və ismətini ayaqlamaq istədiyin bir qız qarşısındakı cinayətin üçün daşıyacağından daha artıq məsuliyyət daşımalı olacaqsan.

İlyasın dil-dodağı qurumuşdu. O, nə tələm-tələsik üzünə verdiyi sığalın, nə boşa çıxan arzularının, nə məhrəbaya verdiyi pulun, nə də yol əziyyətlərinin dərdini çəkirdi. Onu yalnız bir şey rahatsız edirdi: "Necə edim ki, dostumun baldızı məndən razı qalsın? Necə edim ki, adım bu kaftarın dilindən düşsün, məni Bakıda yadına salmasın..."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bacı-qardaş

Şekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!

196313 мин
Az danışmağın faydası

Sədidən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: biədəbdən. Məndən soruşdular ki, az danışmağı kimdən öyrəndin? Dedim: çox danışandan!Doğrudan belədir. Uzunçuların yanında oturub-durmaq məni təngə gətirdi. Mənim Dilan adlı bir yoldaşım var. Çənədən pərgardır. Bir nağıl ki başladı, səni yuxuya verməmiş əl çəkməz. Deyəsən, zalım oğlu elə bil hər səhər bal halvası yeyir. Çənəsi həmişə işləyir. Atası da bezib onun hap-gopundan. Elə olur ki, Dilan danışır, o danışa-danışa sən gedib üzünü yuyub gəlirsən, ya bəlkə də çimib, ya dişini çəkdirib qayıdırsan! Görürsən elə hərif danışır. Dinləyən var, ya yoxdur, Dilan üçün birdir. Özünün də, sözünün də halına təfavüt eləmir. Gəlib görürsən həmin ahəng, həmin mətləb, həmin söz.

19633 мин
Mənim dilmancım

İndi adlar, sözlər tez-tez dəyişir. Bilmirəm niyə. Biz cavan olanda bir şeyin adını öyrənirdik, iş də qurtarıb gedirdi. İndi səhər yerindən qalxıb qapıya çıxırsan, görürsən küçənin, idarənin, parkın adı dəyişib. Bizim uşaq artistdir, səhər-axşam geyinib gedəndə bilirdim ki, teatra, oyuna gedir, dünən görürəm anası deyir:– Nadir getdi festivala!

19633 мин
Düz adam

Hər gün işə gedəndə trolleybusda əyləşib görürsünüz ki, bulvarın ağzından bir adam tələsik gəldi, vaqona daxil olan kimi, göy kağızını çıxarıb camaata göstərdi:– Mənim həmişəlik biletim var!

19632 мин

Стихи других поэтов