Qafqaza məktub
Biz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xabdn-Qol döyüşləri Uzaq Şərq igidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür.
Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.
Həmidov Həmid Göyçayda aqronom idi. Sənəti traktor ilə, torpaq ilə uğraşmaq idi. Buraya gələndən sonra ən yaxşı snayper olmuşdur. Si180 lahı qələmdən yüngül və yaxşı işlədir. Naxçıvanlı müəllim Bəktaşi, tələbə Nadir Əliyev, kirovabadlı şofer Səmədov Məmməd təlim əlaçısıdırlar. Bəktaşini siyasi rəhbər müavini keçirdilər. O, komandanlığın qayğı və etibarına cavab olaraq öz hissələrində siyasi-hərbi hazırlıq uğrunda yarış hərəkatı başladı. Tankçılar dəstəsində ağdamlı Əziz Əzizovu tanımayan yoxdur. Əzizov savadlı, zirək, vəzifəsini bilən oğlandır. Onun şairliyi də var. Gənclik hisslərini misralara salıb yoldaşlarına oxuyar. Bəzən o sevinclərini ailəsinə, Qarabağda qoyub gəldiyi atasına da bildirmək istər. Bir də görürsən, komandir tənəffüs verdi. Əsgərlər keçib yaşıllıqda oturdular. Kimi papiros bükdü, kimi su içməyə, kimi çiçək yığmağa getdi. Əziz də əlində gödək qələm ağac altına çəkildi, bir neçə misra qaraladı. "Qafqaza məktub" adlı şeirində Əziz sənət və incəlik cəhətdən xam olsa da, səmimi vətəndaşlıq duyğularını çoban bayatısı kimi çağırır, kəndlərinə çatdırmaq istəyir:
İstərəm qoyunlar artsın, kökəlsin,
Vətən torpağından bol məhsul gəlsin.
İstərəm dan üzü qalxsın obalar,
Çalışsın hər kəs ki, qolunda güc var.
Sən də yaxşı işlə, ey mənim atam!
O yerlərin eşqi qoymayır yatam.
Hava topçusu Paşayev Səməd, radist Ağamirov, Əzizin duyğularına şərikdir. Onlar təklif edirlər ki, "Qafqaza məktub"a əlavələr olunsun, analara, atalara öz işimizdən də yazılsın.
Eyni tələbi ikinci bir əsgər şair ödəyir. Qonaqov Mövlud qubalıdır, mətbuat işçisidir. O öz təlim müvəffəqiyyətlərindən danışandan sonra, sanki bütün vətən, bütün xalq qarşısında dayanaraq, əsgər andını şeir ilə təkrar edir:
Dahimiz Stalinin sözlərinə and olsun,
Vətənin dağlarına, düzlərinə and olsun.
Ailəmə, xalqıma budur son sözüm mənim:
Əgər namərd çıxarsam, kor olsun gözüm mənim...
Mommədov İdris sərhəd keşiyində durur. Tunc rəngli sifətində kəskin cizgilər vardır. Baxışında, duruşunda gələcəyə etimad, qalib olmaq etiqadı duyulur. Yaşıl təpələrdə, sıx meşələrdə, tayqalardan keçən sərhəd xəttində o, özünü Azərbaycanda, doğma kəndlərində duyur. Onun da anasına, ailəsinə deməli sözü var:
"Mənim adımdan vətənə salam yetirin. Deyin xatircəm olsunlar. Bir aylıq yol gəlmişik, gəzməyə, keyfə gəlməmişik. Silahı öyrənirik. Uzaq Şərq qəhrəmanlarından dərs alırıq. Nə qədər ki canımız sağdır, bu yerlərdən arxayın ola bilərsiniz. Əlimizdə silah gecəli-gündüzlü sərhəd boyunda dayanmaq bizə ləzzət verir. Çünki, biz vətəndaşlarımızın istirahətini qoruyuruq. Yuxusuz qalaraq ailələrimizin rahat yatmasını təmin edirik. Mən sənətimlə fəxr edirəm."
Əhmədov Yarməmməd orduya gələndə bitərəf idi. İndi kommunistdir. Üç qardaşı Qərb cəbhəsində faşistlərlə vuruşur, özü isə Stalin yoldaşın 130 nömrəli əmrini yerinə yetirir, silahı əla öyrənir.
Astaradan gəlmiş Babayev Məlik, tovuzlu Nəbiyev Hümmət, Masallı rayonundan olan Əliyev İsa, zakatalalı Cəlilov İsa da təlim əlaçısıdırlar. Döyüşçülər arasında mayor Ağayevin xüsusi hörməti vardır. Bu, ortaboy, nazik, zirək, həm də təvazökar bir oğlandır. 9-10 yaşlarından hərbi təhsil ilə maraqlanmışdır. İndi Ağayev polk komandiridir. Komandanlıqdan dəfələrlə təşəkkür almışdır. Ağayevə uzaqşərqli demək olar. O, bir neçə ildir burada xidmət edir. Hətta Bakıya, anasına məktub yazıb yanına çağırır. Ağayevin döşündə igidlik medallarından başqa, gözəl bir nişan parlayır. Bu nişanı ayrı yerlərdə çətin görmək olar. Bu, Xasan gölü döyüşlərində igidlik göstərənlərə verilmişdir. Əsgərlər dinc saatlarda mayorun başına toplanır, onun xatirələrini eşitmək istəyirlər. Üzünə baxsan "dünənki uşaqdır" deyərsən. 1912-ci ildə doğulmuşdur. Ancaq ağıl yaşda deyil, başdadır. Ağayev böyük və ibrətli mübarizə məktəbi keçmiş, ağır imtahanlardan çıxmış bir qızıl komandirdir. O nə qədər tələbkar olsa da, əsgərləri o qədər üzüyoladır. Heç biri istəməz ki, Ağayevin əmrindən çıxsın. Onlar bilirlər ki, Ağayev hər bir döyüşçünü qardaş kimi sevir, hər bir döyüşçünü qəhrəmanlığa hazırlayır.
Mikayılov Allahverən 1929-cu ildə Lənkəranın Kələxan kəndində 182 çoban idi. İndi adlı-sanlı bir kapitandır. Divizyon komandiridir. Onun divizyonu polkda ən qabaqcıl divizyondur. Mikayılov da, Ağayev də, hissə komissarı İbrahimov da, bütün komandirlər və siyasi işçilər də döyüşçülərin qayğısı ilə yaşayır, onların müvəffəqiyyəti ilə sevinirlər. Bütün səylərini hər bir əsgərin nümunəvi döyüşçü olmasına sərf edirlər.
Azərbaycan gəncləri hər yerdə igid, istiqanlı olmaları ilə məşhurdur. Onlar şeirsiz, mahnısız yaşaya bilməzlər. Çalıb-çağırmağa adət etmişlər. Uzaq Şərqin azadlıq hissi verən geniş ovlaqları, yaşıl təpələr, saf göylər, daşqın çaylar Azərbaycan mahnısı eşidir. Bəlkə də bütün tarixi boyu birinci dəfə olaraq Vladivostok şəhəri "Çahargah" eşidir. Həssas qəlbin zəngin aləmini təsvir edən xoş havaları dinlədikcə sovet şərqlilərinin birlik, qardaşlıq duyğuları cuşə gəlir. İndi onların çoxu "Çahargah" və şikəstə dinləmək istəyir, qəhrəman Azərbaycan xalqının tarixini öyrənmək, Azərbaycan dilini öyrənmək istəyir. Bu isə Uzaq Şərqdə öz doğma vətənlərini qoruyan Azərbaycan balalarına xoşdur. Onlar öz gündəlik hərbi-siyasi hazırlıq işlərində, gələcək döyüşlərdə öz babalarına - babəklərə, koroğlulara layiq olmaq istəyirlər. Onlar istəyirlər ki, Koroğlu dedikdə Azərbaycan əsgəri xatırlandığı kimi, Azərbaycan əsgəri dedikdə Koroğlu yada düşsün. Əsgərlərdən Qafqaza gələn məktubların qısa məzmunu budur. Minlərlə məktubun xətti, üslubu başqa-başqa olsa da, mənası, məqsədi birdir.
Uzaq Şərq, 1944
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qafqaza-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Möhlətov birtəhər elədi, Allahsızlar İttifaqında kargüzar oldu. Biriki ay ürəklə işlədi. Səhər hamıdan tez gəldi, axşam hamıdan gec getdi. Nə dedilər, "baş üstə" ilə dinməz-söyləməz yerinə yetirdi. Onu işə düzəldən dostu da döşünə döyüb sədrin yanında öyünürdü:– Mən belə işçi taparam!
Kimya tələsirYay səhərinin xəfif, sərin küləyi tük süpürgə kimi, həyətə çəkilirdi. Balkonun qabağında yatışanlar şirin yuxuda idi.Sol tərəfdəki ağ, bəzəkli uşaq çarpayısının toru cırıldadı, üstündəki liftik adyal tərpəndi, səkkizyaşlı Kimya dik qalxıb oturdu. Əvvəlcə üzünə tökülən saçlarını kənar elədi, gözlərini silib həyətə, işıqlanan üfüqə baxdı, sonra yerindən sıçrayıb anasını oyatdı.
Mənim parlamentimÖzümü ideya aləmində, mənəvi həyatda duyuram. Yazdır, saf, sakit, sərin və xoş bir səhər açılır. Üfüqlərdən gənclik, sevinc, mahnı və səadət yağır. Adama elə gəlir ki, varlıq bundan ibarətdir. Gecələr, köhnə dünyanın zülmət deyilən qaranlıqları, fəlakət, işgəncələr sanki heç yoxmuş. Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən... Kirov parkının təmiz, geniş xiyabanları, əlvan çiçəklikləri, daş pilləkənlərin başında əyləşən tamaşa salonları, oyun, sport meydançaları, uşaq stadionları səhərin qızıl şəfəqləri altında daş-qaşa tutulmuş saraya bənzəyir. Sanki hər şey, kainatın bütün gözəllikləri, zənginlikləri, öz tükənməz qucağını açmış, dünyanı yaradan insanları, əmək qəhrəmanlarını, hər gün burada əylənən və dincələn minlərlə şən oğlan və qızları gözləyir. Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Danüzü, səhərin bu oğlan vaxtında parkın bu sakitlik, səssizliyində sulara, sonalara, səhər şüalarına vurulan kim ola?Onların içində qoca da var, gənc də, kişi də, qadın da. Kimi saqqal lıdır, kiminin əlində əsası, kiminin qoltuğunda kitab, kimi gül iyləyir, kimi tamaşa eləyir. Bu müxtəlif boylu, müxtəlif geyimli, müxtəlif yaşlı adamların üzündə də, şəfəqlərdən əks olunmuş kimi, bir işıq, bir mənalı şadlıq, bir sevinc, bir məğrurluq vardır.
QonaqpərəstƏn yaxşı müalicə xəstələnməməyə çalışmaqdır.Həkim hekayələri, bir müddət həkimlik etdikdən sonra sənətindən əl çəkən bir tanışımın xatirələrindəndir. Burada xoşagələn nə varsa, o kişininkidir. Ancaq əl zəhməti ədibindir. Yazının yaraşıqsızhğı üçün ədibi töhmətləndirmək.lazımdır.
Стихи других поэтов
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Cân toludur lebleründe zî-hadîs-i muhtasarCân toludur lebleründe zî-hadîs-i muhtasarDahi söz diyimezüz ki külli şirbin muhtadar
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,