Sülhə xidmət – vətənə xidmətdir.

Vətənə xidmət – sülhə xidmətdir.

Təzəşəhər klubunun pəncərəsini içəridən tıqqıldatdılar. Ancaq şofer eşitmədi. Pəncərənin bir tayı tez açıldı. Yəhya başını çölə uzadıb çağırdı:

– Salman əmi, Salman əmi!

Maşın dayandı. Salman kişi düşüb qapıya tərəf yönələndə, gördü ki, klub camaatla doludur. O, yığıncağa gecikdiyini duyub tələsik yeridi.

Salmanın briqadası indi Təzəşəhərdə dördmərtəbəli böyük mənzil korpusunun qabaq divarlarını, sütunlu qapı və eyvanlarını tikib qaldırmaqda idi. Bu, binanın ən gözədəyən yeri idi. Bu, təkcə binaya yox, bütün məhəlləyə və böyük, geniş küçəyə sifət və yaraşıq verirdi. Uzaqdan, lap dəmiryoldan seçilən bu evlərin üzü, səliqəli kvadrat eyvanları, işıqlı pəncərələri şərqə – Günəşə baxırdı. Yüzlərlə ailə bu sütunlu pilləkənlərdən keçib təzə mənzillərinə gedəcək, minlərlə qonaqlar, qatar-qatar ötən müsafirlər buraya tamaşa edəcəklər. Ona görə də həm mühəndislər, həm bənnalar buraya artıq diqqət yetirirlər.

İki gün əvvəl mədəndən gələn daşın bir hissəsini Salman kişi ayırıb kənara qoydu, qəbul etmədi. Ağabalaya təkidlə tapşırdı ki: "Alabəzək daş gətirmə, mənim karıma gəlməz, süd kimi ağ daşlar seçmək lazımdır!"

O, nə şofer, nə də texniki təchizat nümayəndəsinə arxayın oldu. İstirahət günü səhər tezdən yük maşınına oturub Qaradağa, daş karxanasına getdi. Maşın ağzından çıxan daşları seçib işarə etdi. Ağabalaya tapşırıb trestə qayıtdı.

Bu həmin günlər idi ki, təcavüzkar amerikan imperialistləri dişinə qədər silahlanıb Koreya sahillərinə tökülmüşdülər. Dollar hərislərinin vəhşi tədbirlərinə qarşı sovet xalqı kəskin etiraz, nifrət səsini ucaldırdı. Bu həmin günlər idi ki, dünyanın hər yerində atom silahını işlədənlərin "müharibə canisi" adlandırılması haqqında Sülhü Müdafiə Komitəsinin bəyannaməsinə milyonlarla adamlar imza edirdilər.

İnşaatçıların bugünkü yığıncağı da həmin məsələ üçün çağırılmışdı. Fəhlələr, mühəndislər, texniklər həyəcanla danışıb müharibə qızışdıranlara lənət yağdırırdılar. Tribunada bir-birini əvəz edən natiqlər sovet sülh siyasətinə səs verib bəyannaməni imza edir və üzərlərinə yeni-yeni öhdəliklər götürürdülər.

Partkom katibi sözü tikinti ustası Salman kişiyə verəndə, bütün zal sükut içində idi. Adamların gözü ömrünün az qala yarım əsrini tikintidə, daş yonmaqda keçirən qocaman bənnaya dikilmişdi. Salman kişi adı çəkilən kimi, yaşına yaraşmayan yeyin və iri addımlarla tribunaya qalxıb çeşməyini gözünə taxdı, əlindəki bloknot vərəqinə baxdı, başını qaldırdı, bir qartal baxışı ilə zaldakıları süzdü, əməkdə bərkimiş əllərini kürsünün kənarına söykədi, heykəl kimi dayandı, səsində aşkar seçilən bir həyəcanla danışdı:

– Yoldaşlar, mənim peşəm tikməkdir. Mən ev tikənəm. Ev tikməyin ən böyük düşməni ev yıxanlardır.

Salman kişi səsini get-gedə ucaldırdı. Sonra əllərini göyə qaldırdı. Bütün dünyada hamının istədiyi, həmişə arzu etdiyi bir sözü təkidlə üç dəfə təkrar etdi:

– Sülh, sülh, yenə də sülh! Mənim briqadamda bəyannaməyə qol çəkməyən yoxdur. Biz sülh işinə yeni əmək rəşadəti ilə xidmət etməyi qərara almışıq. Yoldaşlarımla məsləhətləşmişəm. Günü bu axşamdan sülh növbəsinə gedəcəyik! Çünki, zəmidən yığılan hər artıq sünbül düşmənə vurulan süngüdürsə, çıxarılan hər litr neft müharibə hərislərinə bir zərbədirsə, hər tikilən yeni mənzil sülh düşmənlərinə atılan bir bombadır. Bu zərbələrin sayını artırmaq gərək. Hər kəs öz işi başında: sən – mədəndə, o – tarlada, mən – inşaatda və habelə!..

Salman kişi evə qayıdanda nəvəsi – üçyaşlı Aqil onu pilləkən ağzında qarşıladı. Uşaq, babasının gəlişini onun zəng vurmağından, addım səslərindən, ya asta öskürməsindən duyar, qabağına qaçardı. Babasının əlində gördüyü kağıza bükülü şeyləri alıb evdəkilərə təqdim etməyə tələsərdi. Bu gün isə Aqil babasını şikayətlə qarşıladı:

– Baba, nənəm məni qoymadı yazam!

– Nə yazacaqsan, bala.

– Özü yazdı, məni qoymadı!

Salman kişi uşağın şikayətinə baxmaq istədi:

– Ay Məsmə, – dedi, – özün yazırsan, niyə qoymursan uşaq da yazsın.

Məsmə gülümsəyərək uşağın xahişini izah etdi və dedi:

– Mən yox, xalalar qoymadı. Ay Aqil, qələm mənim idi, yoxsa xalanın.

Sanki, nənəsinin sözü Aqilin yadına daha yeni bir şey saldı. O, babasının ətəyindən sallanıb əlavə etdi:

– Xala da qoymadı. Portfeli var ha, o qoymadı! Qələm vermədi!

Salman kişi nəvəsinin mətləbini başa düşdü. O gün evlər müdiri evdar qadınların yığıncağını çağırmışdı, bəyannaməni imzalayırdılar. Aqil həyətdə, nənəsinin yanında idi. “Hamı yazan kağıza" o da yazmaq istəyirdi.

Nəvəsinin bu arzusu Salman kişiyə xoş gəldi! Onu qucaqlayıb göyə qaldırdı, öpdü və:

– Oğlum, – dedi – sən böyüyəndə, boya-başa çatanda o qədər yazacaqsan, qol çəkəcəksən ki... Gələcək, böyük gələcək sizi gözləyir!

Salman bunu deyib nəvəsinin üzünə baxdı. Onun gül kimi zərif uşaq simasında oğlunu, Bəndalını gördü. Bəndalı ordu sıralarında idi. O, Vətənimizin şərq sərhədlərində keşik çəkirdi. Hər həftə məktubu, te leqramı gəlirdi. Hər dəfə Aqili bir dil ilə dindirirdi.

Babanın sözü Aqili təmin etmədi:

– Mən böyümüşəm də!

– Yenə böyüyəcəksən.

– Lap sizin kimi.

– Bizdən də böyük!

– Haçan böyüyəcəyəm.

– Lap tez böyüyəcəksən.

Salman kişi bunu deyib, mənalı nəzərilə nəvəsinə — o iri və qaragözlü, girdəsifət uşağın gülərüzünə baxırdı; baxdıqca da doymaq bilmirdi. Deyəsən, hər gün gözü qabağında fərəh və nəvazişlə böyüyən uşaq deyilmiş. Deyəsən, onu ilk dəfə görürdü. Bəlkə də hər baxışda onda yerə-göyə sığmayan, bir an sakit olmayan o zirək, şirindilli uşaqda yeni-yeni xasiyyətlər görürdü. Salman kişinin bu sevincli və iftixarlı baxışlarında dərin bir məna var idi. O, ürəyini dolduran odlu hissləri, zehnini məşğul edən mənanı deməyə hazır idi, ancaq bilirdi ki, Aqil bu söhbətlər üçün körpədir.

Ailə süfrə başında oturanda, Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Burada da şikayətini unutmamışdı:

– Baba, – dedi, – xaladan o kağızı al, mən də yazım!

Salman kişi ona çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi.

Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Daş və sement hazırlanmışdı. Bəhram ustasına salam verib dedi:

– Salman əmi, biz dura-dura sizin axşam işinə gəlməyiniz nə lazım!

Qoca usta yenə qüdrəti tükənməz əllərini qaldırıb:

– Mənim qolumda güc var! – dedi. O, yumruqlarını düyüb əlavə etdi. – Buna güvənib qol çəkmişəm. Öhdəlik götürmüşəm. Mən işləyəndə cavanlaşıram. Hər ev təhvil veriləndə, ailələr təzə mənzilə köçəndə, elə bilirəm, balalarıma toy edirəm. Bizim işimizin mənası belədir.

Salman kişi bunu deyib pencəyini soyundu. Divar üstünə qalxdı.

Bəhram makaralarla dama çıxarılan daşı ustasına verir, sement tökürdü. Salman kişi tikirdi. Özünün seçdiyi ağ daş ilə işləmək, həm də sülh adma işləmək qocanın əzminə qüvvət verirdi.

Azadlıq və səadətin dayağı olan Moskvada sülh tərəfdarlarının İkinci Ümumittifaq konfransı çağırılanda Salman kişinin briqadası mənzil inşaatı işini başa çatdırıb təhvil vermişdi. Təhvil komissiyasının sədri arxitektor Haşımov qoca bənnanın işindəki sürətə, keyfiyyətə yüksək qiymət verdi və onu təbrik edib dedi:

– Siz çox ailələrə yeni mənzil verdiniz, müharibə qızışdıranlara isə yeni bir zərbə vurdunuz.

Salman kişi həmişəki ürək rahatlığı ilə arxitektora təşəkkür edib:

– Borcumuzdur! – dedi.

Briqada üzvləri ustanın sözünə qüvvət verdilər:

– Biz sülh yolunda yaradan əllərimizlə axıracan varıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Analar yarışı

Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

19335 мин
Qüdrət nümayişi

– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:

5 мин
Xalqın ürək sözü

Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.

194115 мин
İsrafil

Qızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:

194226 мин

Стихи других поэтов