Oturmuşdum bir gün bəxtdən gileyli,Gözümdə, könlümdə şikayət meyli.Birdən dilə gəlib söylədi bəxtim:– Başına şerdən incilər taxdım,Sənə qanad verdim saf xəyallardan,Xətersiz keçirdim çətin yollardan,Sənə ağıl, şüur, düşüncə verdim,Bütün xəyalları çox incə verdim.Duydun mənasını bütün varlığın,Kədərin, sevincin, bəxtiyarlığın.Xətrin əziz oldu, sevdin, sevildin,Analıq hissinin zövqünü bildin.Günəş işığıyla qarışdı qanın,İnsana, torpağa bağlandı canın,Oldun şair qızı Azərbaycanın.Bütün ürəklərin döyüntüsünü,Bütün nəğmələrin pünhan səsiniEşidib, yaşatdın sən öz sinəndə,Səni zəngin etdi sevinc də, qəm də.Dünyanın ən böyük varı, sərvəti,Qoca təbiətin ilk məhəbbəti,Səndədir, ey qafil!Bəxtdən gileyli!Sənə nə yaraşır şikayət meyli?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе