Kədərli şairlik yolunu seçdim
Bir təpə üstündə evimiz vardı,Baharda dövrəsi çiçək olardı.Çiçəklər içində bir yaz günündə,Təkcə oturmuşdum evin önündə.
Yaz yeni girmişdi, səhər günəşiÇəmənlər üstünə şeh ələyirdi,Sanki qulağımda bütün təbiətİlahi nəğmələr bəstələyirdi...Mən onda uşaqdım, nadinc, balaca,Otlar qalxmışdı boyumdan uca,Torpaq elə isti, elə yumşaqdı,Sanki mənim kimi o da uşaqdı.Ot təzə, çiçəklər ləpir-ləpirdi,Günəş məst torpağı öpür-öpürdü,O da mənim kimi xəyalpərəstdi,Mən ondan, o isə günəşdən məstdi.O bahar sübhündə, o gözəl gündə,O isti torpağa qoydum üzümü,Mavi sübh göyünə dikdim gözümü.Birdən heç bilmirəm mənə nə oldu,Ətrafım yeddi rəng işıqla doldu...İşıq selə dönüb qəlbimə axdı...Üzümə qanadlı bir mələk baxdı.O, mənə bir kağız, bir qələm verdi,O gündən həm şadlıq, həm də qəm verdi.Orda ilk şerimi deyib, unutdum,O sehirli gündən bu günə qədər,Kədərli şairlik yolunu tutdum.Mən xalq kədərilə elə zənginəm,Qəm xəzinəsidir açarsız sinəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-kederli-sairlik-yolunu-secdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xətib oğlu qəmlərə batmış, oturub intizarlı Məhsətini gözləyir.*Məhsəti içəri girir, Xətib oğlu onun əllərini köksünə basıb soruşur:*
Vı pərdəGeceyarısı, Məhsətinin qapısı camaatla dolub, onunla görüşə gəliblər. Şah adamları əllərində qamçılar camaata hücum edib qışqırırlar:*– Dağılın! Dağılın, camaat! Yoxsa...
Biz od üstündə doğulduqMən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.Lakin milli dərdlərimiz daha böyük olub. Müsavat hökumətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, 20-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edib.
Qanlı YanvarMənə deyirlər ki, ağlama, bəsdi!Necə ağlamayım, millət ağlayır.