Qüdrətimiz, qeyrətimizEy cəbhə qəhrəmanları!

Bir ana fəryadı, ana harayı,Ana məhəbbəti çağırır sizi!

Həcərin, Tomrisin, TütibikəninO kişi qeyrəti çağırır sizi!

Özü gülləsini köksünə sıxanQızların isməti çağırır sizi!

Köksünü tanklara sipər eyləyən,Mərdlərin milləti çağırır sizi!

Bizim Odlar yurdu AzərbaycanınBasılmaz şöhrəti çağırır sizi!

Bir ana fəryadı, ana üsyanı,Şəhidlərin qanı çağırır sizi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине