Mənim azadlığım dumansız səma,Təzə dənə dolmuş tər sünbüllərdir.Mənim səaətim bu el, bu oba,Bir də şəfəq içən körpə güllərdir.

Mənim arzularım min-min gəncliyimHəyat yollarında addım səsidir.Mənim ümidlərim neçə körpəninBeşik-beşik qalxan qəhqəhəsidir.

Mənim hünərim də, mənim gücüm dəBirlikdir, birliyin öz səsiyəm mən.Bu birlik eşqiylə hey zaman-zamanBəxtəvər-bəxtəvər ötəsiyəm mən.

Mənim nəğmələrim ana laylası,Ana nəfəsindən almışdır qida.Şerim müjdə verən qaranquşlartəkYenə qanadlanıb uçur havada...

Mənim dəyanətim Tomris nənəminDüşmənə bac verməz vüqarındandır.Mənim məhəbbətim elin, elatınPozulmaz andından, ilqarındandır.

Bir zərrə varlığam, bir damlayam mənBu dərin dənizdə, coşqun sularda.Sənə minnətdaram, vətən, ay vətən,Yaşasam da harda, olsam da harda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе