Dənizin nəhayətiMənə yaxın görünür.Ləpələr körpəm kimiMənə sarı sürünür.

Mən fikirlər içində,Ləpələr sakit, dilsiz.Dənizin sahili var,Xəyalımsa sahilsiz!..Dənizi coşan, daşan,Dincələn də görürəm.Dənizi gah ağlayan,Gah gülən də görürəm.Yorğun düşmüş quzutəkYatar xumar-xumar o.Titrəşən ləpələrdənSanki laylay umar o.Fəqət ona laylanıMən çalaram anatək.Gözləyərəm göy dənizYatıb, oyananadək.Dincələ bilməyirəmDəniz kimi bir an da.İnsan necə dincələrÜrəyi çağlayanda?Dənizdən dəliqanlı,Dənizdən coşqunam mən.Dincələ bilməyirəmBir elin həsrətindən.Neçə qışdır, bahardırYumulmayır gözüm də.Yox, dəniz ola bilməzMən səbirdə, dözümdə!Mən fikirlər içində,Ləpələr sakit, dilsiz,Dənizin sahili var,Xəyalımsa sahilsiz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе