Nə ola qanadlı ləpələr kimiSəfərim sahilə ani olaydı.Rahatlıq tapaydım körpələr kimi,Dəniz əbədilik nənnim olaydı.

Qapalı Savalanın ayağı altdaHəmişə çağlayan kəhriz olaydım,Arzuma çataydım mən də həyatda,Həsrətsiz günlərlə ekiz olaydım.

Bir yelkən olaydım mavi sularda,Qayığım vüsalla yüklənəydi kaş.Bir haray olaydım dilsiz yollarda,Görüş düşərgəsi olaydı dağ-daş.

Bir tonqal olaydım Səhəndin üstə,Şöləm dilim-dilim qalaydı mənim.Hər şəhərin üstə, hər kəndin üstəYansaydım, olmazdı nisgilim, qəmim.

Həyatda hər şeyin nəhayəti var,Mənim həsrətimin sonu hanı bəs?!Nəfəsim alovlar, atəşlər saçar,Fəqət həsrətimi əridə bilməz.

İstəmirəm daha nağıla dönüm,Həyatda ömrün də vardır sərhədi,Məni gəl qınama, ay ömrüm-günüm,Məni ozan etdi vətənin dərdi.

Bir çinar əkmişdim öz əllərimlə,O məndən ayrıdır, mən ondan ayrı.Nə aylara sığar, nə də ki, iləBu çinar, bu budaq ayrılıqları.

Kaş ki, söykənəydim doğma çinara,Çinarla danışıb dinə biləydim.Kaş durna olaydım, uçsam da haraYenə vətənimə dönə biləydim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке