Təki arada qan olmasın
Sel kükrəsə çaylar daşar,Fəlakət həddini aşar,El-eldən küsər, barışar,Tək arada qan olmasın!
Dayanın siz, ey bədxahlar!Çəkilməsin bunca ahlar.Bağışlanar çox günahlarYel əssin, tufan olmasın!
Qonşusuna “qardaş” deyənXalqa xain çıxdın nədən?Dağılmasın iki vətənTək yurdlar viran olmasın!
Anadır çağıran sizi,Müqəddəsdir ana sözü.Aramızda qan dənizi,Göz yaşı ümman olmasın!
Qoy qılıncın qında qalsın,Dostluq hissi zəfər çalsın,Umu-küsü olur, olsun,Tək şər hökmüran olmasın.
Nədir bu tökülən qanlar,Bu dağılan xanimanlar?Dayanın, ey şər yayanlar!Gənclər pərişan olmasın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-teki-arada-qan-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение