Страница 2 из 3 · 33%

– Çox yaxşı, təklifiniz haqqında düşünürəm. Birdən-birə qərar çıxartmağa çətinlik çəkirəm. Hər halda həyatımızın dözülməzliyinə dair sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir. Danışdıqlarımızın burada qalacağına tamamilə arxayın ola bilərsiniz.

Son cümləni dediyinə çox razı qaldı. Çünki bundan sonra Səlimidə bir arxayınlıq əmələ gəldiyini hiss etdi. O özü isə rahat ola bilmirdi. Yoldaşlarının fikri xəyalından çıxmır, qəlbi həyəcan və iztirabla döyünürdü. Nə isə bir fəlakətin yaxınlaşdığını duyurdu. Odur ki, tez çıxıb getmək lazım idi. Səlimidən üzr istəyib ayağa durdu. Sərtib onu qapıya qədər ötürdü. Yolda Fridun:

– Şəmsiyyə ilə necəsiniz? – deyə soruşdu.

– Onun təbiətən təmizfikirli bir insan olduğunu, atasına çəkmədiyini siz də bilirsiniz. Həqiqəti dərk etməyə qabil bir qızdır. Buna görə də mən hər şeyi açıb ona dedim. O zamandan sakit dolanır. Biz izdivac etmiş olsaq belə, heç bir zaman ər-arvad kimi yaşamayacağıq. Elə-belə, zahirən, görkəm üçün. Zəncirlər qırıldıqda isə hər kəs öz yolu ilə gedər və qismətini tapar.

Fridun əzici bir fikirlə onun əlini sıxıb ayrıldı və maşına oturub: “Tez, şəhərə sür!” dedi.


Kərimxan Azadi işdən gələrək çörək yemiş və adəti üzrə kilimin üstündəki balaca mütəkkəyə söykənərək qəzetlərə baxırdı. Xavər qabları yığışdırıb, yumaqla məşğul idi. Balaca Azad təbiətinə xas bir hay-küylə oynayır, xırda taxta parçalarından ev qayırırdı. Onun bir gözü atasında idi. Yanına getmək, nə isə soruşmaq istədiyi anlaşılırdı. Bunu hiss edən Kərimxan qəzetləri bir kənara atdı.

– Oğlum, bura gəl, yanıma gəl, sənə yaxşı ev qayırım.

Azad taxtalarını yığışdırıb, onun yanına gəldi. Kərimxan ev düzəldə-düzəldə söhbətə başladı: – Oğlum, danış görüm, oxuyub nə olacaqsan?

– Doktor olacağam, ata. Oxuyub doktor olacağam.

Uşaq danışarkən kənardan məhəbbətlə onları seyr edən anasına baxır, onun başı ilə təsdiq etməsini gördükdə daha da ruhlanırdı. Öz növbəsində o da Kərimxandan:

– Ata can, bəs sən niyə doktor deyilsən, hə niyə? – soruşdu.

Xavər sevinclə onu qucaqlayıb öpdü:

– Atanı oxudan olmayıbdır, oğlum, – dedi. – Amma sən oxuyacaqsan. Doktor olacaqsan...

Azad uşaqlara məxsus bir həvəslə yorulmaq bilmədən bir sualın dalınca o biri sualı verir, danışırdı. Artıq Kərimxanın da, Xavərin də gözlərində onun gələcəyi canlanır, onun həyatı və taleyi üçün ürəkləri əsirdi. Şirin sözlər, xoş arzularla uşağı sevindirir, onun hər sualına yaxşı bir cavab verirdilər. Nəhayət, saat doqquza on beş dəqiqə qalmış Xavər onu yatırmağa başladı. Kərimxan da doktorun oğlugilə gedəcəyini xatırlayıb ayağa durdu.

Xavər:

– Tezmi gələcəksən? – deyə soruşdu.

– Lap tez, bircə saatdan sonra evdəyəm.

Bu zaman balacanın səsi eşidildi.

Xavər:

– Bircə gəl bunu öp, sonra get, – deyə Kərimxanı səslədi. Kərimxan gəlib, uşağın balaca əllərindən, alnından, gözlərindən öpdü. Uşaq, səadət dolu gözlərini yumarkən, o evdən çıxdı. Xavər həyət qapısına qədər onu ötürdü. Kərimxan qapıdan çıxarkən:

– Gec gəlsəm yatarsan, qapını döyərəm, – dedi.

– Yox, yatmayacağam. Oturub gözləyəcəyəm. Tez gəl.

– Yaxşı!..

O, çıxmaq istərkən gözləri Xavərin gözlərinə sataşdı. Orada yenə əbədi intizar, əbədi məhəbbət və həyəcanın qığılcımlarını gördü. Qeyri-ixtiyari geri dönərək:

– Yaxşı, tez gələrəm, Xavərim, – dedi və gözlərindən öpdü.

O, Tehranın sakitləşməyə başlayan küçələrindən keçərkən uzun müddət fikri Xavərdən ayrılmadı. Uzun müddət onun məhəbbət dolu gözləri xəyalından çəkilmədi.

Küçənin tinindən sola buruldu. Buradakı “Novbahar” kafesində Məhbusi onu gözləyəcəkdi. Doktorun oğlugilin adresini götürdüyünə baxmayaraq o, Kərimxanla görüşməyi və bir yerdə getməyi xahiş etmişdi. “Birinci dəfədir, tanımıram, bir yerdə getsək yaxşıdır” demişdi.

Kərimxan çayxanaya çatmamış Məhbusi ona tərəf gəldi.

Yaxınlaşdıqda:

– Gecikməmişik ki? – deyə soruşdu.

Kərimxan saatına baxdı, hələ vaxta on dəqiqə qaldığını söylədi. Onlar yolun qırağında durmuş faytonlardan birinə minməyi qərara aldılar. Bütün yol uzunu heç biri bir kəlmə də danışmadı. Kərimxanın xəyalında gah işləri, gah Xavər, gah gələcək günlər dolanırdı. Məhbusi isə darıxır, hər şeyin tez qurtarmasını gözləyirdi.

Adəti üzrə qapını yenə doktorun oğlu açdı. Onlar həyətə girdikdə Kərimxan Məhbusini ona təqdim etdi. Yarıqaranlıq dalanda giləsi belə tərpənməyən qurd gözü kimi bir cüt hərəkətsiz və əsrarəngiz göz doktorun oğlunun xəyalında əbədi olaraq həkk olub qaldı. İki-üç addım yeridikdə o, nədənsə bunu onun özünə dedi:

– Yaman gözləriniz var. Bir də sizi otuz il sonra görsəm gözlərinizdən tanıyaram.

– Görünür, hafizəniz güclüdür.

Bununla söhbət kəsildi. Onlar dəhlizdən keçib doktorun oğlunun otağına girdilər. Kərimxan isə doktorun evdə olduğunu bilib, salam vermək, halını soruşmaq üçün sağ tərəfdəki otağa döndü. Doktor əynində xalat üstü-başı cırıq cavan bir arvadın gözlərinə baxır, kirpiklərini qaldırıb “traxomadır, traxomadır, müalicə lazımdır, belə də özbaşına buraxmaq olarmı, kor olarsınız!” – deyə ürək yanğısı ilə deyinirdi. Doktorun arvadı da əynində xalat gah balaca tacı, gah göz yumaq üçün dolu balonu ona verirdi. Doktor Kərimxanı gördükdə, işindən ayrılmayaraq onun salamını aldı. Xəstənin gözlərini sildiyi pambığı zibil qabına ataraq, dərman tökmək üçün onun göz qapağını qaldırdı:

Kərimxanı çağıraraq:

– Bax, dənələrə bax, – deyə arvadın qan bağlamış gözünü ona göstərdi.

Nəhayət, doktor işini qurtardı. Cavan qadın ayağa durub, pul çıxartdı. Utana-utana doktora uzatdı.

– Allah sənə ömür versin, doktor!

Doktor yavaşca arvadın pul tutan əlini rədd etdi.

– Lazım deyil! Lazım deyil! Yığ, özünə bir köynək al!

Arvad doktorun əlini öpəcək bir hərəkətlə ona əyildi və dua etdi. Doktor ikiəlli onun qollarından tutub saxladı.

– Yenə gələrsən, hər gün gələrsən. Gözlərin pis haldadır, – dedi və Kərimxana döndü:

– Hə, necəsən dostum? Xavər xanımı daha fikir etməyə qoymursan ki?

– Onu fikirdən ayırmaq üçün məmləkətin övzasını dəyişmək lazımdır, doktor!

Doktor güldü:

– Dəyişəcək, əzizim, dəyişəcək. Hər şey dəyişəcək. Lakin tədriclə, yavaş-yavaş.

Təbiətdə də, cəmiyyətdə də təkamül nəzəriyyəsinə qəti iman gətirmiş doktor, bu sözləri tam bir ciddiyyətlə və eyni zamanda Kərimxana ümidverici bir tərzdə söylədi və dərhal bu barədə mübahisə etmək fikrində olmadığını bildirmək üçün söhbətin mövzusunu dəyişdi.

– Niyə oturmursan, oğlan? Buyur, əyləş, doktorun arvadı bir stəkan çay versin içək!

– Sağ olun, doktor. Elə qulluğunuza salam vermək üçün döndük. Doktorun oğluyla işim var. Müsaidə etsəniz gedərəm.

Doktor zarafata saldı:

– Bu cavanları görürsənmi? Biz qocalarla oturmaq istəmirlər. Bizimlə danışmağa mövzu tapmırlar.

Doktorun arvadı gülə-gülə cavab verdi:

– Səninlə nə danışsınlar, bir kəlməni deyib, yarım saat öskürürsən, asqırırsan, sonra o biri kəlməni deyirsən. Onlar cavandırlar. Fikirləri açıq, canları sağlamdır. Qoy getsinlər.

– Get, get, oğlum! – deyib əlini Kərimxanın enli kürəyinə vurdu.

Kərimxan doktorun oğlunun otağına keçdi. Artıq saat onun yarısı idi. Burada doktorun oğlu və Məhbusidən başqa, tütün fabriki və mətbəədən gəlmiş iki işçi və bir də müəllim vardı. Onlar hərəsi müəyyən sahəni idarə edən adamlar idi. Kərimxan, Fridun və Qəhrəmanini görmədikdə sualedici nəzərlə doktorun oğluna baxdı. Doktorun oğlu onu anlayaraq, danışmağa macal vermədi:

– Daha heç kəs gəlməyəcək, – dedi – Başlaya bilərik.

Kərimxan:

– Yaxşı, başlayaq, deyib qapının yanındakı stulda oturdu:

Doktorun oğlu:

– Yəni bu gün başlamalı bir məsələ də yoxdur, – dedi, – yalnız hər kəsin tapşırığını verib yola salacağıq. Əvvəlcə ağayi Məhbusidən başlayaq.

Məhbusi yerində qımıldandı. Doktorun oğlu üzünü ona tutdu. Lakin ağzını açıb, sözünü deyə bilmədi. Nə isə doktorun qeyri-adi və əsəbi danışığını eşitdi. Nizami adamların yerişini xatırladan ayaq səsi qulağına dəydi. Onlar heyrətlə bir-birinə baxdılar. doktorun oğlu qalxıb, dəhlizə çıxmaq istədi, lakin macal tapmadı. Qapı açıldı və üç nəfər əli silahlı içəri girdi. Onlar “Əllərinizi qaldırın!” deyə əmr etdilər. Doktorun oğlu məsələni anlayaraq, cəld yanındakı pəncərədən özünü dal dəhlizə atdı. Bir anda xəyalında bu dəhlizdən evin damına açılan balaca qapı canlanırdı. Tez oradan dama çıxdı. Daha içəridə nələr olduğunu bilmədi. O, damda durmağın təhlükəli olduğunu görüb, oradan bacaların dalına yata-yata üç ev adlayıb, qonşu damlara keçdi. Artıq buralar sakitlik idi. O, uzun və kərpic bir divardan yaxşı tanıdığı və evlərinin dal səmtində olan balaca küçəyə endi. İti addımlarla buradan çıxmağa tələsirdi. Hələ hara gedəcəyini bilmirdi. Lakin gedir və düşünürdü. Həyəcanlı fikirlər arasında Fridun, Qəhrəmani və Kürd Əhməd gəlib gözləri önündə durdu. Birdən onlar bura gəldilər. Kürd Əhməd bu gün Tehrana qayıtmalı idi. Tez özünü Friduna çatdırmağı qərara aldı. Yox! Onlar doktorun oğlugilə gələ bilərdilər. Onları təhlükədən qurtarmaq lazım idi. O, rahatca və sürətlə dar küçədən faytonlar durmuş meydana çıxdı. İlk faytona oturub, Fridun olan küçəyə sürməyi tapşırdı. İndi o azad nəfəs alır və olub-keçənləri xəyalında canlandırmağa çalışırdı. Lakin heç şeyi təfərrüatı ilə xatırlaya bilmirdi. Yalnız arxasınca bir güllə açıldığını, kiminsə pəncərədən dəhlizə sıçradığını və bütün bunların arasında dəhşətli bir qadın qışqırtısı eşidildiyini xatırladı. Bu, güllənin oğluna açıldığını görən anasının səsi idi. Bu, doğma və yaralı səs doktorun oğlunun qulağından çəkilmirdi. Nə cür olursa, elə bu gecə anasına salamat olduğunu bildirməli idi. Lakin nə cür? Bunların hamısını Fridunla, Qəhrəmani ilə, Kürd Əhmədlə danışmaq mümkün idi. Ah, indi bu adamlar ona nə qədər yaxın, nə qədər doğma idilər! Onları görmək üçün ürəyinin şiddətlə döyündüyünü hiss edərək faytonçuya:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 мин
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 мин
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 мин
Altıncı fəsil

Tehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünü toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-topaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.– Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, – deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə, boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xı, xı, xı” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Alnı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.

15 мин

Стихи других поэтов