Yaman yerdə yoxlayıb məni,Hey desəm də qocalmaram, qocaldım,Yüzü keçib silkələyir baxt məni,Nə olsun ki, mən pirəm, nuram qocaldım.

Seyid mənəm, pay paylayan dərvişəm,Namərdlərin xatasmı görmüşəm,Çox könüldə mən qalalar hörmüşəm,Sızıldayır qanlı yaram, qocaldım.

Miskin Abdal yolu haqqın yoludu,Bir seyiddi şahi-mərdan quludu,Əsli, zatı ululardan uludu,Bilməmişəm nədi haram, qocaldım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов