Məni
Əhdinən, səmədən həyya layəmud,Tut dəstimdən, yetir dür üstə məni.Görsən nadürüstəm, vermə dürüstə,Dürüstəmsə yetir dürüstə məni.
Səmimizə yetişməyir haqq səda,Bir gün olar bükürərlər ağ səda,Günbəz əl xizrədə, məscid-əğsada,Onlar da tanıyır dür usta məni.
Əbcət hesabilə dərs aldım ağdan,Baxmadım qaraya, dərs aldım ağdan,Heyvatək soyuldum, dərs saldım ağdan,Yetirdim dərsimi-dürüst aməni.
Mən Miskinə haqdan gəldi “sin” ayə,Xətm olundu, İrəsula sinayə,Gör necə çulğaşıb sinə-sinayə,Tifiltək görmədim dürüst aməni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
İvan Frankoyla söhbətKarpatın hər səmti carçıya döndü –Çağırdı quş səsi, çay sədasilə.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,