Nökərəm
Qadir Allah qismət etdi cəfanı,Gecə-gündüz qəm kotanı çəkərəm,Elə bildim qopdu Nuhun tufanı,Bəxt şumuna dərd-sərimi əkərəm.
Kəsilməzdi əllərimin səxası,Zərdən idi köynəyimin yaxası,Sınaqlıdı abidlərin çuxası,Başım ilə daş qalalar sökərəm.
Qürbət eldə yanar ömür sürənlər,Yasa batdı bu halımı görənlər,Yada düşsə igid ərlər, ərənlər,Göz yaşımı sel yerinə tökərəm.
Həsrət qaldım Göyçə kimi elimə,Əl uzatdım, əl çatmadı əlimə,Əslim, zatım manşır olub aləmə,Evlər yıxmaz, müdam evlər tikərəm.
Miskin Abdal, çox ağlayıb sıxtama,Başa vurdum nə düşübsə baxtıma,Ömür keçib, nə qalıb ki, vaxtıma,Haqq yolunda mən bir qulam, nökərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-nokerem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,Cəng olarsa bu meydanda könül yıxan qoymaram.
MəniÇərxi-fələk yarıtmadıDövlətdən, vardan məni;
Narın üzə bilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,