Olmaz
Sultanım fərmanı, paşa qəzəbi...Paşam, mürvət eylə, belə kar olmaz.Üzdü məni bu yolların əzabı,Paşam, mürvət eylə, belə kar olmaz.
Canım qoydum mürşüdümün yolunda,Sərdakərdan qalmışam Urum elində,İslam bada gəlir cəllad əlində,Paşam, mürvət eylə, belə kar olmaz.
Cüda Miskin çəkər qəmi-möhnəti,On iki imamdı Peyğəmbərin züryəti,Sünnü, şiə Məhəmmədin hümməti,Paşam, mürvət eylə, belə kar olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdiBu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.