Şirin dilli, ağır elliYaradıb Tarı, bəxtəvər.Nazik belli, mah camallı,Dağların qarı, bəxtəvər.Oldum xəstə, sinə üstəBəstiyir narı, bəxtəvər.Kimi alar, həmdəm olar,Bir belə yarı bəxtəvər.

Boyundu bəstə,Eşqi həvəsdəOlmuşam xəstə,Tər sinən üstəBir cüt nar bəstə,Dəhani püstə,Gəl ikimiz söhbət edək,Duraq üzbarı, bəxtəvər.

Gözüm görür, ətir verir,Qızıl güllər var bağında.Gəlir, gedir, xidmət edirÇoxları solu-sağında.Kimdi gələn, mehman olanİndi bu gözəl çağında?Mən ki, gəldim, mail oldum,Gözüm qaldı yanağında,Alma yanağın,Qaymaq dodağın,Büllur buxağın,Bu gözəl çağın,Aldım sorağın,Yetişib bağın,Gül hüsnünə səcdə qılır,Yazın baharı, bəxtəvər.

Miskin Vəli, var kamalı,Gördünmü canı dünyada?Bir nə ola, qarşı gələYaxşı cananı dünyada!Görüşübən ayrı düşənÇəkər fəğanı dünyada.Mən ki, gördüm, olmaz dərdimBircə cananı dünyada.Yaradıb dövran,Təbibü loğman.Dərdlərə dərman,Qoynundu rizvan.Olmuşam mehman,Ay qaşı kaman,

Ay təzə cavan,Gülsənsə, bülbülü istə,İstəmə xarı, bəxtəvər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе