Dördü nə?
Hərə xəlq olmuşuq bir qətrə sudan,Abi-atəş, xaki-baddı, dördü nə?Səyahətdə səkkiz gözəl sevmişəm,Yerdi, göydü, Aydı, gündü, dördü nə?
O nədir ki, sinəsindən dağlıdı?Nədir belə qaralıdı, ağlıdı?Səkkiz şey var cismi cana bağlıdı,Hava, həyat, yemək, içmək, dördü nə?
O nədir bilinmir əvvəli, sonu?Nəfəs var, canı yox neçədir donu?Vəli, səkkiz şey var dolanır onu,Gecə, gündüz, sudu, yeldi, dördü nə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-dordu-ne
Клавиши ← → для перехода, R — случайное стихотворение