Mehriban dolana, düz yola gedə,İnsana layiqdir hər anı dostluq.Məhəbbət bəhrini gül-gülşən edə,Hiyləgər pozmaya aranı dostluq.

Əldə əsas tuta bir məhəbbəti,Seviləndə sevə, bilə hörməti,Ola insanlığı, həm səadəti,Edər hər bir dərdə çaranı dostluq.

Adəti, mərfəti, çoxdu neməti,Xoşdu səadəti, şuxdu niyyəti,Etməz xəyanəti, kini-küdrəti,Gətirməz qəlbinə qaranı dostluq.

Dost dost qapısına qədəm qoyunca,Deyər, gülər, söhbət edir doyunca,Sarıdar, sağaldar ömrü boyunca,Ağrını, acını, yaranı dostluq.

Aşıq Vəli eyib yoxdur sözündə,Hər kimsə düşünə özü-özündə,Nəsillər dost ola dünya üzündə,Zər bəzər hər dağı-aranı dostluq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов