Dost məni çağırsa, vaxtsız ölümə,Çatanda çəksələr, dara gedərəm.Ömrü boyu yalan gəlməz dilimə,Qiymət versəm, etibara gedərəm.

Kamal sahibiyəm boş deyil kasam,Bimürvətəm dostu yada salmasam,Əngəbud ha deyil tənəkdən asam,Rəhm eyləyər intizara gedərəm.

Dosta xain çıxan təmiz qan deyil,Dostluğu sevməyən heç insan deyil,Dostun əziyyəti zimistan deyil,Hesab edər ilk bahara gedərəm.

Gələcək düşünə sazımın simi,Tarixdə dillənə aça qəlbimi,Şərəfli qurbana qoç-quzu kimi,Səs salmağa üzüqara gedərəm.

Miskinli Vəliyəm xanimanımnan,Əl üzər bağımdan, gülüstanımnan,Dost yolunda keçər şirin canınnanBaş verməyə düz ilqara gedərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов