Gülməlidi
İnsanların növlərini,Düşündükcə gülməlidi.Bir el üçün hesab çəkən,Öz adını bilməlidi.
Titrətməyən, üşütməyən,Yıxılarmı huş itməyən,Böyük, kiçik eşitməyən,Dar qapıya gəlməlidi.
Paltarını geyənməyən,Cümləni düz deyənməyən,Cəmiyyəti bəyənməyən,Gözlərini silməlidi.
Söküb, yeyib doymayanın,Xalqa hörmət qoymayanın,Heç bir kəsi saymayanın,El gözünü dəlməlidi.
Axtarmayan, aramayan,Telini düz daramayan,Xeyrə, şerə yaramayan,Bir dəfəlik ölməlidi.
Qazan ki, qaynadı, bişdi,Yeməyin vaxtı yetişdi,Çömçə gəldi kimə düşdü,Payı düzgün bölməlidi.
Vəli baxır hesabına,Deyir, yazır kitabına,Kim nə töksə öz qabına,Qaşığına gəlməlidi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-gulmelidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vidalaşaq, a dostlarım,Vaxtı gələn can belədi.
AğlamaMən gedirəm qürbət elə,Ayrılıqdı, yar, ağlama.
Xəstə Qasımın Dağıstan səfəriUstadlar həmişə dastana başlamazdan əvvəl ustadnamə deyiblər. Biz də deyək bir olsun:Könül qulluq eylə kamil ustada,
Cəlali KürdoğluUstadlar dastana başlamazdan əvvəl ustadnamə deyərlər. Biz də ustadlar dilindən bir ustadnamə deyək:Fənd eləmə, felli dərviş,
Стихи других поэтов · О родине
Haqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
Mən şair deyiləm..Bu xalq yeddi yerdən zavala gəldi,Bu xalqın danışan dili olmadım.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.