Əldə varın, yaxşı yarın,Ürəyini bilən ola.Özü doğru, sözü doğru,Düz ilqara gələn ola.

Eldə ucalda başını,Unutmaya sirdaşını,Ağlayanda göz yaşını,Qanan, yanan, silən ola.

Vəlini nazla öldürən,Yar yara özün bildirən,Bir ağladan, bir güldürən,Bir üzünə gülən ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви