Başı göylərə dirənən,Uca dağlardır yüküm.Qanlı qışdı, qasırğadı,Boranlı, qardır yüküm.Əsər yellər, donar sellər,Ömrü boyu sərasər,Aman vermir söz açmağa,Tam buzlaqlardır yüküm.

Qəza tutar, qəsd eyləyər,Qollarım bağlar mənim.

Dil qəfəsdə nalə çəkər,Gözlərim ağlar mənim.Ürəyimdə yaralar var,Sinəmdə dağlar mənim.Təbib yoxdu dərman edə,Ağır azardır yüküm.

Miskinli Aşıq Vəliyəm,Deyim dərdim sən də bil.Bəxtim yatdı, daşım atdı,Günbəgündən, ilbəil.Yazıq canım od içində,Alovlanır müddəsil.Elə bil ki, sağərdəyəm,Atəşi nardır yüküm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов