Əldən gedər
Layiqincə bəsləməsən,Gülüstan əldən gedər.Mehribanlıq göstərməsən,Mehriban əldən gedər.Fitnə verib ev yıxasan,El nifrət eylər sənə,Azca ağlını itirəsən,Xaniman əldən gedər.
Belə bir söz misal qalıb,Bizə ata-babadan:Quyu qazan özü düşər,Məhrum olar havadan.Haqsız yerə cəng eyləmə,Xeyir gəlməz davadan.Baş oynatma hər meydanda,Şirin can əldən gedər.
Ey Miskinli Aşıq Vəli,Aciz qalma arada.Nəsihət de nəsillərə,Qalsın həddən ziyada.De, yaxşı yaz, yaxşı yarat,Bir ad qalsın dünyada.Sınar sazın sənə qalmaz,Bu dövran əldən gedər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-elden-geder
Клавиши ← → для перехода, R — случайное стихотворение