Molla Cümə və Bilal
İsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toya
gedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan
evlərinə qayıdırdı. Bilal varlı olsa da çıx xəsis idi. Yoldaşları
Molla Cumadan xahiş edirlər ki, ürəyimiz yanır. Bilal kişidən bir
yemiş al, yeyək sərinləyək. Biz istəsək verməz, ancaq hər halda
sənin kimi adlı-sanlı, hörmətli adamın sözünü yerə salmaz.
Bilal kişi bunların yanına çatanda Molla Cuma deyir:
- Bilal dayı, uşaqların ürəyi yanır, bir yemiş ver, yeyib
sərinləsinlər.
Bilal kişi “yox” deyir və başlayır arabanı sürməyə. Pərt olan
Molla Cuma cürə sazını çıxarır və deyir:
- Bilal kişi, bir dayan iki kəlmə sözüm var, deyim get.
Sazı görən Bilal kişi işi başa düşür. Əl atır arabaya, böyük bir
yemiş götürür və uzadır Molla Cumaya. Molla Cuma cürə sazı
sinəsinə basır və görək nə deyir:
Bir qulaq as tərifinə, eşşəklik etdin Bilal.
İstədik biz bir kal yemiş, verməyib ötdün Bilal.
Sallayıb qaş-qabağın, qəm küpünə batdın Bilal.
Yekəbaş, uzunqulaq olmaz işi tutdun Bilal.
Könlümün şüşəsinə yamanca daş atdın Bilal.
Versəydin bir kal yemiş, biz yeyərdik bal yerinə,
Yox imiş qanacağın, bağlasınlar mal yerinə.
Yunusun ... qoy altına fal yerinə.
Küngütlü Həmid batırsın, saqqalının çal yerinə.
Onların cərgəsinə necə özün qatdın Bilal.
Üç yoldaş biz idik: Molla Abakər, bir də Saat.
Yoldaşın Həşim sənin, işlərinə olsun şahat.
Batırsın Allah səni, çörəyini etsin qəhət.
Sən tutan dəyyusluğu, tutmaz idi bəni Əhət.
Aləmə etdiyin məkri, bizə də etdin Bilal.
Molla Cuma, dayı, dedi, utanmadın yox deməyə.
İndi mən də utanmaram, saqqalına ... deməyə.
Verdiyin kal yemişi, al gözünə sox deməyə,
Ciyərinə, bağrına həm ürəyinə ox deməyə,
İstəyirdin bu tərifi, muradına çatdın Bilal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-cume-molla-cume-ve-bilal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Qəzəl: Yüz hüsn dil ü dideyi-heyrana yetişməzYüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Bizə həmsöhbət olan özgə kitab almaz ələО ты, что живешь вместе с нами, одежду отшельника сбрось,Если ты крепок, иди к любви, все иное ведет вкось.