QafiyəEy dörd hərfli, salamımı qəbul et,Məndən salam bir də yara deyərsən.Sidqi-dildən bu naməyə nəzər et,Sonra sən də o dildara deyərsən.

TəcnisDesən sağ ol, deməsən də nə deyim?Desən dedin, deməsən də nə deyim?Saxlaginən dildə desən nə deyim?Deyər olsan vara-vara, deyəsən.

QafiyəEşqin kitabından almışam dərsi,Söylə sən avandı, söyləmə tərsi,Nə ərəbdi, nə türküdü, nə farsi,Oxuyuban qan işarə, deyəsən.

TəcnisÇün arifsən işarəni qanasan,Təhər, töhmət eyləyibən qanasan,De yazıqdır, bais olma qana sən,Can alandı, o xunxara deyəsən.

QafiyəƏlif ki, var əlif beyin başında,O Sələfdir mahıların tuşunda,Gər ləlisə, bədəxşanın daşındaSatılmazmı bir tüccarə deyəsən.

TəcnisTüccarıyam, allam ləli-Yəməni,Haqq çıxarsın aralıqdan yamanı,Xədənginə nişan etdi ya məniCiyər oldu parə-parə deyəsən.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов