XIII

Bəli, Qaloşlu adam prokuror idarəsinin həyət-bacasını arxayın-arxayın süpürür, yerə səpələnmiş kağız qırıntılarını, papiros qır-qırıntılarını və kör-kötüklərini tərtəmiz yığırdı.Mehman bu yeni mənzildə yerləşən gündən o, ev-eşiyi də təmizləyir, şey-şüyləri yerbəyer edir, qan-tər tökürdü. Qocanın bu halını görən Mehman anasına tapşırırdı ki, bu kişidən muğayat ol, həmişə işini qurtarandan sonra ona çörək ver, onu razı sal, yazıq fağır bir adamdır, görünür, kimi-kimsənəsi yoxdur.

Сулейман Рагимов19441 ч 20 мин
Güzgü göl əfsanəsi

Qədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göy gölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı. Bu gölün o biri tərəfində mağarada bir maral, bir də bir Qəcələ olurdu. Qəcələ mağaranın içərisinə uzanan vələsin qanadına qonub gecələyir, Maral isə bir tərəfdə daş döşəmənin üstündə yatırdı. Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyirdi, üstünə bir toz qonmağa qoymurdu. Kəpəz dağından başlayıb gələn, Göy göl diyarını tez-tez tutan bu yerlərin ağ-ağ yağışlarında Maral yuyunur, yuyunduqca da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstünə səpələnir, onun saç-saçağını darayırdı. Dünyanın gözəl guşəsində yaşayan, Göy göldən gözəllik götürən, özü də Göy gölə gözəllik verən Maral düyməçəli-düyməçəli maralotulardan yeyir, doyunca dönüb özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surətinə tamaşa edir, öz-özünə tamaşa etməkdən hədsiz-hesabsız dərəcədə zövq alırdı. Bir gün deyil, beş gün deyil, bir də il də deyildi, belə idi. Maralın ümdə işi-peşəsi, hey gümüşlənə-gümüşlənə qaynayan Güzgü gölün qarşısında durmaq, öz-özünü süzmək idi. Bu Maralın qəşəngdən-qəşəng qara gözləri özünə o qədər xoş gəlirdi ki, başını Güzgü gölə əyib, gümüş sudan içə-içə birdən də öz gözlərindən öpüş götürməyə çalışırdı. Maral geriyə çəkilib gərdənini baxa-baxa öz duruşuna tamaşa edir, “Maral, ay Maral” deyə oxunan havaya qulaq asır, Kəpəz dağından qayıdan əks-sədanın fasiləsiz gəldiyini güman edirdi. Ancaq Maralı yaxın dostu Qəcələnin anlaşılmaz hərəkəti odsuz-közsüz yandırırdı. Axı heç zaman Qəcələ Güzgü gölü gərəyincə qiymətləndirmir, hey Zəli göl, ya Qara göl tərəflərə uçur, baxanda bu gün bu gölün, sabah o biri gölün, zığ-zımırığında eşələnir, qarnını doldurub, yenə də axşamına həmin daş dama dönür, vələsin çöldən içəriyə uzanan qanadına qonurdu. Maralla Qəcələ nə qədər üzdə dostluq edib bir mağarada gecələsələr də, yenə də onların söz-söhbəti tutmur, tez-tez ixtilaf baş verir, deyişmələr davam edirdi:– Nə qədər Güzgü gölə baxmaq olar, ay Maral?

Сулейман Рагимов1 ч