Çatmaq, ötmək
İndi biz cahanla çıxmışıq yarışa,Qoy etsin el-aləm bizləri tamaşa.Deyirlər Amerka göylərə ucalmış,Üfüqlər onların önündə alçalmış.Deyirlər insanla, həyatla bərabərNyu-York şəhrində yürüyür səkilər.Deyirlər göy yerə, yer göyə qatılmış,Yaşayış fordların qoynuna atılmışQoy sürsün atını həvəslə Amerka;Biz qızıl bir ata minərək bambaşqaBir hızla sıçradıq enişdən, yoxuşdan,Fərqimiz olmadan qanadlı bir quşdan.O çapdı, biz çapdıq, o getdi, biz getdik,Az getdik, üz getdik, nəhayət düz getdik!Dağlardan yel kimi-Bir daşqın sel kimiKamandan sıçrayan bir sivri ox kimi,Heç nədən, heç şeydən qorxumuz yox kimiYüyürdük, yüyürdük, yüyürdük sürətlə.Qanında günəşlər qaynayan bir kütlə,Ayrılmaz, çözülməz yoldaşca əməklə,Bir sinif yolilə, birliklə, köməklə,Düşməni qoymaqçın büsbütün geridəSəsimiz gurladı, ötədə, bəridə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-catmaq-otmek
Клавиши ← → для перехода, R — случайное стихотворение